Топ-100 Qalatasaray Yeni Malatyaspor ilə bacarmadı

Qalatasaray Yeni Malatyaspor ilə bacarmadı



0-0...
Ziraat Türkiyə kubokunun yarım-final mərhələsinin birinci mərhələ oyunu baş tutub.Seyrantəpədə Qalatasaray Yeni Malatyasporu qonaq edib.Erol Bulutun öyrənçiləri öz qapılarını 90 dəqiqə yüksək səviyyədə müdafiə edib.Belə ki, oyunun böyük qismində yerli komanda üstünlüyünü göstərsə də rəqib qapısında təhlükəli epizod törədə bilməyib.Qalatasarayın mərkəz müdafiəçisi Lyindama matçın 71-ci dəqiqəsində qırmızı vərəqə alaraq Fənərbağça oyunu üçün cəzalı vəziyyətə düşüb.

Y.Malatyaspor isə "Cimbom"-un qapısında bir neçə təhlükəli vəziyyət yarada bilib.Lakin onlar da topu tora qovuşdura bilməyib.

Bu nəticə hər iki komanda üçün sərfəli eləcə də təhlükəlidir.Xatırladaq ki, cavab qarşılaşması aprelin 25-i Malatya şəhərində baş tutacaq.


0/Şərhlər

Previous Post Next Post