Топ-100 Gürcüstanın Rusiya ilə yaxınlaşmasında Azərbycan faktoru da var imiş

Gürcüstanın Rusiya ilə yaxınlaşmasında Azərbycan faktoru da var imiş


Avropada Gürcü Baş Naziri gözlənilməz Aprel hərarəti sarsmış…

Hələ aprel ayında Gürcüstanın Avropa Şurasına üzvlüyünün 20 illiyinə həsr olunmuş tədbirdə, bu ölkənin Baş naziri Mamuka Baxtadze AŞPA sessiyasında çıxış etmişdi. Avropa Şurası Parlament Assambleyasının deputatları Baxtadzeyə:
 1) 2018-ci il prezident seçkilərindəki pozuntu,
2) vətəndaşların bank borclarının silinməsi,
3) jurnalist Əfqan Muxtarlının Azərbaycana ekstradisiyası,
4) korrupsiyaya qarşı mübarizə,
5) qeyri-hökumət təşkilatlarına təzyiqlər barədə suallar veriblər.
Azərbaycanl müxalif jurnalistin Bakıya ekstradisiyası ilə bağlı suala gürcü Baş Nazir, "əlbəttə ki, biz Azərbaycanla təmasdayıq, istintaqda irəliləyiş var,proses başa çatdıqdan sonra tərəfimizdən hadisəyə münasibət bildiriləcək", - deyə, cavab verib.
Gürcü Baş Nazirin bu cür xoşagəlməz suallara məruz qalması Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının xoşuna gəlməmişdi və Avropaya gözdağı vermək üçün Moskva ilə əlaqələrin daha da yaxınlaşması istiqamətində addımların atılmasına bəhanə olmuşdu.
Nəticədə, Sergey Qavrilov insidenti baş verdi. Necə deyərlər rəsmi Tiflis qaş düzəltdiyi yerdə, vurub göz töküb...

0/Şərhlər

Previous Post Next Post