Топ-100 Türkiyə Türkcəsi niyə bir bu qədər yozlaşıb?

Türkiyə Türkcəsi niyə bir bu qədər yozlaşıb?


Türk Dil Qurumunun tarixdən gələn bəlası...

Türkiyədə yaşlı nənə-babalarla Azərbaycan türkcəsində ünsiyyət qurmaq çox rahatdır. Təəssüf orta və gənc nəsillə bu bir o qədər mümkün deyil. Səbəbni açıqlamağa çalışaq.
Məlum olduğu kimi 1932-ci ildə Tük Dil Qurumu təsis edildi. Məqsəd türk səslərini doğru-düzgün ifadə etməyən ərəb əlifbasını dəyişməkdən ibarət olub. İkincisi isə dildəki ərəb sözlərini eski türk və Mərkəzi Asiya türkcəsindəki sözlər ilə əvəzləmək idi. Bu nə qədər gərəkli idi, müzakirəyə açıq bir mövzudur. Biz məsələnin fərqli yanına toxunmaq istərdik.
Məsələ bundan ibarətdir ki, Türk Dil Qurumu özlüyündə hər nə qədər gərəkli təsisat idisə, onun fəaliyyət istiqaməti yanlışlarla zəngin idi. Bu da təsadüfi deyildi. Belə ki, bu yanlışların kökünü hələ I Türk Dil Konfransına (1932) qədərki proseslərdə axtarmaq lazımdır. Nəticədə təşkilatlanmadan tutmuş, kadrlaşmaya qədər geniş bir sahədə doğru olmayan, hətta təhlükəli addımlar atılmış oldu. Amma bütün bunlar  Türkiyə üçün səhv hesab edilsə də, onun əleyhdrı olan qüvvələr üçün planlı fəaliyyət idi.
Sadəcə, kadrlar üzərindən gətirdiyimiz faktlarla fikrimizi açıqlamağa çalışaq. Türk dilinə həsr olunmuş bir konfrans düşünün ki, burada fəaliyyət göstərən 3 erməni əsas fiqurlar sırasındadır. Bu mənada “Günəş-dil teoriyası” fonunda keçirilən həmin mərasimə Stepan Kurdikyanın, Gevorg Simkeşyanın və Akop Martayanın öz möhürlərini vurmasına təsadüf kimi baxmaq xoşniyətlilik olardı.
Aludəçilik elə bir həddə çatmış ki, Atatürk belə yanıldılmışdır. Məhz o, Agop Martayana dilçilik sahəsindəki fəaliyyətinə görə Dilaçar ləqəbi vermişdi. Amma həmin dil açar bütün fəaliyyəti boyu nəinki Türkiyə türkcəsini yozlaşdırdı, hətta Azərbaycan və digər türkcələrdən uzaq düşməsində əlindən gələni əsirgəmədi. Bundan əmin olmaq üçün onun yalnız “Azeri Türkcəsi” (1950) və “Türkiye'de Dil Özleşmesi” (1965) yazdığı əsərləri dilçilik baxımından araşdırmaq yetərlidir. Amma, çox təəssüf, Türkiyədə də oxumağı sevmirlər, özəlliklə orta və gənc nəsil.
Sual yaranır, Atatürk Martayanın barəsində nə qədər səhih məlumata malik idi?
Araşdırmamız bizi konkret cavab verə biləcəyimiz bir nəticəyə gətirib çıxatmadı. Lakin qətiyyətlə deyə bilərik ki, əsası sultan II Əbdülhəmid tərəfindən qoyulan “Təşkilat-i İstihbara Yıldız” 1908-ci ildə, elə onun taxtan düşürülməsi ilə fəaliyyətinə son qoymuşdu.
İttihad və Tərəqqi Cəmiyyəti dönəmində qurulan “Təşkilat-i Mahsusa” isə fəaliyyətini 1913-cü ildə dayandırmışdı.
Böyük önder Mustafa Kamal Atatürkün qurduğu “Milli Emniyyet Hizmeti Riyaseti”  ise fəaliyyətinə yalnız 1927-ci ildə başlamışdır.
Bir faktı da qeyd edək ki, hər dəfə bu xüsusi xidmət orqanlarının dağıdılnası ilə mühüm təhlükəsizlik sənədləri və şəxslərə dair bəlgələr məhv edilmişdir.
Bu baxımdan Mustafa Kamalın Aqop Martayan barədə geniş bilgisinin olmaması ehtimalı ağırlıq basır. Lakin A. Martayan və digər ermənilərin belə bir mühüm işə cəlb olunmasında digər səbəblər də ola bilər.
 Məlum olduğu kimi XX əsrin 20-ci illərində artıq “ Mavi kitab” adı altında ABŞ-ın Osmanlıdakı səfiri Henri Morqentaunun “xatirələri” və alman missioner Yohan Lepsusun  “Erməhilər və Almaniya” kitabları dərc olunmuşdu. Hər iki kitabın məqsədi erməniləri öz tərəfinə çəkərək, bölgədə gərginlik yaratmaq üçün onlardan istifadə etmək idi. Bu baxımdan o dövrdə artıq erməni məsələsi vasitəsilə Türkiyə üzərinə basqılar şiddətlənmişdi. Ehtimal ki, Atatürk də qarşı gediş edərək, erməniləri öz tərəfinə çəkmək və məhz onların öz əli ilə bu məsələni “çözməyə” çalışmışdır.
Üçüncü ciddi məsələ isə hər nə qədər Lozan sülhü ilə Mudros və Sevr müqavilələrinin nəticələri qüvvədən düşmüş olsa da, amma onların yan təsirləri hələ də özünü qoruyub saxlayırdı.
Bu özünü Rusiya ilə bağlanan Moskva və Qars müqavilələrində də göstərirdi. Həmçinin Lenin və Atatürk arasındakı razılaşma da ermənilərə xüsusi münasibət tələb edirdi. Lakin Leninin ölümdən qısa müddət sonra, 1925-ci ildə RSFSR-in Türkiyədəki səfiri Vinogradov rəsmi notada 1921-ci il Rusiya-Türkiyə müqaviləsinin ləğvini tələb etmişdi. Başqa sözlə, bu dövrdə artıq Rusiya da yenidən vəziyyətdən yaralanmağa başlayıb.
Bəs Aqop Martayan kimdir, bu şəxs üzərində niyə bir bu qədər dayandıq. Məsələ bundan ibarətdir ki, Türkiyədə hələ də bilmirlər ki, A.Martayan ingilis casusu olub. Daha sonra isə sovetlər üçün də çalışıb. Sadəcə, yuxarıda sadaladığımız səbəblər üzündən, yəni o dövrdə Türkiyə xüsusi xidmət orqanlarının iflic vəziyyətdə olması onun kimliyini maskalaya bilmişdir. Bunu öyrənmək isə yalnız sovet bəlgələrindən mümkündur. Bəlgələrdə A. Martayanın ingilis casusu olduğu, amma onun digər dövlətlərin istihbarat orqanları üçün, o cümlədən Rusiya lehinə də işləməsinin mümkünlüyü qeyd olunur. Bir faktı da unutmayaq ki, A.Martayanın konfransda iştirakını israrla tələb edən S. Kurdikyan və G Simkeşyan olmuşdur. Belə olan təqdirdə işin rəngi daha da tündləşmiş olur. Amma digər iki erməni barədə araşdırma aparmadığımıza və əlimizdə hər hansı bəlgə olmadığına görə sükutla keçməyə məcbur olduq.
Beləliklə, Aqop Martayan haqqında gısa bilgi:
1895-ci ildə İstanbulda anadan olub.
Orta təhsilini Gediklipaşadakı bir Amerika məktəbində bitirdi.
1915-ci ildə Robert Kollecini (İstanbuldakı Amerika Liseyi) bitirib.
İngilis, Yunan, İspan, Latın, Alman dillərini bilirdi.
Rus dili də daxil olmaqla mükəmməl səviyyədə slavyan dillərinə hakim olub.
Türk Dil Qurumunda baş məsləhətci olub.
Robert Kollecində və Svaboden Universitetində (Sofiya)  ingiliscə Şərq Dillərindən dərs deyib.
Ankara Ünversitetinde türkologiyadan dərs verib.
1942-1962-ci illər ərzində hazırlanan Türk ensiklopediyasının hazırlanmasında əsas fiqur olub.
1979-cu ildə İstanbulda ölüb. Amma ölənə qədər Gladionun Türkiyədəki qolu tərəfindən daim qorunub.
A.Martayanın tərcümeyi-halından da aşkar görünür ki, o, təkcə türk dili ilə deyil, tarixi ilə də əməlli-başlı oynayıb.
Türk ensiklopediyasında ermənilər lehinə bir bu qədər çox faktın olması da məhz, A.Martayan və ona müti olan qüvvələrin fəaliyyəti ilə əlaqədardır. Bu baxımdan Türkiyədə milli düşüncənin özünə doğru-düzgün yer alması xeyli zaman alacaq.

Şahin Əlioğlu

0/Şərhlər

Previous Post Next Post