İslahatlar şantaşçıların
maraqlarına ziddir…
Bu gün
iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar
onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək
istəyirlər. İslahatlara meyilli
olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat
bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək
istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər
üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə
onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər
kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara
alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna
qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz
belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm
ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə
ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz
siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç
kim bu işdə bizə mane ola bilməz.
Post a Comment