Топ-100 Göksel Gümüşdağ: "Yenə də edəcəyik"

Göksel Gümüşdağ: "Yenə də edəcəyik"


"Başakşehir" dəstək istəyir

Oktyabr ayının 24-də İstanbulda keçirilən "Başakşehir" "Volfsberger" matçının yeganə qolunu vuran İrfan Can Kahveçi Məhmətçiyə əsgər salamı göndərmişdir.Bununla əlaqədar UEFA klub və futbolçu haqqında rəsmi araşdırma başlatmışdır.Baxmayaraq ki, Türkiyə Futbol Federasiyası (TFF) məsələ ilə bağlı rəsmi açıqlama verməsə də "Başakşehir" futbol klubunun ciddi narazılığına səbəb olub.Belə ki, Türkiyə mediya qurumlarından birinə müsahibə verən klub prezidenti Göksel Gümüşdağ narahatlıq və narazılığını ifadə edib.Klub prezidenti bu məsədə toplumdan sosial dəstək də istəyib.O, həmçinin, səfər oyununda "Başakşehir"-in qol vurması təqdirində yenə də Türk əsgərinə təzim edərək, salam göndərəcəklərini bildirib.Xatırladaq ki, UEFA bir qədər əvvəl Türkiyə millisi barəsində də rəsmi araşdırmaya başladıqlarını bildirmişdi.

0/Şərhlər

Previous Post Next Post