Anti-türk yürüyüşü: məişətimdən kültürə, elmdən
siyasətə gedən yol...
Dünyada Türklərə, Türk dünyasına qarşı hər
hansı bir qərəzli mövqe varmı? Əslində olduqca sadə, amma sadə olduğu qədər də
cavabı çətin olan sualdır. Yenə də ona işıq tutmağa çalışaq.
Apardığımız
araşdırma sübut edir ki, Avropa, Rusiya, İran, Çin, Hindistan, hətta Amerika
kimi dövlətlərdə nəinki siyasət, hətta məişət, kültür, elm səviyyəsində də
anti-türk kompaniyaları aparılılmış və bu proses hələ də davam etməkdədir. Həm
də əməlli-başlı tarixi kökə malikdir.
Problemin
tarixi kökünə enincə, XVIII əsrdən artıq sistematik şəkildə həyata keçirilən
anti-türk yürüşünün təməli, Türklərin simasında bir əcinnə formalaşdırmaqla
başlayıb. Burada məqsəd öz topluluqlarını Türk dünyasına qarşı kökləmək olub.
Məişət səviyyəsində baş verən bu proses, əslində insanlığın parçalanmasına səbəb olub. Bu da öz növbəsində kültür sahəsində başqa bir bölünməyi tətikləyib. Daha sonra bu prossesin məntiqi davamı kimi Türk mədəniyyətinə
hücumlar başlayıb. Mədəniyyətimiz ya inkar edilib, ya oğurlanıb, ya da ona etiraz edilib. İncəsəntədən,
Dilçiliyə, Tarixə qədər yol alan, bu inkar, oğurluq və etiraz tədbirləri işin
içinə elmin də müdaxiləsinə şərait yaratmışdır. Bundan sonra sistematik həmlələr
elmin əlinə geçmişdir.
Böyük Türk
dünyası öz üzərində ən ciddi zərbəni dilçilərin həmləsi ilə hiss etmişdir. Belə
ki, Türklərin planlı şəkildə geniş Ural-Altay dil ailəsindən, daha sonra isə
Altay qolundan uzaqlaşdırılması, son nəticədə onların gücünün böyük bir qismini
itirməsinə rəvac vermişdir. Bu tarixin yozlaşdırılması üçün də münbit şərait
formalaşdıra bilmişdir. Yozlaşdırılan Tarix isə XXI əsrdə genetiklərin hücumu
ilə daha fərqli və qorxunc bir parçalanmanı reallaşdıra bilmişdir. Bu mənada
Kazan və digər Rusiya Tatarlarının kimliklərini ümmət üzərindən, müsəlman
olaraq, tanıtması və Türk kimliyinə laqeyd münasibət göstərmələri heç də təsadüf
deyildir. Buna səbəb genetiklərin haploqurup üzərindən Tatar genlərinin Türklərlə
müqayisədə slavyanlara daha çox yaxın olmaları fikrini pompalamalarıdır. Yəni, niyət
və məqsədləri bəlli olan müəyyən elm adamları DNA şəcərəsində, tatarların
"Rus" ilə ortaq haplogrouplara malik olmasını (R1a + I1 + N1C1 + N1C3 + L + E) əsas götürərək,
belə bir qənaət formalaşdırırlar. Başqa sözlə, bu qohumluq əlaqələri təkcə N1C1 və N1C3 üzərindən deyil, həm də I1 haploqurupu üzərindən qurulur. Yəni Rusiyanın dövlət kimi qurulmasında həlledici rol oynayan ant, vened kimi şimal tayfaları ilə tatarlar arasında bağ qurulur və bu ortaq dəyər kimi götürülür. İşin
ürəkağrıdan tərəfi Türk elm adamlarının da bu qəbildən olan mübahisələrə həvəslə
qoşulmalarıdır. İşin içinə İslam fakihləri və üləmaları daxil olunca, vəziyyət
daha da çıxılmaz şəkil alır.
Türklər qədər öz söykökünü bir bu qədər müzakirəyə açan ikinci bir topluma rastlamaq çox çətindir. Bu gün qazax və qırğızlar arasında dərinləşən kimin Türk, kimin Monqol olması mübahisələri də məhz bu haploquruplar üzərindən gerçəkləşir və qarşıdurmanı inanılmaz şəkildə dərinləşdirir. Halbuki Ural-Alatay dil ailəsinin təmsilçiləri olaraq, belə gərəksiz mübahisələrədən uzaq durmalıydıq. Çünki Avropadan Asiyaya qədər geniş bir arealın, hətta Amerika materikini də əhatə edən böyük bir ərazinin təmsilçiləri kimi həm iqtisadi, həm siyasi zəmində böyük gücə sahib olardıq. Dünya tarixində önəmli bir yer tutan bu geniş ailənin parçalanması olduqca ürəkağrıdıcıdır. Və buna, Dur!- deyən bir siyasətə start verilməlidir. XXI yüzildə həyata keçirilən anti-türk yürüşünə elə bu haploquruplar üzərindən Türk hərakatını başlamaq olduqca vacibdir. İnanmaq istərdik ki, bizə qarşı səf tutmuş bu qaragüruha layiqli cavablarını verməkdə bu dəfə gec qalmayacağıq. Yoxsa, “parçala və hökm et!”-siyasəi bizi autosom və mitoxondriya xromosomlarına qədər parçalayacaq. Yəni Ana nüvəmizin taleyi qaranlığa gömülə bilər!

Sonda
geniş kütlənin anlaması üçün haploqurupların qısa izahını əlavə edirik:
J2 = 24% -
Qafqaz, Qərbi və Orta Asiya
R1b = 14,7% - Qərbi
Avropa, Azərbaycan, Başqırdıstan, İran və Şərqi Anadolu
G = 10.9% -
şimal-qərb Qafqaz xalqları
J1 = 9% - Ərəbistan
yarımadası ilə şimal-şərq Qafqaz
R1a = 6.9% -
Müxtəlif Orta Asiya, Hindistan və Şərqi Avropa icmaları
I1 = 3.3% -
Skandinaviya, Tatarıstan
I2 = 2.0% -
Orta Avropa və Balkan populyasiyaları
K = 4.5% -
Asiya populyasiyaları
L = 4.2% - Cənubi
Asiya populyasiyaları
N = 3,8% -
Fin-Uğur (Qədim Hun), Sibir və Altay xalqları
T = 2.5% - Aralıq
dənizi və Cənubi Asiya əhalisi
Q = 1.9% -
Şimali Altay və Şərqi Sibirin əhalisi
C = 1.4% -
Monqol əhalisi
Şahin Əli Oğlu
Post a Comment