Топ-100 Qalatasarayda Falkao hüsranı

Qalatasarayda Falkao hüsranı


Klubda qarşıdurmanın səbəbləri nədir?
Falkaoda hüsran

Türkiyə super liqasında 9-cu turun oyunları keçirilir, amma Qalatasaray hələ də Falkaodan istədiyini ala bilmir. Halbuki ulduz futbolçu böyük ümidlə transfer olunmuşdu. Bəs 9 həftədə bir qol atan latın amerikalı futbolçuda bir bu qədər hüsranın səbəbi nədir?
Mənbəmizin verdiyi məlumata görə ilk ciddi səbəb kimi Falkaonun komandada “sevilmədiyidir”. Ulduz futbolçuya qarşı belə münasibətin səbəbi, onun şəxsiyyəti ilə deyil, klubun ona göstərdiyi xüsusi diqqətlə əlaqədardır. Hələ-hələ Falkao üçün keçirilən  imza mərasimində klub rəhbərliyinin digər futbolçuları onun kölgəsində buraxmaları, heyəti əməlli-başlı küsdürüb. Belə bir “inciklik” son nəticədə Falkao-Terim münasibətlərini də zədələyib. Hazırda nə Falkao, nə də digər futbolçular kollektiv şəkildə mübarizə apara bilmirlər.
Amma Fatih Terimin, qış fasiləsində 8 futbolçu ilə yollarımızı ayıracıq, deyimi də olduqca maraqlıdır. Burda məqsəd Falkao ətrafındamı, yoxsa Terimə sadiq oyunçulardan ibarət yeni komandanı təşkil etməkdən ibarətdirmi, zaman göstərəcək...

Falkao FETÖ qurbanımı?

Lakin klubda gizli bir şəkildə hökmran olan böhranı başqa yerdə görənlər də var. Bunu klub içindəki FETÖ-çuların yenidən aktivləşməsi ilə əlaqələndirənlər heç də az deyil. Qalatasarayda idarə heyəti daxilindəki çəkişmələri, klub rəhbərliyi ilə texniki heyət arasındakı qarşıdurmanı FETÖ-çuların şüurlu şəkildə tətikləməsinə bağlayanlar var.
Bu mənada həkim Yener İncenin dünən Falkao barədə mediyaya verdiyi açıklamasını sonradan inkar etməsinə də, klub daxilindəki böhranın tərkib hissəsi kimi baxmaq lazımdır.
Mənbəmizin fikrinə görə klub həkiminin bu addımı hər nə qədər xoş niyyətlə Falkaonu hərəkətə gətirməklə əlaqədar olsa da, akt öz şəkil və üslubuna görə FETÖ-nu xatırlatmaqdadır. Bu üsul və metodun təməlində isə insanları öz yalanlarına fəda etmək durur. Bəhsi gedən hadisədə isə qurban mediya təmsilçiləri olub. Hətta həkim Yener İncenin özünü belə bu qurbanlar sırasına qatmaq olar.
Xatırladaq ki, həkim Yener Falkaonun müalicəsinin tamamlandığını açıqlamışdı. Davamında “amma oyunçuda da oynamaq istəyi olmalıdır”-fikrini səsləndirmişdi.

Niyə məhz Qalatasaray?

Cavab çox sadədir. Çünki FETÖ Qalatasarayda daha çox kök atıbdır. FETÖ terror təşkilatı hər nə qədər 3 iyul 2011-ci il, oyunda hiylə məhkəmə işi ilə Fənərbaxça klubunu ələ keçirmək istədisə də, bu planı baş tutmadı. Lakin kluba xeyli zərbə vurmağa müvəffəq ola bildilər. Sarı-lacivərdlilər hələ indi-indi özünə gəlməkdədir.  

Qərb mətbuatı nə yazır?

Qərb mediasının yazdıqlarına görə Falkaoda həqiqətən problem olub. Oyunçu Monako klubunda oynadığı zamanlarda da daban bağlarındakı ağrılardan ciddi rahatsız imiş. Radamelin son oyunlara çıxmamasının səbəbi də Türkiyə mediasında yazıldığı kimi Monakonun onun Qalatasaraya transferinə icazə verməməsinə etirazla əlaqəli deyilmiş, ağrılarının şiddətlənməsinin nəticəsi imiş. Həmçinin,  Fransız klubunun ulduz futbolçunu gözdən çıxarmasının səbəbini də məhz bu problemlə əlaqələndirirlər.
Digər yandan bü günlərdə Qərb mediasının Falkaonu mərcək altına alması da, olduqca düşündürücüdür. Fransızların ulduz futbolçuya, evinə dön!- çağrışına, Falkaonun həyat yoldaşı, bizim evimiz Qalatasaraydır!- deyə cavab verib. Bəlkə də Falkao həyat yoldaşı vasitəsi ilə Yener İncenin onun barəsində səsləndirdiyi fikirləri çürütməyə cəhd etmişdir. Başqa sözlə, klubdaxili qarşıdurmalardan, oyun və intiriqalardan özünü kənara çəkməyə çalışmışdır.
Bununla belə, əgər Qərb mediasında bütün bu yazılanlar həqiqətdirsə, onda fransızlar əməlli-başlı Qalatasarayı oyuna gətiriblər. Yəni zədəli bir Falkao Qalatasaraya nə qədər yararlı ola bilər, sualını orataya çıxarmış olur. Yox, əgər deyilsə, onda klub daha ciddi problemlə, FETÖ bəlası ilə yenidən üzbəüz qalıb. İstənilən halda klubda böhranın olduğu bir həqiqətdir.  

0/Şərhlər

Previous Post Next Post