Топ-100 Avcıdan tarixi qələbə

Avcıdan tarixi qələbə

"Qalatasaray" toparlana bilmədi

"Qalatasaray" toparlana bilmədi
"Vodafone Park"-da Türkiyənin iki böyük klubu üz-üzə gəlib."Beşiktaş" doğma divarlar arasında "Galatasaray"-ı qonaq edib.Oyun ev sahibinin üstünlüyü şəraitində keçib.7 künç zərbəsi yerinə yetirən "ağ-qaralar", rəqibə künç zərbəsi vurdurmayıblar.Oyunun yeganə qolunu "qara qartal" qeyd edib.69-cu dəqiqədə Caner Erkinin sol cinahdan attığı kəsməni Umut Nayir uçaraq, baş zərbəsi ilə qola çevirib.

Abdulla Avcı üçün tale matçı...
Abdulla Avcı üçün tale matçı kimi xarakterizə edilirdi.Belə ki, komanda uzun müddətdir ki, öz azarkeşlərini sevindirə bilmir.Avropa və yerli çempionatda uğursuzluğa düçar olan "Beşiktaş"-da klub prezidenti və idarəçilərinin dəyişməsi komandanın məsuliyyətini iki qat artırmış oldu.İstanbul klubunun əzəli rəqibi qarşısında həm oyun həm də hesab üstünlüyü əldə etməsi onlar üçün dönüş nöqtəsi ola bilər.

Avcı: "Rəqibdən 7 km daha çox qaçdıq."
"Beşiktaş" klubunun texniki direktoru Abdulla Avcı: Rəqibdən daha çox qaçdıq.Daha çox enerji sərf etdik.

"Qalatasaray" toparlana bilmədi...
Bu gün sarı-qırmızılı komandanın məğlub olması komandada oyunçular arasında bir çox problemin olduğunu ortaya çıxarıb.Klubda ulduz futbolçuların çox olması vəziyyəti dözülməz həddə çatdırıb.Oyunçuların meydanda kollektiv mübarizədən uzaq performansı klub azarkeşlərini narahat edir.Çünki "Beşiktaş" kimi "Cimbom"-da yerli liqada və Avropada uğursuz çıxış edir.Bununla yanakı  yerli mətbuat klubun idarəçiləri arasında da gərginliyin olduğunu yazır.Lakin bununla da bitmir.Texniki direktor Fatih Terim ilə idarəçilər arasında da münasibətlərin gərgin olduğu bəllidir.Oyundan sonrakı mətbuat konfransında Fatih Terim azarkeşlərə həm Avropada həm də yerli çempionatda daha yaxşı nəticə və futbol anlayışı ilə oynayacaqlarına söz verib.Məşqçi bunun üçün özünün yetərli təcrübəyə, gücə və motivasiyaya malik olduğunu deyib.

0/Şərhlər

Previous Post Next Post