İyulun 1-dən qanun qüvvəyə minir...
Elektrik
mühərrikli avtomobillərin daxili yanma mühərrikli maşınlar üzərində ən mühüm
üstünlüyü, onların tam səssiz
işləmələridir. Sürücülər və sərnişinlər
elektromobilləri bu keyfiyyətinə görə yüksək qiymətləndirirlər.
Lakin
tezliklə bəhsi gedən avtomobillərin bu xüsusiyyətinin piyadalar və ya
velosipedçilər üçün təhlükə yaratdığı məlum olub. Başqa sözlə, onların
yaxınlaşan elektrik avtomobilinin səsini eşitməməsi və bu minik vasitəsinin təkərləri
altına düşməsi ehtimalı xeyli çoxdur.
Avropalı
millət vəkilləri bu vəziyyəti düzəltməyi qərar almışlar.
Hələ keçən
il bu problemlə əlaqədar olaraq, qanun qəbul etmişlər. Artıq iyul ayının 1-dən
həmin qanun qüvvəyə minir
Qanuna görə
saatda 20 kilometr sürətlə hərəkət edən istənilən nəqliyyat növünün akustik xəbərdarlıq
sistemi ilə təchiz edilməsi məcburidir.
Qanunda
elektrik mühərrikli avtomaşınların 56 desibeldən az olmayaraq gurultu etməsi də
bir mənalı tələb olunur, hansı ki, bu səs işləyən soyuducunun çıxartdığı səsə
ekvivalentdir.
Həmçinin
qanunda sürətin artmasına uyğun olaraq, gurultunun da çoxalması məcburiyyəti də
qeyd olunub.
Xatırladaq
ki, daxili yanma mühərrikli avtomobillərin
çıxartdığı səs-küy, təxminən, 75 desibeldir.
Post a Comment