Azərbaycan torpaqlarında gürcü bayrağı dalğalandı
12 ildən
sonra, may ayının 26-da gürcülər Azərbaycan ərazisində yerləşən Qarakeşikçi
kilsəsinə (David Kareci) axın etdilər.
Gürcüstanın
“Güc birlikdədir “ hərakatının lideri
Dvid Kaçarava bu aksiyaya rəhbərlik edib. Onun sözlərinə görə hərakata
qoşulanlar hər nə qədər arzu olunana sayda olmasa da, Gürcüstan bayrağının kilsə
üzərində dalğalanması önəmli hadisədir.
Məsələ ilə
bağlı Azərbaycan mətbuatı və rəsmiləri hər nə qədər sussa da, gürcü mənbələr
Qarakeşikçi kilsəsi ətrafında danışıqların hələ də davam etdiyini söyləyirlər.
Başqa sözlə, sərhədlərin delimitasiya və demarkasiyası iyun ayının ikinci
yarısında baş tutacaq.
Xatırladaq
ki, bəhsi gedən məbəd altıncı yüzillikdən qalma abidədir.
Post a Comment