FETO-dan MTN-dək problemlər...
Rezume
Müsahiblə
görüşməzdən əvvəl, onunla söhbətin çətin olacağı söylənilmişdi. Məlumatları xəsisliklə
verəcəyi deyilmişdi. Bunu elə ilk başdan hiss etmək də olurdu. Xüsusi ilə söhbətimizin davamında gərəkli bilgiləri əldə
etməyin nə qədər çətin olduğunu bariz hiss etdik. Amma yenə də ondan nəyi isə
“qoparmağa” müvəffəq olduğumuza inanırıq. Beləliklə, müsahibənin davamını təqdim
edirik.
(əvvəli ötən, 28 aprel 2019-cu ilki yayınımızda)
İkinci hissə
M: Siyasi söhbətə bir qədər sonra qayıdarıq. Amma
indi bir məsələyə aydınlıq gətirmənizi istərdik.
Yaxın zamanlara qədər 162 saylı məktəbdə
çalışmışsınız. Elinanın ölümü ilə bağlı məqaləniz də oldu. Deməliyəm ki, məqalə
xeyli maraqla qarşılandı. Amma sanki yazınızın xarakterində bir ümumilik var.
Əgər konkretləşdirsək, 162 saylı məktəbdə nə baş verir?
Ş.Ə:
Bilirsiniz, mənim ümumi kontekstdə məsələyə münasibət bildirməyimdə bir konkretlik
var. Əslində 162 saylı məktəb Azərbaycan Təhsil sisteminin kiçik modelidir. O məktəbdə
baş verən iyrənçiliklər, bütünlüklə Azərbaycan təhsilinə aid edilməlidir. Bunun
bir sıra səbəbləri var.
Birincisi,
təhsildə ikitirəlik var. Təhsil müəssisələrinin rəhbərləri həm İcra hakimyyətinə,
həm də birbaşa üst qurumu olan Təhsil Nazirliyinə tabedir. Bu da təsadüf deyil.
Axı kənd rayonlarında nazirliyin altqurumları İcra hakimiyyətinə bağlıdırlar,
ikinci bir tərəfdən isə büdcədən təhsilə ayrılan məbləğ yetərli olmadığından bu
qurumun balansında olan tikililərin cari və kapital təmiri, yaxud yeni
binaların inşasına icra qurumları qoşulmalı olur. Bu da nəticədə asılılığa və nəhayətdə
ikitirəliyə gətirib çıxarır. İkitirəlikdən yaranan rəqabət özünün mənfi təsirini
ciddi şəkildə təhsildə göstərmiş olur.
Başqa bir
problem, Təhsil Nazirliyinin daxilində baş verən qruplaşmalardir. Kurikulumla əlaqədar
yranmış parçalanmalar daha da dərinləşməkdədir. Çünki kurikulum islahatları
işbilməzlərin əlindədir. Müəllimlərlə aparılan işlər biabırçı vəziyyətdədir.
Kursu bitirən müəllimlər daim öyrənmədiklərindən şikayət edirlər. Bir qismi isə
müxtəlif yollarla “sertifikatlar” almaqla məşğuldurlar. Səbəb Təhsil Nazirliyinin ikidə bir müəllimlərin maaşının “sertifikat”la müəyyənləşəcəyini bildirməsidir. Buna
görə də formalizm baş alıb gedir.
Bir vəziyyət
düşünün ki, şagirdlərin böyük əksəriyyətinin İnformatika müəllimlərindən daha
çox kompüter və proqram dilləri haqında məlumatları var. Belə olan təqdirdə
hansı nümunəvi məktəb qaydalarından danışmaq olar?
Biabırçı vəziyyətdə olan dərsliklərdən
danışmağa belə dəyməz. Mən tarixçiyəm. Tarix dərsliklərində adi xətalardan
tutmuş, sistemlə əlaqədar səhvlərə qədər nə desəniz, var.
M: Hə, hqiqətən də elədir. Amma sizin iradlarınızı
bilmək maraqlı olardı.
Ş.Ə: Deyim
sizə.
Məsələn, dərsliklərdə
anlayış kimi “mixi yazı” ifadəsi işlədilir. Axı Azərbaycan dilində “mix” sözü
yoxdur, “mıx” var. Şagird də “mixi” sözünün arxasında bir gizəm axtarır.
Halbuki bunu ya mıxabənzər, ya da mismari yazılar kimi qeyd edə bilərdilər və
asan başa düşülərdi. Bu kimi gülünc səhvlər çoxdur.
Sistemisizliyə
gəlincə, əvvəla qədim dövrdən müasirə deyil, müasirdən qədim dövrə getmək tarix
fəninin kurikulumuna daha uyğun olardı. Bu həm əzbərçilikdən uzaqlaşdırardı, həm
kiçikyaşlı uşaqların çətin anlayışlar altında əzilməsindən onları xilas edərdi,
həm də ən yeni dövrün, özəlliklə Azərbaycanın daxili məsələlərinin dərsliklərdə
öz əksini doğru-düzgün tapmasına imkan verərdi.
Başqa bir
sistemsizlik isə guya tarixdə siniflər bölgüsündən imtina edilməsidir. Amma yenə
də ənənıvi formasiyalar üzərindən dərsliklər yazılır və şagirdlərə belə öyrədilir.
Ən nəhayət,
guya şagirdlərin qiymətləndirməsi summar ölçü ilə aparılır. Amma jurnalların tərtibatı
hələ də sovetlərdən qalmadır və s.
Tutarsızlıqlar
xeyli çoxdur. Həm “Tarix”, həm də “Azərbaycan tarixi” fənlərində mövzular məzmun
və mahiyyətinə uyğun işlənilmədiyindən təkrara yol verilir. Yəni nə fənlərarası
inteqrasiya var, nə də mövzuda baş vermiş regional fakt-hadisə dünya tarixi ilə
əlaqələndirilir. Bu da azmış kimi eyni hadisənin tarixi hər fənndə fərqli
yazılır.
Amma Azərbaycan
təhsilinin ən ciddi problemi FETO-dur. Hər nə qədər bu inkar edilsə də, həqiqət
fərqlidir. FETO Azərbaycan təhsilinin, düz, boğazındadır. Təsadüfi deyil ki, Pakistanda
FETO problemi üzərinə yenidən qayıdılıb. Ciddi araşdırmadan sonra yenə də Fətullah
Gülənə bağlı xeyli litsey aşkarlanıb və bağlanıb.
Aərbaycanda
FETO problemi heç vaxt ciddiyə alınmayıb. Yadınızdadırsa, Fətullah Gülənlə əlaqələrinə
görə Azərbaycanda fəaliyyət göstərən bir müstəqil televiziya kanalı
bağlanmışdı. Amma nə hikmətdirsə, bir qədər sonra bu kanalın ikinci şəxsi başqa
bir yayım şirkətinin rəhbəri kimi zühur edir və birbaşa prezidentdən müsahibə
almağa müəssisər olur. Sual ortaya çıxır, axı bu prezidentin məsləhətçiləri
kimlərdir? Ona həmin kanala müsahibə verməsinə necə razılıq veriblər? Bunun kənardan
fərqli göründüyünü başa düşmürlərmi?
Təsəvvür
edin, həmin kanal yayımına başlayar-başlamaz
yenidən özünəməxsus FETO üsuluna əl atdı. Belə ki, kanalın rəhbəri
jurnalist qismində hakimiyyətə müxalif
olan başqa bir jurnalist xanımın intim yazışmalarından danışdı, məhrəmindən
bəhs etdi. FETO-nun Türkiyədəki fəaliyyətinə bənzəyən ssenaridir, deyilmi?
Son
zamanlar təhsildə yaranmış bir başqa problem də sabiq MTN əməkdaşlarının, yəni
Eldar Mahmudovun kadrlarının təhsilə axın etməsidir. Həm də çox yüksək vəzifələrdə
mövqe tuturlar. Bu insanlar təhsili də xüsusi xidmət orqanlarında əldə etdikləri
vərdişlər əsasında idarə edirlər. Bu səbəbdən şantaj, hədə-qorxunun həddi-hüdudu
yoxdur.
Bu da məktəbin
müdriyyətinin, eləcə də sinif rəhbərlərinin valideynlərə, şagirdlərə rahatlıqla
təzyiq göstərmələrini daha da “stimullaşdırır”...
Bir ölkə
fikirləşin ki, onun aparıcı bankından səkkiz milyard mant məbləğində yeyinti
olub. Deyəcəksiniz bunun təhsillə nə əlaqəsi?
Məsələ
bundadır ki, buna ümumi prosesin tərkib hissəsi kimi baxmaq lazımdır. Məhz həmin
yeyintinin gətirdiyi zəlzələ nəticəsində MTN kimi bir qurum dağıldı və onun
kadrlarının bir çoxu indi təhsildədir.
Digər
yandan yuxarıda milyonları yeyənlər aşağıda beş-on manat qanunsuz gəlir əldə
etməyə şərait yaratmağı da unutmayıblar. Tək müəllimlər deyil ki, dövlətin məmurları
arasında belə 70 manata qədər “hədiyyə” almağın rüşvət olmadığı lətifə kimi
danışılır. Beləliklə, insanların milyonlarla manat yeyintiyə səs çıxarmamaları
üçün, onlrın kiçik məbləğli qanunsuz gəlirlər əldə etmələrinə bilərəkdən göz
yumulub. Başqa sözlə, Azərbaycanda kimi milyonluq, kimi də yüz manatlıq rüşvətin
xofu altında əzilə-əzilə yaşayır. Buna rəğmən, yenə də hər kəs səssiz “ öz işi”
ilə məşğuldur. Əl əli,əl də üzü yuyur.
Bütün
bunlar hər kəsin bildiyi həqiqətlərdir.
Bax, 162
saylı məktəbdə bunlar baş verir. Məktəb müdiri Səbail rayon İcra hakimiyyəti və
Təhsil Nazirliyindəki rəfiq və rəfiqələri ilə birgə millətin balalarına zülm
edir.
M: Yenə də ümumi danışdınız, ad çəkmədiniz...
Ş.Ə: Başa
düşürəm, siz jurnalistsiniz və çalışdığınız bir media qurumu var. Sensasiya
axtarırsınız, reytinq sizin üçün vacibdir. Ancaq mən məsələyə bir qədər geniş
baxmağınızı istəyirəm.
Guya siz
bilmirsiniz? Məgər sosial şəbəkələrdə kifayət qədər adlar sadalanmır? Bir də
ki, nə fərqi var, sanırsınız ki, əsl suçlu barəsində ciddi ölçü götürüləcək? Bu
mümkün deyil.
Konkret
olaraq, Sevinc Abbasovaya gəlincə, o, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad
Tağıyevin, Təhsil naziri Ceyhun Bayramovun, həmçinin, indiki Bakı şəhər meri, o
zaman Səbail rayon İcra hakimiyyətinə rəhbərlik edən Eldar Əzizov, onun ətrafının və bir zamanlar Əjdər Ağayevin timsalında FETO-çuların xüsusi lütf göstərdiyi kadr olub.
M: Amma Təhsil Nazirinin əmri ilə işdən azad
edilib.
Ş.Ə:
Deyirsiniz, bundan sonra da işindən azad edilməyəydi. O zaman Ceyhun Bayramovun
özünü təhlükə gözləyə bilərdi. Azərbaycanda
üst qurumlar tabelilərinə geniş səlahiyyət tanıyır, hətta qanunla nəzərdə
tutulmayan da. Bir şərtlə ki, şikayət gəlməsin, qarşıdurma olmasın. Bu olan
halda isə tabelilərini tanımaya da bilirlər.
İnanın ki,
dəyişən heç nə olmayacaq. Deyilənə görə 162 saylı məktəbə rəhbərlik müvəqqəti
olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi
Əfqan İskəndrova həvalə olunub. Bilirsinz, bu nə deməkdir, qurda quzunu
tapşırmaqdır. Axı həmin Əfqan İskəndərov zamanında 162 saylı məktəbə yoxlama
kimi gəlmiş və bu təhsil müəssisəsində baş vermiş bütün nöqsanların ya üstünü
ört-basdır etmiş, ya da görməzdən gəlmişdi. İndi siz deyin, Əfqan İskəndərovun
o məktəbdə atacağı addımlar nə ola bilər, və ya müsbət yöndə nəsə gözləməyə dəyər?
M: Siz mətbuata verdiyiniz bir müsahibədə Elina
Hacıyevanın məktəb rəhbərliyi tərəfindən hadisə günü çəkilmiş videosunda “burda
rus dilinə icazə verilmir” sözlərinə diqqəti çəkməyə çalışmışsınız. Bununla nə
demək istəmişsiniz?
Ş.Ə: Qızın
həyatı təhlükə altındadır, amma heç kəs bunun fərqində deyil. Əksinə, onu təzyiq
altında danışdırırlar. Hiss olunur ki,
ona yuxarıda bəhsi gedən fikri səsləndirməsini israrla öyrətmişlər. Çox güman, yazıq uşağı başqa məktəbə dəyişəcəklərini
vəd edərək, aldadıblar.
M: Amma ola bilsin, ölməsəydi, dəyişə bilərdilər də.
Ş.Ə: Ola
bilsin. Mənim söyləməyə çalışdığım bu deyil.
Təsəvvür
edin ki, 20 yanvar hadisələrindən, Xocalı soyqırımından, ən nəhayət, Rusiyanın
təmənnasız Ermənistanı müdafiə etməsindən sonra belə, Azərbaycanda rus dili
yaşaya və fəaliyyət göstərə bilir. Bu Azərbaycan xalqının rus xalqına qarşı hər
hansı kin-küdurətinin olmaığının bariz sübutudur. Ancaq məsələ bu deyil. Burada
məsələ Azərbaycan dilli məktəb və sektorların aşağılanmasıdır, diqqətə
alınmamasıdır. İnanıram ki, heç rus xalqının özü də bu vəziyyəti qəbul eləməz.
Amma Azərbaycanda bunlar baş verir.
Azərbaycanda
rus dilli məktəblərə ən yüksək səviyyədə daim dəstək olub. Buna görə rus dilli
məktəblər və ya sektorlar əleyhinə danışmaq, və ya fəaliyyət göstərmək, o qədər
də asan deyil.
Baxın, Azərbaycan
sektorunda 18-19 nəfərdən ibarət siniflər bağlana bilir. Sinifin təşkili üçün
20 nəfər şagird tələb olunur. Rus sektorunun isə belə bir problemi yoxdur.
Çünki rus sektorlarında 10 nəfər şagirddən ibarət siniflər belə mövcuddur. Bəs
onda Elina niyə o sözləri söylədi? Axı 162 saylı məktəbdə heç zaman belə bir
problem olmayıb. Hələ-hələ Sevinc Abbasovanın zamanında. Onun arxasında duran
güvvələrə baxın.
Məsələn, Bakı
Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, bir zamanlar, Azərbaycan
Demokratik Sahibkarlar Partiyasında ikinci rəhbər şəxs. Yəni Mahmud Məmmədovun ən
yaxın adamı. O Mahmud Məmmədov ki, indi yerində “Alov” qullələrinin ucaldığı
“Moskva” mehmanxanasının sahibi idi. Bir sözlə, onun kimliyi, eləcə də təsis
etdiyi siyasi qurumun fəaliyyəti birbaşa Moskva ilə bağlı idi. Eldar Əzizov isə
bu partiyada ikinci adam olub. Prtiyanın orqanı olan “Günay” qəzetinin baş
redaktoru olub. Əgər o, Sevinc Abbasovanı
bir kadr kimi dəstəkləyirdisə, onda bu mümkündürmü, 162 saylı məktəbdə
rus dili sıxışdırılsın? Absurddur, deyilmi?
M: O zaman problem nədir?
Ş.Ə: Mən
buna problemdən daha çox, təhlükə kimi baxıram. Məsələyə yeniyetmə bir qızın faciəsi üzərindən edilmiş
əxlaqsızlıq və ya cinayət kimi baxmaq düz olmazdı. Bu mənim açıqlamam ilə də həllini
tapacaq bir şey deyil. Hesab edirəm, hüquq-mühafizə orqanları bu işlə ciddi məşğul
olmalıdırlar. Məsələnin kökü çox dərindədir...
M: Təhlükə demişkən, dünyada baş verən təlatümlər
fonunda Azərbaycan hakimiyyətinin həyta keçirdiyi dövlət təhlükəsizliyi məsələsinə
necə baxırsınız? Bir anlıq mənə elə gəldi ki, siz yuxarıda məhz buna işarə
edirsiniz...
Davamı növbəti yayınımızda
Post a Comment