Топ-100 Qurbanqulu Berdimuhammedov öldümü?

Qurbanqulu Berdimuhammedov öldümü?


Xəbərin mənbəyi kimlərdir?..

Rusiyaya məxsus elektron KİV-lər Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovun ölməsi barədə xəbərlər yaymaqdadırlar.
Onlar bu xəbərin qaynağı kimi Avrasiya problemlərinin monitorinqi mərkəzinin direktoru Aslan Rubayevi göstərirlər.
Aslan Rubayev isə öz növbəsində xəbəri hakimiyyətə yaxın iri sahibkardan öyrəndiyini söyləyib.
Xəbər Türkmənistanın müxalif mətbuatında da yayımlanıb. Bildirilir ki, prezidentin yaxınları, hətta oğlu Serdar Berdimuhammedov belə saxlanılıb, ev həbsindədirlər.
Lakin hakimiyyətə yaxın mənbələr bütün bu xəbərlərin əsassız olduğunu və prezidentin 15 iyuldan etibarən məzuniyyətdə olduğunu, hazırda kitab yazmaqla məşğul olduğunu qeyd edirlər. Həmçinin, onun Almaniyada müalicə alan ağır xəstə anasına başının qarışdığını bildirirlər.
Türkmənistanın “Yaşlık” və “Miras” dövlət kanaları isə hazırda əyləncəli verlişlər yayımlamaqdadırlar.

Dövlət binalarında bayraqlar endirilməyib.
Bir sözlə, xəbər hələlik yalanlanmaqdadır.  

0/Şərhlər

Previous Post Next Post