Qarabağ
probleminə baxış...
Dördüncü hissə
(əvvəli 28
aprel, 06 may, 08 may 2019-cu il yayımlarımızda)
M: Söylədiklərinizdən bu gün FETO-nun Azərbaycanın ən
ciddi problemi olduğunu anladım, elədirmi?
Ş.Ə: Elə
düşünmürəm. Daha ciddi problemlər var. Amma FETO-nun da ciddiyə alınması
lazımdır. Çünki FETO daxili və xarici qüvvələrin birləşdiyi vahid, mütəşəkkil
qurumdur. O, həm ağacı içindən yeyən qurd, həm sapı özümüzdən olan balta, həm də
həmin baltanı tutan əldir.
M: Anladım. Gələk Qarabağ məsələsinin üzərinə. Son
zamanlar bu problemin həlli istiqamətində Azərbaycan toplumunda fərqli səslər eşidilməkdədir. Kimi müharibə, kimi sülh, hətta
“xalq diplomatiyası” yolu ilə münaqişənin həllini istəyənlər var. Sizin mövqeyinizi
bilmək olar?
Ş.Ə: Mənim
mövqeyim heç nə həll etmir. Sadəcə, bir şeyi anlamaq lazımdır, “xalq
diplomatiyası” sülhdən sonrakı prosesdə xalqların sürətlə bir-birinə
yaxınlaşmasını təmin etmək üçün uğurlu addım olardı. Müharibə zamanı belə bir
niyət konfliktdə olan toplumlar tərəfindən fərqli anlaşılacaq. Belə cəhdlər xəyanət
kimi qiymətləndiriləcək. Çünki tərəflər bərabər statusda, bərabər şərait və vəziyyətdə
olmurlar. Əgər müharibə varsa, üstünlük var. Üstünlük varsa, dialoq yox, diktə
var. Diktə isə xalq dili deyil.
Digər
yandan müharibəni xalqlar etmir, dövlətlər edir. Müharibə, sülh xalqların
fövqündə duran məsələlərdir. Xalqları müharibə və sülhə dövlətlər hazırlayır.
M: O zaman müharibə edək?
Ş.Ə: Əgər müharibə istəyiriksə, Qarabağ probleminin kökünü araşdırmalıyıq.
Azərbaycanda
toplumun böyük əksəriyyəti bu münaqişənin torpaq problemi ilə əlaqədar
olduğunu zənn edir. Çünki konflikti alovlndıran həm bizə, həm də dünya
ictimaiyyətinə belə təqdim edib. Halbuki yuxarıda da qeyd etdiyim kimi bu
“qaynar nöqtə” subyektlərin mərkəzdən qopmaması məqsədi ilə yaradılmışdı. Mərkəzdə
milliyətçilik üzərindən özünüdərk prosesi getdiyi bir vaxtda, əyalətlərin başı süni
konfliklərlə qarışdırılırdı. Lakin SSRİ dağıldı. Bəs indi məqsəd nədir?
Hazırda
geostrateji mövqe uğrunda mübarizə gedir. Kimə qarşı? NATO-ya. O NATO ki, hələ
XX əsrin 80 illərindən Rusiyanın ipini çözən Amerika burada əsas gücdür. Şimali
Atlantika blokunun Rusiya ilə sərhəddi
olan müttəfiq dövləti isə Türkiyədir. Türkiyənin Qafqazda ən yaxın müttəfiqinin
Azərbycan olduğu heç kəsə sirr deyil. Demək, Azərbaycanı öz orbitində saxlamaq
və onun əl-qolunu bağlamaq üçün yüz ildən bəri sınaqdan çıxmış “erməni kartı”nı
oynamq lazımdır. Beləliklə Qarabağ münaqişəsi alovlanır.
M: Yəni ermənilərin heç günahı yoxdur?
Ş.Ə: Təbii
ki, var. Sadəcə, burada erməni xislətinin rus siyasəti ilə üst-üstə düşdüyünü və
buna görə də bu xalqın Kremlin diktəsinə rahatlıqla uymasını qeyd etmək istərdim.
Beləliklə,müharibə
variantına əl atmaq üçün hazırda Rusiyanın Qarabağ siyasətində hansı nöqtədə
durduğunu müəyyənləşdirmək vacibdir.
M: Sizcə hansı mövqedədir?
Ş.Ə: Bir mənalı
söyləmək xeyli çətindir. Amma son zamanlar Rusiya ilə Türkiyə arasında bir
qarşılıqlı etibar, etimad yaranmaqdadır. Başqa sözlə,Türkiyədə köklü dəyişikliklər
baş verir. Qərb isə nə bu dəyişiklikləri, nə də Rusiya-Türkiyə yaxınlaşmasını arzulayır.
Moskva-Ankara yaxınlaşmasına mane olmaq üçün əlindən gələni edir. Məsələn, FETO
əli ilə Rusiya səfiri Karlovun qətlə yetirilməsi, bu qəbildən olan təxribatlardan
biri idi. Amma baş tutmadı. Yeri gəlmişkən, bu variant ermənilərə də sərf
edirdi. Axı Rusiya-Türkiyə arasındakı yaxınlaşma dərinləşdikcə, Ermənistanın strateji
əhəmiyyəti əzəli mahiyyətini itirmiş olur. Bu baxımdan rəsmi İrəvan üçün belə
bir yaxınlaşma arzuolunmazdır.
Bununla
belə qarşımızdakı Kremldir, onun məntiqini çözmək nə qədər asandırsa, ruhunun nə
istədiyini müəyyənləşdirmək bir o qədər qəlizdir.
Ona görə də
Türkiyə-Azərbaycan arasındakı əlaqələrin həm dərinləşməsi , həm də sürətli
inkişafının təmin edilməsi vacibdir. Burada xüsusilə, böyük dövlət kimi Türkiyənin
üzərinə daha çox yük düşür.
Baxın, rəsmi
Moskva əgər silah gücünə Ukraynanın yalnız şərqini fəth edə bilibsə, bu
yaxınlarda qəbul edilmiş immiqrasiya siyasəti haqqındakı sənədlə bütün ölkəni ələ
keçirməyi mümkün etdi. Kremlin bu cəhdinin olduqca ağıllı addım olduğunu etiraf
etmək məcburiyyətindəyik. Halbuki Anadoluya pənah gətirən digər türk
topluluqlarının nümayəndələrinin, o cümlədən Azərbaycan türklərinin Türkiyə vətəndaşlığını
almaları üçün 5 ildən çox bir müddət gərəkir.
Slavyanlar
arasında nifaq toxumunun səpilməsinə rəğmən, istənilən Ukraynalı 6 ay ərzində
rahatlıqla Rusiya vətəndaşlığı ala bildiyi halda, Türk toplumlarının dabanından
gələn belə bir istək-arzunun Türk cümhuriyyətlərinin rəsmi dairələri tərəfindən
görməzdən gəlinməsi xeyli üzücüdür.
Gördüyünüz
kimi böyüklük yalnız silahla olmur. Halbuki bu qəbildən olan inteqrasiya Türkiyəni
daha da gücləndirə bilərdi. Təbii ki, Azərbaycan və digər Türk respublikalarını
da. Onsuz da bölgədə bir sosial fəallığı,
Türk toplumlarının öz hakimiyyətlərinə ünvanladığı ismarıcı bariz şəkildə görmək
mümkündür.Yəni inteqrasiya prosesi gedir, qarşısıalınmaz bir passionarlıq
mövcuddur. Sadəcə, onu daha da tətikləmək, sürətləndirmək lazımdır.
Təbii ki, Rusiya Türk respublikalarıının, türk xalqlarının inteqrasiyasına mane olub və
olacaq da. Amma bu dərin yaxınlaşma baş tutduğu təqdirdə onunla hesablaşmaq məcburiyyətində də qalacaq. Nəzərə alın ki, hələ indi Kreml
Türkiyə kimi qüdrətli bir dövlətlə müttəfiqlik etmək üçün ciddi səy göstərir.
Bu baxımdan
inteqrasiyanın gətirdiyi güc və yeni geosiyasi təşkilatlnma Ermənistanın
strateji əhəmiyyətini itirməsini və az gərəkli olmasını zəruri edəcək. Zənnimcə,
bu amil Qarabağ probleminin həllinə samballı töhvə verə bilər.
Bununla belə, istənilən halda döyüşlər olacaq,
itki qaçınılmazdır.
M: İstəsək də, istəməsək də ermənilərlə qonşuyuq. Digər
tərəfdən döyüşlərin yenidən başlanması, axı xalqlar arasındakı düşmənçiliyi yenidən tətikləyəcək? Bölgəyə barışın gəlməsini ləngidəcək. Hələ çoxmu gözləyəcik?
Ş.Ə: Təklifiniz
nədir, torpaqları güzəştəmi gedək? Yaxud güya indi ölüm hadisıləri olmur? Güya indi itkilərimiz yoxdur?
İkinci bir
tərəfdən bu müharibəni nə başlayan, nə də
sülhün bağlanmasında hər hansı səlahiyyəti, mandatı olan mənəm. Sadəcə siz məndən səf istədiniz, mən də söylədim.
Amma yenə
də bir faktla sizin sualınızı cavablandırım.
90-cı illərin
əvvəllərində Xankəndində düşmən kimi üz-üzə gəldiyim bir insanla illər sonra
sosial şəbəkədə qarşılaşdıq. İlk o məni tanıdı. Xeyli müddət ünsiyyətdən sonra o,
Xocalıya görə üzr istədi. Mən düşmənimi əfv etdim. Hazırda bizim səmimi münasibətlərimiz
var. Əgər mən bağışladımsa, demək, xalqlar da barışa, bir-birini bağışlaya bilər.
Yetər ki, ədalətli sülh olsun. Azərbaycanın ərazi bütövlüyü təmin olunsun.
M: Demək istəyirsiniz, sizin hazırda ünsiyyətdə
olduğunuz erməni tanışınız var?
Ş.Ə: Erməni
olanda nəsə dəyişir?
Mənim
ünsiyyətdə olduğum şəxs erməni deyil, rusdur.
Sadəcə, cəbhədə
ermənilər tərəfindən çıxış edib. Digər yandan o, can almayıb. Xilas edib. Amma
xilas etdiyi mənim vətənimi işğal edən, millətimə Xocalı kimi bir soyqırımı
yaşadan erməni əsgəri olub. Yevdokiya Donçu hərbi həkim-cərrah olub. Bununla
belə o, Xocalıya görə mənim timsalımda Azərbaycan xalqından üzr istədi.
Mən Xocalıya
görə üzr istəyən ermənini də bağışlamağa hazıram. Yetər ki, əlində silah həmin
qətliamı birbaşa törədənlərdən və ideoloqlordan olmasın.
M: Siz o hərbi həkimlə hansı şəraitdə
qarşılaşmışdınız?
Davamı növbəti
yayınımızda...
Post a Comment