Топ-100 Çempionlar liqasında ilk yarım-finalçılar bəlli oldu

Çempionlar liqasında ilk yarım-finalçılar bəlli oldu

Çempionlar liqasında çeyrək-final mərhələsi çərçivəsində iki oyun baş tutub.Belə ki, İspaniyanın Barselona komandası doğma meydanda İngiltərənin Mançester Yunayted futbol klubunu sınağa çəkib.Oyun yerli komandanın əzmkar qələbəsi ilə başa çatıb.3-0.Qolları 16 və 20-ci dəqiqələrdə L. Messi, 61-ci dəqiqədə isə Koutinyo vurub.Beləliklə Barselona yarım-final mərhələsinə yüksəlib.

Günün digər qarşılaşmasında İtaliyanın Yuventus komandası Hollandiya Ayaksını qonaq edib.Hesabı yerli komanda açsa da qalib Hollandiya təmsilçisi olub.Belə ki, "Yuve"-in qolunu 28-ci dəqiqədə K.Ronaldo vurub.34 və 67-ci dəqiqələrdə isə Ayaks topu qapıya daxil edib.Əvvəlcə Van de Bik,daha sonra M. de Layt komandasını sevindirib.Beləliklə Ayaks Yuventusu turnirdən uzaqlaşdıraraq, yarı-finalın yolunu tutub.Xatırladaq ki, bir öncəki mərhələdə Ayaks, Real Madrid komandasını da Çempionlar liqasıdan kənarlaşdırmışdı.

0/Şərhlər

Previous Post Next Post