Топ-100 Barış Pınarında artıq 50 terrorçu tələf edildi

Barış Pınarında artıq 50 terrorçu tələf edildi


Gecə həlledici həmlə gözlənilir...
Fəratın şərqinə hərbi əməliyyat

Hərakat başlayan kimi “Edgunews”un Türk redaksiyası anında məlumat verdi.
Azərbaycan redaksiyası olaraq, bildiririk ki, ”Barış Pınarı” əməliyyatı Türkiyə vaxtı ilə 16:00 radələrində Başqan Rəcəb Tayyib Ərdoğanın əmri  və xeyir-duası ilə başladı.
 İlk olaraq, Rəsulayında YPG-yə məxsus üç ayrı məntəqədə eyni zamanda partlayışlar oldu. Daha sonra Tel Abiyad artelleriya atışlarına məruz qaldı. Öncəliklə snayperlərin məskunlaşdığı nöqtələr bombardman edildi. Mülki insan tələfatı yoxdur və onlara aid mülklərə də hər hansı xəsarət dəyməyib. Türkiyəyə məxsus hava qüvvələri hər nə qədər kəşf və nəzarət uçuşları həyata keçirsələr də aktiv döyüş fəaliyyətinə başlamayıblar.
TSK şiddətli hücumlarına gecə saatlarında başlayacaq. Bununla belə, artıq 50-yə yaxın YPG terrorçusunun məhv edilməsi barədə məlumat var. Əməliyyat öncəsi TürkMehtər marşı”na PKK-ya məxsus cəng musiqisi ilə cavab verən terrorçular artlq pərən-pərəndir.
Hazırda TSK təhlükəsizlik məqsədi ilə yerli əhalini bölgəni tərk etmələri üçün xəbərdarlıq edir. Lakin xəbərdarlığa rəğmən YPG/PYD terror təşkilatı mülki insanları bölgəni tərk etməyə qoymur. Məqsəd insanların tələfatına imkan yaratmaq və bundan qara piar kimi istifadə etməkdir.
Xatırladaq ki, əsgərlər hələlik sərhəddi keçməyib.


0/Şərhlər

Previous Post Next Post