Топ-100 Azərbaycan vətəndaşları öz dövlətini məhkəməyə verəcəklər

Azərbaycan vətəndaşları öz dövlətini məhkəməyə verəcəklər


Dövlət insanları necə aldadır?..
Pensiya islahatı, əslində  dövlət quldurluğudur

Azərbaycanda həyata keçirilən pensiya islahatları əsl qafa qarışıqlığıdır. Belə ki, həyata keçiriləcək bu yenilik, sözün əsl mənasında insanların cibinə girməkdən savayı bir şey deyildir.
Axı zamanında dövlət insanların əmək haqlarından sosial sığorta adı altında 3% qədərində pul vəsaiti tutmuşdur. Bu dövlətin insanlara mənə pulunuzu etibar edin, yaşlanınca həmin məbləği sizə geri qaytaracağam, deməsi mənasına gəlir. İnsanlar da etibar etmişlər. Bəs sonra?..
Sonra dövlət deyir ki, mən sənə həmin pulu vermirəm, çünki mən qərar çıxarıram, sən gərək mənim üçün bu qədər müddət və ya bu qədər məbləğ işləyəsən. Bu insanları aldatmaq mənasına gəlir.
Dövlətin bu tövrü irəlidə onun üçün ciddi baş ağrısına çevriləcək. Bir çox insan dövləti məhkəməyə verəcək, haqlı olaraq, ona aid vəsaiti geri tələb edəcək, həm də faizi ilə. Əgər bu kütləvi hal alarsa, problem xeyli ciddiləşə bilər. Dövlət düşünməlidir!!!
Bir xatırlatma, dünyanın bir çox dövlətlərində, eləcə də qardaş Türkiyədə çalışmayanlara belə minimum əmək haqqının altında təqaüd verilir...

0/Şərhlər

Previous Post Next Post