Топ-100 ABŞ geri çəkilir, kürdlər panikada

ABŞ geri çəkilir, kürdlər panikada


Fərat çayının şərqinə gözlənilən hərbi əməliyyat: əməkdaşlarımız xəbər verir...
Fərat çayının şərqi

Türkiyənin Fərat çayının şərqinə gözlənilən hərbi əməliyyatı ilə əlaqədar olaraq, bu gun Amerika Birləşmiş Ştatları bəyanat yayımladı.
Bəyanatda ABŞ-ın belə bir əməliyyatı dəstəkləmədiyi, ancaq aktiv olaraq, hərbi əməliyyatda iştirak etməyəcəyi bildirilir. Həmçinin, bundan sonra DAEŞ-lə əlaqədar yarana biləcək yeni vəziyyətə görə də məsuliyyətin bundan sonra Türkiyənin daşıyacağı qeyd olunur.
ABŞ-ın bu bəyanatından aşağıdakı qənaətə gəlmək olar:
1: Fərat çayının şərqində Türkiyənin həyata keçirəcəyi hərbi əməliyyatda ABŞ hərbçiləri aktiv fəaliyyətdə olmayacaqlar, sahədə Türk əsgərləri ilə qarşı-qarşıya gəlməyəcəklər.
2:Bu səbəbdən Pentaqon hərbi əməliyyatların keçiriləcəyi bölgələrdən öz əsgərlərini Suriyanın dərinliklərinə doğru, təhlükəsiz məntəqələrə geri çəkəcək.
3: Bununla belə Ağ Ev yenə də passiv şəkildə özünün müttəfiqi hesab etdiyi terrorçu kürd təşkilatı SDG-yə dəstəyini davam etdirəcək.
4. Həmçinin, DAEŞ terror təşkilatının yenidən canlanmasına şərait yaratmaqla, regionu yenidən xaosa sürükləməyə çalışacaq.
 Edgunewsun  bölgədən əldə etdiyi məlumatda sərhəddə vəziyyətin xeyli gərginləşdiyi göstərilir. YPG/PYD terrorçuları arasında bir tərəfdən panikanın olması, digər yandan isə müqavimət məqsədilə ciddi hazırlıq işlərinin görüldüyü müşahidə edilir.
Elə indicə Suriyadakı əməkdaşımız Abdulqafar Sabbah ABŞ hərbiçilərinin artıq sərhəd ərazilərdən çəkildiyini bildirdi. Çəkilmə prosesinin günorta saat 15:00 ilə 17:00 arasında başa çatacağını qeyd edir. O, bölgədəki silhlanmış ərəb əşirətlərinin də hazır vəziyyətdə olduğunu, Türk əsgərlərinin Fərat çayının şərqinə doğru irəliləməsini gözlədiklərini bildirir. Əməliyyat başlayan kimi bu əşirətlərin də terrorçu kürdlər üzərinə hücum edəcəyini deyir.
Digər əməkdaşımız Kerem Çepnilerdən aldığımız xəbərə görə Azad Suriya Ordusu da hazır vəziyyətdə hücum əmri gözləyir.
ABŞ-dakı əməkdaşımız Sara Uliyamsın apardığı araşdırmdırmalara əsasən, Ankaranın təzyiqləri altında Ağ Evi geri çəkilməyə vadar edən, Türkiyənin atacağı radikal addım nəticəsində Şimali Atlantika blokunun cənub qanadının və bütövlükdə bu qurumun ciddi yara alması, Qərbin təhlükəsizliyinin real təhdid altına ddüşməsi faktıdır.
ABŞ ilə Türkiyə arasında noyabr ayında imzalanması gözlənilən genişlənmiş iqtisadi-ticarət əlaqələrinin bu prosesdə oynadığı rol da inkar edilməyəcək səbəblərdən hesab edilir.
Lakin pərdə arxasında, Ağ Evin köhnə BOB planına yeni gizli korrektələr etməsi ilə əlaqədar olaraq, belə bir  güzəştə getməsinə imkan yaratmışdır, fikrini də səsləndirirlər. Bu planın nədən ibarət olduğu, çox güman ki, yaxın zamanlarda bilinəcək.
 Avropaya gəlincə, əməkdaşımız Azize Doğanın Brüsseldən verdiyi xəbərdə hər nə qədər ayrı-ayrı dövlətlərdən fərqli səslər çıxsa da, amma Avropa Birliyi bütövlükdə Ankaranın belə bir əməliyyatına etiraz etmədiyi deyilir. Əgər səbəblərdən biri kimi yuxarıda barəsində danışdığımız NATO faktorudursa, ikinci ciddi səbəb kimi qaçqın problemini göstərir. Belə ki, burada Türkiyənin sərhədləri açması ilə Avropanın qaçqın axını altında “əzilməsi” fikri hökmrandır.
Kreml və Tehran isə hələlik, bu mərhələdə Ankranı dəstəkləyir.

0/Şərhlər

Previous Post Next Post