Топ-100 FETO ölmədi,2023-cü ilə hazırlanır

FETO ölmədi,2023-cü ilə hazırlanır


Cümhur İttifaqı dirənir...

Məlum olduğu kimi 31 Mart, 2019-cu ildə Türkiyədə bələdiyyə seçkiləri keçirildi.
Bu gün iqtidarda olan Ədalət və İnkişaf partiyası ( AK Partiya) Milliyətçi Hərəkat Partiyasının (MHP-nin) dəstəyi ilə seçkilərin nəticələrinin ləğv edilməsi və yenidən keçirilməsi üçün Yüksək Seçki Qurumuna fövqəladə etiraz sənədi təqdim etdi. Bu barədə AK Parti nümayəndəsi Ali İhsan Yavuz məlumat verdi. Səbəb hələ seçkilərə qədər Cümhur İttifaqı əleyhinə (AK Partiya və MHP) həyata keçirilmiş saxtakarlıqlar və səslərin sayılması zamanı yol verilmiş qəsdən səhv hesablamalardır. 
Sadəcə bir faktı deyək ki, Milli İttifaq lehinə ( CHP, İyi Partiya, Səadət Partiyası, HDP) hələ seçkilərə qədər ilçə,il (rayon, vilayət) qurumlurana FETO dəstəyi ilə 19 min personal təyin edilib. Bu kadrlar isə hətta məzarlıqları belə yaşayış yeri kimi göstərərək, saxta seçici kütləsi formalaşdırıblar. Son nəticədə formalaşmış bu saxta səslər Milli İttifaq lehinə hesablanmışdır.
Məhz bu və buna bənzər səbəblərdən dolayı, xüsusi olaraq, İstanbulda seçkilərin yenidən keçirilməsi ilə əlaqədar, Yüksək Seşki Qurumuna rəsmi mürciət olunub.  
Xatırladaq ki, son sayımlara görə İstanbulda hazırda Milli İttifaqın nümayəndəsi Ekrem İmamoğlu şərti olaraq öndədir. Bir faktı da qeyd edək ki, bir sıra mənbələr E İmamoğlunun  Qərb və FETO tərəfindən 2023-cü il prezident seşkilərinə hazırlandığı bildirilir...

0/Şərhlər

Previous Post Next Post