Топ-100 Manna və Mağaracıq: maq tayfa məkanı

Manna və Mağaracıq: maq tayfa məkanı


Tarixin şahid olduğu qaynar nöqtə...

Onomastika tarixin köməkçi sahələrindən biridir. Amma Tarix onomastik təfsirləri tarixi faktlarla təsdiqləndiyi halda qəbul edir. Bu baxımdan xalqların qədim yaşayış yerlərinin müəyyənləşdirilməsində onomastik vahid kimi etnotoponimlər qiymətli mənbədir, yetər ki, o özündə elmiliyini qoruyub saxlasın, tarixdən gətirilən faktlarla daha da qüvvətlənmiş olsun. Başqa sözlə, hər hansı bir xüsusi isimin izahı ən azı dövrünün xronoloji  gerçəkliklərinə uyğun olmalıdır.
Mağaracıq...
 ...ta əzəldən əhalisi türklərdən ibarət geo-strateji yaşayış məskəni.
Mağaracıq, Şörəyel mahalına aid bir məntəqədir.  Hazırda Şörəyel mahalının böyük hissəsi Türkiyənin Kars ilinə bağlıdır. Digər bir qismi isə Qərbi Azərbaycan (indiki Ermənistan- red.) ərazisindədir.
Şörəyelin, başqa adı ilə Sirak elinin etimolgiyası sak türklərinin adı ilə əlaqələndirlir. Lakin bu heç də o demək deyildir ki, saklardan öncə burada türklər olmayıb. Tarixi faktlar göstərir ki, bu bölgədə hetlərlə bərabər kassilər (kas), mitanilər (subar türkləri) də yaşamışlar. Mənbələrdə də qeyd olunur ki, m.ö XVIII əsrdə mitanilər Xabur və Balıx çayları arsında məskunlaşıb və sonra buradan geniş ərazilərə yayılmışlar.
Mətləbdən uzaqlaşmayaq. Qayıdaq Mağaracıq sözünün mənşəyinə.
Araşdırmamız göstərir ki, Mağaracıq və Manna sözləri eyni mənşəlidir. Fikrimizi əsaslandırmazdan öncə kiçik bir arayış verək.
Məlum olduğu kimi dillər aqqlünativ, flektiv və amorf dillərə bölünür. Bizim dilimiz (türkcə) quruluşuna görə aqqlunativ dil kimi təsnif olunur. Yəni sözün kökü dəyişməz, şəkilçi söz sonuna əlavə olunur.
Təfsiri dillərdə isə söz fleksiyaya uğrayır. Yəni kökdən dəyişir və söz önünə də hissəcik qəbul edir. Bu tip dillərə german, slavyan, fars,ərəb və s. dilləri aid etmək olar.
Mannanın türk vətəni olmadığını sübut etmək istəyənlər bu sözü uzun müddət /Ma/İnanna/ kimi oxumağa çalışdılar. Yəni kəlmənin izahı “Ma” sözönlüyü vasitəsi ilə verilirdi. Amma nafilə, ortaya bir şey çıxmadı.
Nəhayət Yusif Yusifov Manna sözünün türkmənşəli və Mannanın türk dövləti olduğu tezini ortaya atdı və bunu sübut etdi. Daha sonra Tofiq Hacıyev bu fikri daha da inkişaf etdirdi. Mannall sözünün ilkin formasının Manqall şəklində olduğunu əsaslı, tutarlı fakt və arqumentlərlə sübut etdi.  Başqa sözlə, Mana tayfasının adının Manq olduğunu bildirdi. Buradakı “nq” səsi zamanla “q” səsi ilə əvəzləndiyini və Manq tayfası maq tayfası şəklinə düşdüyünü qeyd etdi.
Bu yerdə bir tarixi faktın altını çizmək lazımdır. Manna Lullubi və Kuti dövlətlərinin davamıdır. Bunu türk olmayan tarixçilər də qeyd edir. Örnək İ.M. Dyakonov.
Mannanın xələfi isə Atropatenadır. Atropatenanın şimal sərhədi şimal Azərbaycanın cənub ərazilərinə qədər çatmış. Bu mənada burada /Muğ/an yer adının olmasına təsadüf kimi baxmaq olmaz.
Maq tayfalarının ərazisi hər nə qədər bəlli sərhədlər çərçivəsində olsa da, bu tayfanın yayılma ərazisi xeyli geniş olmuşdur. O cümlədən sak yurdu kimi də tanınan Şirak eli, Şörəyel də bu areala daxil olmuşdur.
Bu anlamda Mağaracıq sözündəki /Maq/ hissəsi Manna, Manq, Maq tayfalarının adı ilə bağlıdır.
Buradakı aracıq kəlməsinə isə keçid mənasında baxmaq lazımdır. Başqa sözlə, Mağaracıq sözü eski türkcədə Maq keçidi mənasını verən ifadədir.
Bəs Xıl Əsgər kimdir? Doğurdanmı, bu yaşayış məskəninə ilk daş qoyan insandır?
Nə Əsgər adı (ərəb mənşəli sözdür-kiçik mənasını verir), nə də bölgənin miladan əvvələ gedən tarixi bunu mümkün edir.
Bəs onda həqiqət nədən ibarətdir?
Tarixi faktlar sübut edir ki, Kars bölgəsi , o cümlədən Maq keçidi fatehlərin, böyük sərkərdələrin daim savaş meydanı olub. Hələ 13-cü əsrdə Monqolların 2-ci və 3-cü yürüşləri zamanı bölgənin böyük dağıntılara məruz qalması bilinən faktlardandır. Toponimlər tarixi gerçəkiləri özündə ifadə edir. Məsələn, burada əhali qam tayfalarının məskunlaşdığı ərazini “Qəmərələr” adlandırırdı.
Digər tərəfdən Mağaracıq yaşayış məntəqəsinin lap yaxınlığında “Xərəbələr”adlı məkanın olduğu da hər kəsə məlumdur. Ehtimal ki, savaş və fərqli səbəbdən xaraba qalan məkana sonradan verilmiş addır. Bu anlamda Maq keçidinin əzəlki yerinin məhz “Xərəbələr” adlanan yerədə olması da mümkündür. Çox güman ki, Monqol fətihlərindən və onların qurduğu ulusun süqutundan sonra, yəni XIV əsrdən etibarən sərgərdan əhali geri dönmüş və yenidən burada məskunlaşmağa başlamışdır. Sadəcə, xarabanı bərpa etməkdənsə, yaxınlığında yeni yaşayış məskəni salmaq qərarına gəliblər. Belə bir tarixi yanaşma, zənnimizcə, Xıl Əsgərin Maq keçidinə ilk daş qoyan şəxs olması hədisini doğrulaya bilir.  

  Şahin Əlioğlu

0/Şərhlər

Previous Post Next Post