Топ-100 Şahin Əlioğlu: Araz Əlizadənin deputat toxunulmalığı əlindən alınmalı,barəsində cinayət işi qaldırılmalıdır.

Şahin Əlioğlu: Araz Əlizadənin deputat toxunulmalığı əlindən alınmalı,barəsində cinayət işi qaldırılmalıdır.


...Bu hakimiyyət Milli Azadlıq Hərakatı zamanı həyatını itirmiş insanların qanı üzərində qurulmuş bir dövlətin iqtidarını mənimsəyir.
Araz Əlizadənin deputat toxunulmalığı əlindən alınmalı,barəsində cinayət işi qaldırılmalıdır.

Müsahibimiz tarixçi, siyasi şərhçi Şahin Əlioğludur
M: Yenə erməni məsələsi, yenə təlaş...
Ş.Ə:  Bu faktın özü bir daha sübut edir ki, “erməni soyqırımı” adını almış bu problem uydurmadır, siyasidir. Bu iftiraçılar adətən Türklərin əsəbini 24 apreldə gərməyə çalışırdılar. Amma Qərb bu məsələni qəflətən bir ildə ikinci dəfə gündəmə gətirir və öz parlamentlərində qəbul edir. Səbəb?
Cavab çox sadədir. “Barış Pınarı” əməliyyatı. 
Bu əməliyyatla Böyük Yaxın Şərq layihəsi, başqa adı ilə “Böyük İsrail dövləti” planı tamamilə rəfə qalxmış oldu. Türkiyənin bu cəsarəti, bu hünəri plan müəlliflərini həm hüsrana uğratdı, həm də bərk qəzəbləndirdi. Erməni məsələsinin bir ildə ikinci dəfə gündəmə gəlməsi, əslində bir qisas həmləsi idi və olduqca səviyyəsiz, mənasız addımdır.
M: Amma sizin mənasız addım adlandırdığınız bu məsələdən Türkiyədə çox rahatsızdırlar.
Ş.Ə: Bir kərə Türkiyədə həqiqətən, bu məsələni bilən tarixçilər azdır. Bilənlər belə ya şüurlu, ya da şüuraltında balanslaşdırıcı mövqedən yanaşmaya meyillidirlər. Halbuki Tarix tarixdir, onu necə var, elə təqdim edəcəksən. Tarixə gəlincə, ermələrin qətliamı və ya soyqırımı deyə bir şey olmayıb. Bu alman əsilli Amerikalı Morqentau və digər alman Yohan Lepsusun uydurmasından başqa bir şey deyil. Türkiyə uzun zaman məhz bu iki insanın heç bir dəlil və fakta əsaslanmadan qələmə alınmış yazılarının təsiri altında qalmışdır.  Amma məsələnin dərininə enincə, ciddi mənbələr və arxiv materialları söylənənlərin tam tərsini sübut edir. Yəni ermənilərin Türk-müsəlmanlara qarşı həyata keçirdikləri qətliamlarla bağlı kifayət qədər dəlil-sübut vardır. Şərqi Anadoludan başlayıb Mərkəzi Asiyaya qədər uzayan bir zülm, bir dəhşəti həyata keçirmişlər. Ermənilərin belə bir geniş coğrafiyada  qətliam aktıyla məşğul olması, onların təkcə Qərbin deyil, həmçinin, Rusiyanın da əlində oyuncağa çevrildiklərini sübut edir. Təcrübələrndə belə bir qeyri-insani davranış olduğundandır ki, rahatlıqla Xocalı soyqırımını törədə bildilər.
Bir də ki, həm Qərb, həm də Rusiya əsl həqiqəti bizdən də yaxşı bilir, yəni erməni soyqırımının yalan olduğunu. Sadəcə, onlara belə sərf edir. Ona görə də , "necəsən qanmayım, dədən yansın", mövqeyindən çıxış edirlər.
M: Amma ermənilərin lehinə Azərbaycanda da Araz Əlizadənin timsalında səslər çıxmağa başlayıb.
Ş.Ə: Əslində buna təbii baxmaq lazımdır. Bu zat heç bir zaman Azərbaycan xalqını təmsil etməyib. Çünki onun “həqiqətləri” daima ağalarının yalanlarından sulanır. Hesab edirəm, onun Azərbaycan xalqının axıdılan qanına qarşı tutduğu beə bir təhqiramiz mövqeyinin qarşılığı deputat toxunulmazlığının əlindən alınması və barəsində cinayət işinin açılması olmalıdır. Amma Azərbaycandakı iqtidardan bunu gözləmək əbəsdir. Ən azı ona görə ki, Millətin Məclisi kimi mötəbər bir mövqeyə onun gətirilməsi doğru deyildir?
M: Neyləməli idilər? Milli Məclisə təyin olunmur ki, seçilir.
Ş.Ə: Lütfən, məni və xalqı güldürməyin. 
Var sayalım sizin səsləndirdiyiniz fikir Azərbaycanda keçərlidir. O zaman bu suala cavab istəyirəm, 1990-cı il, 20 yanvar hadisələrində Yevqeni Primakov qədər məsuliyyət daşıyan Ayaz Mütəllibov necə olur, prezident təqaüdü alır, Rus tanklarını Azərbaycandan çıxaran Əbülfəz Elçibəy isə yada düşmür?
İkinci sualım, axı Balakişi Qasımov kimdir ki, Azərbaycan xalqının təmsilçisi kimi İctimai Televiziyaya rəhbərlik edir?
Üçüncü sualım, niyə indiyə kimi bəhsi gedən məsələ barədə hələ də bu zatdan hesab soruşmayıblar?
Dördüncü sualım, niyə Bakı Slavyan Universitetinin rektor barəsində cinayət işi açılmayıb?
Bu qəbildən suallar xeyli çoxdur.
M: Yəni deyirsiniz, iqtidarın mövqeyi sizi qane etmir. Amma YAP-dan olan deputatlar kəskin mövqe ifadə etdilər və bu tutumları davam edir.
Ş.Ə: Elə indicə özünüz hakimiyyət bölgüsündən bəhs etdiniz. Qanunverici orqanın təmsilçilərindən danışmıram. Hərçənd onların da görəbiləcəkləri xeyli iş var. Söz oyunu kimsəyə lazım deyil. İndiki halda danışmaq, sadəcə, xalqı sakitləşdirməkdən başqa bir şey deyil. Zənnimcə, icraedici hakimiyyətin susqunluğu başqa mətləblərdən xəbər verir.
M: Nə kimi?
Ş.Ə: Son zamanlar Azərbaycanda qəribə işlər baş verir. Hər kəs vəzifədən uzaqlaşdırılanlardan danışır. O insanların tutduqları vəzifədən azad edilmələrini mən də Azərbaycan vətəndaşı kimi təqdirəşayan hesab edirəm. Amma burada önəmli olan, yeni təyinatlardır. Görünən budur ki, mühüm postlara Rusiyameyilli insanlar təyin olunur.
Axır vaxtlar ölkəmizdə beşinci kolon hücrələri xeyli aktivləşib. Belə bir aktivləşmənin əgər bir səbəbi Rusiyanın Beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsidirsə, başqa bir tərəfi isə Azərbaycanda həyata keçirilən bu qəbildən olan təyinatlardır.  
M: Deyirsiniz, Araz Əlizadə də beşinci kolonun təmsilçilərindəndir?
Ş.Ə: Bunu Azərbaycanda bilməyən var? Digər yandan şəxsən mən Arazın, biz Türk deyilik, sözlərini qəribsəmirəm. Çünki o, həqiqətən, Türk deyil.
Arazın təəssübkeşlik etdiyi İranda son zamanlar baş verən hadisələr də onu belə bir bəyanatla çıxış etməyə vadar edib. “Təbrizin “Traktor”, Ərdəbilin “Göstəriş”, Urmunun “90” futbol komandalarında cərəyan edən milli ruhun artıq idman sahələrindən daşaraq, geniş kütləyə sirayət etməsi, arazbənzərləri xeyli rahatsız edir.
Arazbənzərləri rahatsız edən başqa bir nəsnə isə qurulan yeni dünya düzənində Türkiyənin tuta biləcəyi mövqedir. Böyük Türkiyə dostqılıflı düşmənlərə sərf etmir.
M: Amma nə etmək lazımdır, demədiniz.
Ş.Ə: Bu mənim səlahiyyətimi aşan bir məsələdir. Əgər nə təklif etdiyimi bilmək istəyirsinizsə, yuxarıda fikrimi bildirmişdim.
Təkrar olsa da bir daha deyim, Araz Əlizadənin deputat toxunulmalığı əlindən alınmalı, onunla bərabər Balakişi Qasımov və o üzdəniraq rektorun, ümumiyyətlə, yaradılmış bu süni qarşıdurmada kimin əli varsa, hamısının barəsində cinayət işi açılmalıdır. Ən azı ona görə ki, bu hakimiyyət Milli Azadlıq Hərakatı zamanı həyatını itirmiş insanların qanı üzərində qurulmuş bir dövlətin iqtidarını mənimsəyir.



0/Şərhlər

Previous Post Next Post