
Müsahibimiz Şahin Əliyev milli şairin və tarixçi-alimin mövqeyinə etiraz etdi...
Şahin Əli oğlu Əliyev, 1967-ci ildə Karsın Çıldır sancaqlığının Ağbaba-Şörəyel mahalında anadan olub. İlk ali təhsilini Rusiyada (FSO), ikinci ali təhsilini Azərbaycanda (ADPU) alıb. Post-sovet respublikalarında və Azərbaycanda fərqli vəzifələrdə çalışıb. Həmçinin zəngin dünyagörüşünə və iştəcrübəsinə malik bu insan Quorum News Service media qurumunun təsisçilərindən olub. Hazırda Türkiyədə AKATEAM idman klubunda MMA və Jiu-jiutsu üzrə məşqçidir.
Birinci hissə
M: Uzun zamandır görüşmək istəyirdik,bu gün nəsib
oldu. Müsahibəyə görə öncədən təşəkkür edirik.
Ş.Ə: Mən təşəkkür
edirəm.
M: Sizə necə müraciət edək, bəy, müəllim, sixan?
Ş.Ə: Önəmli
deyil, necə istəyirsiniz, elə də müraciət edin.
M: Elə isə ilk sualım, siz kimsiniz, və qısaca,
özünüzü necə xarakterizə edərdiniz?
Ş.Ə: Ən çətin
sualdan başladınız. Qısaca, Şahin Əli oğlu Əliyevəm. (gülür)
M: Yaxşı, belə deyim, niyə sizin barənizdə “anlaşılmaz
insan” fikri söylənir?
Ş.Ə: Kim
deyir bunu? Düşünürəm, insan ünsiyyətdə olarsa, anlaşılmayan heç bir şey olmaz.
Yəqin ki, bunu mənimlə ünsiyyətdə
olmayan, yaxud da önmühakiməli insanlar söyləyiblər...
M: Sizə açıq və sərt suallar vermək üçün burdayam.
Deyilənə görə yerliləriniz sizi, siz də onları qəbul etmirsiniz, səbəb?
Ş.Ə: (
Gülümsünür) Kim bunu sizə deyib?. Zənnimcə, siz də ordansınız, məni qəbul
etmirsiniz?
M: Bir güllə yaz olmur... ( gülürük) Siz hər yerdə
açıq-aşkar “yeraz” olmadığınızı deyirsiniz. Halbuki Qərbi Azərbaycandan olanlar
“yeraz” olmaqları ilə fəxr edirlər. Bəlkə elə deyil?
Ş.Ə: Hə,
indi başa düşdüm. Tamamilə doğrudur. Amma bunun mənim kökümə bağlı olub-olmamağımla
heç bir əlaqəsi yoxdur. Məsələ burdakı
“yeraz” sözündədir.
Bu sözə
status qazandıran rəhmətlik Ziya Bünyadov, onu ictimailəşdirən isə Bəxtiyar
Vahabzadə olub.
Deyirlər,
“yeraz” İrəvan Azərbaycanlılarının qısa formasıdır. Mən də soruşuram elə isə niyə
“İrvaz” deyil də, məhz Yeraz? Yəni Yerevanmı?
Məncə,
bizim İrəvan adında şəhər və xanlığımız olub. Yerevan şəklində ermənilər işlədir,
deyilmi? O zaman niyə erməninin ağzı ilə danışılır?
Bir dəfə
yaxın münasibətdə olduğum Qazaxlı bir polis nəfəri ilə tədbirdə rastlaşdıq.
Hal-əhval əsnasında “yeraz nə var, nə yox?”-dedi.
Birdən
ağlıma gəldi və soruşdum ki, “yeraz” nə deməkdir?
Cavab
verdi ki, vallah, mən İrəvan Azərbaycanlıları kimi başa düşürəm. Amma o vaxtlar
Bəxtiyar müəllim bunun başqa cür, yeri az olan, yeri olmayan şəklində izahını
da vermişdi.
Onda sual
ortaya çıxır, bəs doğrusu nədir?
Əslində “yeraz”
sözünün yuxarıdakı izahların heç biri ilə əlaqəsi yoxdur. Bu söz altında İrəvanda
istehsal olunan eyniadlı maşın nəzərdə tutulur. Başqa deyişlə ermənidən törəyən
ehyamı vurulur. Bu sözün müəllifinin şəxsən ağzından duyduğum ifadədir:
“Будьте с
ними осторожны, ведь все сказывается в прозвище, ераз, то есть производство
армян.”
M: Sizin yanınızda?
Ş.Ə: Əvvəla
ortam qələbəlik idi. Təqribən 45-50 nəfərlik bir tədbir idi. İkincisi, o vaxtlar
həmin məclisdə mən diqqətə alınmayacaq qədər kiçik fiqur idim. Ən nəhayəti mənim
Qərbi Azərbaycandan olduğum bilinmirdi.
Haqq naminə
deyim ki, orada yalnız rəhmətlik Aydın Məmmədov ciddi və sərt reaksiya verdi və
bunun doğru olmadığını bildirdi.
Bir sözlə “yeraz” sözü ilə milli kökümüzə ağır
şəkildə həqarət edilir. Mənim bildiyim həqiqətlər bu adı mənim qəbul etməyimə
imkan vermir.
Bu səbəbdən
mən heç zaman “yeraz” olmamışam , elə indi də deyiləm.
Amma
burada məni daha çox incidən millətin aliminin, ədibinin dilindən belə bir uydurma,
təhqiramiz ifadənin özünə pasport almasıdır.
Qısacası, Qərbi
Azərbaycanlılara qarşı ciddi bir qıcıq, qısqanclıq var. Şəxsən mən özüm də üzərimdə bunu bariz şəkildə hiss etmişəm. Həm
də millətin aydınları tərəfindən. Artıq söyləyəcək bir şey yoxdur.
M: Bu qıcığın Qərbi Azərbaycanlıların Heydər
Əliyevi dəstəkləməsi, onun hakimiyyətə gəlməsində aktiv rol oynaması ilə əlaqəsi
ola bilərmi?
Ş.Ə: Qətiyyən
belə deyil. Qərbi Azərbaycanlılar fərqli siyası partiya və təşkilatlarda təmsil
olunurdular. Məsələn, Zəngəzur bölgəsi daha çox Əbülfəz Elçibəyi dəstəkləyirdi.
Göycəlilər Heydər Əliyevlə yanaşı, Etibar Məmmədovu dəstəkləyirdilər. Ağbaba-
Şörəyel camaatı arasında isə həm Ə.Elçibəyi, həm H.Əliyevi, həm E.Məmmədovu, həm
də İ.Qəmbəri dəstəkləyənlər var idi və s. Demək istəyirəm ki, bu sadəcə bir
uydurmadır. Həm də məqsədyönlü şəkildə hazırlanmış bir uydurmadır.
Digər tərəfdən
bu gün H.Əliyevin və İ. Əliyevin əleyhinə danışanlar zamanında ən çox məddahlıq
edənlərdən olublar. Sadəcə, istədiklərini ala bilmədiklərinə görə çevrilib
oldular “müxalifət”...
Zamanı gəlincə,bu
barədə hər şey söyləniləcək. Həm də adbaad.
M: Bəs, nə vaxt olacaq?
Ş.Ə: Onsuz da kitab şəkilində hazırdır. Bakıda beş ədəd siqnal nömrəsi buraxdıq da... Sonra
bir sıra məsləhətləşmələrdən sonra hələlik gecikdirməyi qərara aldıq.
M: Deyirsiniz, yəni bir o qədər səs gətirəcək?
Ş.Ə: Məsələ
səs gətirib-gətirməməkdə deyil. Orada elə məsələlərə toxunulub ki, bu gün
açıqlanması doğru deyil.
Unutmayaq
ki, bu ölkənin iqtidarı da, müxalifəti də yaxşısı ilə, pisi ilə bizimdir. Digər
tərəfdən dövlətçiliklə bağlı bütün məsələlərdə də olduqca ehtiyatlı olmalıyıq.
Bu gün Azərbaycanın
birliyə daha çox ehtiyacı var. Azərbaycanın nicatı Qarabağdan, Şirvandan, Mildən,
Muğandan, İrəvandan və s. olan bölgə insanlarının çəkici bir yerə
vurmasındadır...
Çünki
yaxın 5-10 il bizi xeyli təlatümlü dövr gözləyir.
Ən əsası
isə Qərbi Azərbaycanlılara qarşı bir bu qədər nifrəti kim körükləyir və niyə,
toplum olaraq, bu suala cavab verməliyik.
M: Konkret nəyi nəzərdə tutursunuz?
Ş.Ə: Bu
günlərdə baş vermiş bir hadisə üzərindən fikrimi açıqlamağa çalışacağam.
Bilirsiniz,
162 saylı məktəbdə Elina adlı bir qız, təzyiqlərə dözmədi və özünü məktəbin
üçüncü mərtəbəsindən atdı.
Az müddət
sonra məktəbin direktoru, müavini və psixoloqu sosial şəbəkələrdə müzakirə
olunmağa başladı.
Yazılan şərhləri,
statusları oxuduqca, məəttəl qalırdım. Birisi yazır ki, bunların üçünü də güllələmək
lazımdır. Üç “yeraz”in ölməsi ilə dünya dağılmaz.
Əvvəla nə
müdir, nə də müavinləri Qərbi Azərbaycandandır. Direktor Şirvan bölgəsindəndir,
müaviniləri isə Bakıdan, Quba-Qusar bölgəsindən və Qarabağdandır. Psixoloqu
tanımıram. O, məndən sonra o məktəbə gəlib.
İkincisi,
Qərbi Azərbaycandan olsa belə, “üç “yeraz”ın ölməsi ilə dünya dağılmaz” ifadəsini
necə başa düşək? Bu nə kin-küdurətdir? Bu nə nifrətdir?
Bütün
bunların təxribat olduğunu bilirəm. Bununla belə, bu qəbildən nümunələrin çox
olduğunu da təəssüflə bildirməliyəm. Onu da qeyd edim ki, son zamanlarda bu təhlükəli
hal yenidən körüklənir.
Azərbaycan
əhalisi ayıq-sayıq olmalıdır. Bu və bənzəri təxribatlara uymadan tez bir
zamanda bir-birinə qarşı olan ayrıseçkilikdən əl çəkməlidir. Anlamalıdırlar ki,
odla oynayırlar. Yoxsa zülmətdən uzanan bədxah əllər bu ölkəni dağıntıya, xalqı
səfalətə sürükləyəcək. Amma nafilə, nə iqtidar, nə də müxalifət bunun fərqindədir.
İqtidarlı,müxlifətli kreslo davasındadırlar. Ən qəribəsi isə həm iqtidar, həm də
müxalifət bu niyətlərini Qərbi Azərbaycanlılar üzərindən həyata keçirirlər. Bu
çox iyrənc siyasətdir.
İş o yerə
çatıb ki, könlündə “Nobel” mükafatı almaq istəyi olanlar da, artıq Qərbi Azərbaycanlıları
hədəf göstərməyə başlayıblar. Əkrəm Əylisinin iki-üç il bundan əvvəlki
hoqqabazlığı yəqin, yadınızdadır? Orhan Pamukdan təsirlənib dünyaca məşhur
olmaq istədi. Ona da Koroğlu deyilməsini istədi, amma korun oğlu dedilər. Zənnimcə,
ümumtürk toplumunun gözündə heç Orhan Pamuk da Koroğlu ola bilmədi...
M: Başa düşdüm...
Amma siz də “mənə ən çox xəyanəti “yeraz”lar edib”,
deyibsiniz?
Ş.Ə: (Gülür) Belə görürəm, sizi xeyli
hazırlayıblar...
Əzizim, əvvəla,
o söz konteksdən çıxarılıb. Mən idea adamıyam. Karsın Çıldır sancaqlığının
Ağbaba-Şörəyel mahalında doğulub, boya-başa çatmışam. Unutmayın ki, Qərbi Azərbaycan əhalisi hətta sovetlər
dövründə belə azərbaycanlı kimi yox, türk kimliyi ilə tanınıblar. Ermənilər belə
bizi türk adlandırıblar. Yəni ruhum türk ruhudur.
Digər
yandan isə hələ beşinci sinifdə oxuduğum zaman rəhmətlik dayım mənə Quranı
oxumağı və dinimizin dərinliklərini öyrədib. Yəni imanım da bütövdür. Sovetlər
zamanı belə bu kimliyimi şərəflə, ləyaqətlə daşımışam.
Sualınızın
cavabına gəlincə, nə türklüyüm, nə müsəlmanlığım, nə də Qərbi Azərbaycandan
olmağımla utanmışam. Əksinə hər üçü fəxarətim olub. Əgər həqiqət belədirsə, ki
belədir, o zaman məsələ nədir?
Uğrunda mübaizə
apardığım dəyərlər var. Bu amal uğrunda apardığım mübarizədə yanımda olanlar, qəfildən
səf dəyişdirib qarşıma keçdilər. O mövqe dəyişənlər arasında məhz “yeraz” adını
mənimsəyənlər oldu. Yəni “mənə ən çox yerazlar xəyanət edib” ifadəsi ilə Qərbi
Azərbaycanlılar nəzərdə tutulmayıb. Ola da bilməz. Daha çox ideologiyasına zidd
düşən insan üçün işlədilib. Onsuz da “yeraz” sözünə yuxarıda münasibətimi
bildirdim. Çingiz Aytmatovun manqurdu kimi anlamaq lazımdır...
Bilən
bilir, bilməyənlər üçün deyirəm, o ifadə arxasında Qərbi Azərbaycanlılar nəzərdə
tutulmayıb, mümkün də deyil. Çünki bu absurd bir şey olardı. Unutmayaq ki, mən
də o torpaqlardanam. Başqalarını təhqir etməyin tərbiyəsizlik, suç olduğunu
bildiyim halda, özümü təhqir etməyimin nə ağılla, nə də məntiqlə izahı var. Buna
sadəcə, manqurdların öz pis əməllərini gizlətmək üçün əleyhimə apardıqları bir
qaralama kampaniyası kimi baxmaq lazımdır.
Bir də ki,
unutmayın, Təbrizlilər və Qərbi Azərbaycanlılar siyasi cəhətdən çox yetkindirlər.
Bu isə əqidə möhkəmliyi deməkdir. Artıq nəticəni özünüz çıxarın...
M: Son zamanlar Qərbi Azərbaycanlıların təşkilatlanması
prosesinin şahidi oluruq. Münasibətiniz?
Ş.Ə:
Münasibət necə ola bilər, təbii ki, müsbət. Səbəb hər nə olursa olsun, mütəşəkkil
qüvvəyə çevrilmək vacibdir. Bildiyim qədəri ilə bu proses bir neçə istiqamətdən
gedir. Prosesdə öndə olub gözə görünən və samballı töhvələr verib, amma hələlik
arxa planda olan şəxslər, qüvvələr var. Görünən budur ki, hazırkı mərhələdə
Əziz Ələkbərli göz önündədir və ciddi güc-qüvvə sərf edir. Təbii ki, bu xidmətlər
təqdirəşayandır. Əziz müəllimin timsalında bu işdə əməyi olan hər kəsə təşəkkür
borcumuz var. Çünki son 10-15 ildə xeyli boşluq, dağınıqlıq yaranmışdı. Bu pərakəndəlik
həm Qərbi Azərbaycan türklərini ümumi hədəfdən yayındırdı, həm də Azərbaycanın bütövlüyü
uğrunda gedən mübarizəyə xeyli zərbə vurmuş oldu.
M: Sizin bu proseslərə qoşulmaq niyətiniz yoxdur?
Ş.Ə: İnşa
Allah zamanı gəlincə, gərəkən fəallığı göstərərik...
M:Bu arada Əli İnsanovun həbsdən azad edilməsinə
necə baxırsınız?
Ş.Ə: Necə baxacam,
yalnız sevinə bilərəm. Ailəsinə qovuşdu...
M: Bəs siyasi qüvvə kimi?
Ş.Ə: Buna
Əli İnsanovun özü qərar verməlidir.
M: Anladım. Siyasi söhbətə bir qədər sonra yenidən
qayıdarıq. İndi istəyirəm, bir məsələyə aydınlıq gətirəsiniz.
Yaxın zamanlara qədər siz 162 saylı məktəbdə
çalışmışsınız. Elinanın ölümü ilə bağlı məqaləniz də oldu. Deməliyəm ki, məqalə
xeyli maraqla qarşılandı. Amma sanki yazınızın xarakterində bir ümumilik var.
Əgər konkretləşdirsək, 162 saylı məktəbdə nə baş verir?
Davamı növbəti yayınımızda...
Post a Comment