Müsahibimizə görə FETO-nun təhlükəli yanı nələrdir?..
(əvvəli ötən, 28 aprel və 06 may 2019-cu ilki yayınımızda)
Üçüncü hissə
M: Təhlükə demişkən, dünyada baş verən təlatümlər
fonunda Azərbaycan hakimiyyətinin həyta keçirdiyi dövlət təhlükəsizliyi məsələsinə
necə baxırsınız? Bir anlıq mənə elə gəldi ki, siz yuxarıda məhz buna işarə
edirsiniz...
Ş.Ə: Azərbaycanın
təhlükəsizliyi ilə bağlı sualları yanlış ünvana yönləndirirsiniz. Hətta ona mənim
hər hansı münasibət bildirməyim belə, doğru deyil. Ən azı ona görə ki, hər hansı
bilgim yoxdur.
M: Amma bir az əvvəl təhlükədən danışdınız.
Ş.Ə: Həmin
təhlükədən istənilən qədər danışa bilərəm. Amma nə faydası var. Azərbaycanda
ağla qara o qədər iç-içədir ki, buraya işıq tutmağın heç bir mənası yoxdur.
M: O zaman bildiklərinizi söyləyin, heç olmazsa,
xalq ayıq-sayıq olsun.
Ş.Ə:
Xalqın bildiyindən fərqli və ya çox heç nə bilmirəm. Əminəm ki, bir jurnalist
kimi siz də mənim bildiklərimindən daha çox məsələlərdən xəbərdarsınız.
M: O zaman sualımın şəklini dəyişim. Hazırda FETO-nun
Azərbaycanda təsir gücü nə qədərdir? Ümumiyyətlə, bu qruplaşma Azərbaycana necə
ayaq aça bildi?
Ş.Ə:
Türkiyə türkcəsində desək, çox “kurnaz” jurnalistsiniz (gülür). Yəni
deyirsiniz, ipi ucundan çözək?
FETO-nun Azərbaycana ayaq açmasının altyapısı
hələ Dağlıq Qarabağ və onun ətrafında cərəyan edən hadisələr zamanında hazırlanmışdır. Lakin
onun Azərbaycanda zühuru 1990-cl ilin 20 yanvar hadisələri ilə bağlı olub.
Məsələni
kökündən aydınlatmaq üçün burada bir haşiyəyə çıxaraq qeyd edim ki, SSRİ-nin
dağılması əgər bir tərəfdən partiya və dövlət qurumlarında samballı mövqe tutan
rus milliyətçilərinin fəaliyyəti ilə bağlı olubsa, o biri yandan da təməli
silahsızlaşma ilə qoyulan Amerika planı ilə əlaqədar baş tutub.
M: Üzr istəyirəm, necə yəni, rus milliyətçiləri
SSRİ-ni dağıtmaq istəyirdi?
Ş.Ə: Yox,
yanlış anladınız. Hələ 1981-ci ildə, yəni Lev Volodarskinin zamanında Mərkəzi
Statistika İdarəsi tərəfindən həm KP MK, həm də DTK-ya SSRİ-nin yenidən
qurulmasını əsaslandıran bir sənəd təqdim olunmuşdu. Sənəddə müttəfiq
respublikaların yaşamasında bütün yükün Rusiya Federasiyasının üzərinə düşdüyü
və buna görə də Rusiyanın tərəqqisinə mənfi təsir etdiyi bildirilirdi. Nəticədə
güclənən Qərb dəyərləri qarşısında Rusiyanın sürətlə öz rəqabət gücünü itirməsindən
bəhs olunurdu.
Amma
hesabatda Rusiya siyasi elitasını daha şox rahatsız edən digər sovet xalqları
arasında rifah halına görə daha çox rusların geri qalması, artan işsizlik
ordusunda yenə də rus gənclərinin əsas yer tutması faktı idi. Ona görə də
SSRİ-ni yenidən qurmaq, rus gəncliyini milli dəyərlər üzərindən tərbiyələndirmək
zərurəti ortaya çıxmışdı. Amma bu Rusiya ilə birgə digər müttəfiq
respublikalarda da oyanışı tətiklədi. Rus milliyətçilərinin planından xəbərdar
olan Amerika nəticədə öz planını işə saldı. Sovet xüsusi xidmət orqanları
Amerikanın oyununu pozmağa çalışdı, “qısa müddətli münqişə ocaqları” yaratdı.
Lakin bu da SSRİ-ni xils edə bilmədi. Amerika konfiliklərin idarəsində daha
bacarıqlı çıxdı.
M: Qəribə və olduqca maraqlı faktdır. Qayıdaq
FETO-ya.
Ş.Ə:
Dediyim kimi Amerika oyuna hər tərəfli hazırlaşmışdı. SSRİ-nin “münaqişə
ocaqları” taktiksına demokratik müqavimət oyunu ilə cavab verirdi. Təsəvvür
edin ki, ölkənin şimalında (Rusiya-red.),
on illər öncə baş vermiş Hopea faciəsi üzərindən, hətta rus xalqını belə
bir-birinə qarşı qoydu.
Azərbaycanda isə 20 yanvar qətliamı baş verdi.
ABŞ Böyük bir coğrafiyaya malik Türk dünyası üzərinə fərqli təşkilatlar
yaratmaqla açılırdı. Bunlardan biri də FETO idi. Bax, o zaman Fəttulah Güləni ortaya
çıxardılar. Gülən 20 yanvar hadisələrinə çox sərt reaksiya verdi. Elə
“hönkürdü” ki, səsi bütün Azərbaycanda eşidildi. Bu ilk həmlə oldu.
M: Bəs sonra?
Ş.Ə: Sonra
isə Azərbaycan gənclərinin FETO kanalları ilə Türkiyədə təhsilləndirilməsi və
onların dövlət qurumlarında yerləşdirilməsi prosesi başladı. Elm, təhsil, mədəniyyət,
idmandan tutmuş, siyasi qurumlara, hüquq-mühafizə orqanlarınadək hər bir sahədə
kadrlaşdılar.
M: Bu söylədiyinizi Türkiyədə təhsil alan bütün gənclərə
şamil etmək olarmı?
Ş.Ə: Təbii
ki yox.
M: Beləliklə FETO Azərbaycanda tanındı.
Ş.Ə: Fətullah
Güləni 1998-ci ildə Azərbycanda geniş ictimaiyyətə tanıdan Qulu Məhərrəmli
oldu. O, hər nə qədər bunu özünün peşəkar fəaliyyəti ilə bağlasa da, əslində belə deyil. Güləni böyük bir işığa bənzədən Qulu Məhərrəmli 2014-cü ildən
etibarən “nurçu”luqdan "imtina" etdi. Bu da təbii idi. Çünki həmin vaxt artıq Gülənlə
Ərdoğan arasında qarşıdurma yaranmışdı.
Azərbaycanda
FETO-nu ictimaiyyətə sevdirən isə şair Məmməd Aslan olub. Bəxtiyar Vahabzadənin Fətullah Gülənə məktubu da, onun tanınıb
sevilməsində az rol oynamadı. Daha sonra Əli Çərkəzoğulları, Cəmaləddin Həsənoğulları,
Fazil Mustafalar, Fuad Hüseynzadələr, İlham Məmmədlilər, Rəşad Məcidlər və s.
meydanda az at oynatmadılar.
Amma bu təhsil və media ayağıdır. Bunun siyasi
qanadı da var.
M: Əgər siyasi qanadı varsa, niyə Türkiyədəkinə bənzər
çevrilişə cəhd etmədilər?
Ş.Ə: Kim
deyir ki, etmədilər?
Elə həmin
vaxtlar məşhur milyarderlər ittifaqı Azərbaycanda çevrilişə cəhd etmədi?
2016-cı
ildə FETO-çularla milyarderlər ittifaqı arasında ciddi yaxınlaşma olmadımı?
Məsələn, Əli
Çərkəzoğlunun “zaman. az” saytında müxalif cəbhənin təmsilçisi Rafiq Əliyevdən
müsahibə götürməsi və həmin söhbətin “strateq.az”-da təkrar yayımlanması bu
yaxınlaşmanın sadə bir örnəyi deyildimi? Sizcə, bütün bunlar təsadüf idimi? Təbii
ki yox.
Həmin
dövrdə İlham Əliyevi Putin xilas etdi. Sadəcə, Putin cərəyan edən prosesin
inkişaf istiqamətini bir kəşfiyyatçı kimi anlaya bildi, yan-yörəsindəkilərə
inanmadı və Moskvada binə salmış İlham Əliyev əleyhdarı qüvvələri dəstəkləmədi.
İlham
Əliyev özü də Rusiya telekanallarından birinə verdiyi müsahibədə bu barədə xatırlatma
etmişdi.
Rus
jurnalistin “Rusiya sizi satmaz”- ifadəsini “Putin bizi satmaz”- şəklində
redaktə etdi. Çünki İlham Əliyev Kremldə Azərbaycan müxalifəti ilə sıx əlaqədə
olan və onun hakimiyyətdən getməsi üçün ciddi səy göstərən qüvvələr olduğunu
bilirdi.
M: Belə çıxır ki, FETO Moskva ilə də danışıqlara gedə
bilir?
Ş.Ə: Elə
çıxmır. Elədir ki, var. FETO-nu təhlükəli edən də elə budur. İqtidarda təmsil
olunmaq, daha sonra qazanılmış hakimiyyəti qorumaq üçün nə lazımdırsa, edirlər.
Amma
FETO-nu daha təhlükəli edən insan zəkası, psixikası ilə asanlıqla manipulyasiya
edə bilmələridir. Həm də bunu qarşı tərəfi aşağılayacı tərzdə, aşındıraraq həyata
keçirirlər. Ona görə də öz yalanlarını doğru, qarşı tərəfin doğrusunu isə
topluma asanlıqla yalan kimi təqdim edə bilirlər.
Bu isə təhsillə
məşğul olan bir “xidmət” qurumunun işi deyil. Bu xüsusi xidmət orqanlarına xas
xüsusiyyətdir.
Konfliktologiyanı
mükəmml bildiklərindən Türkiyədə olduğu kimi Azərbaycanda, Qırğızıstanda və s.
asanlıqla toplumu qütbləşdirə bilirlər.
Azərbaycanda
“yeraz”-yerli söhbəti, qazaxlarla qırğızlar arasında qaplaqurup mübahisəsi, yəni
kimin monqol, kimin türk olması davası sıradan qarşıdurmalar deyil. İşin təhlükəli
yanı isə bu prosesdə bilərəkdən və ya bilməyərək, ziyalıların- elm, təhsil, mədəniyyət,
din xadimlərinin, hətta idmançıların iştirak etməsidir.
M: Söylədiklərinizdən bu gün FETO-nun Azərbaycanın ən
ciddi problemi olduğunu anladım, elədirmi?
Davamı növbəti
yayınımızda...
Post a Comment