Топ-100 Dünyanın gizəmli təşkilatı və koronavirus

Dünyanın gizəmli təşkilatı və koronavirus


Bu yazımızda sizə dünyanın gizəmli təşkilatlarından biri olan "Bohema kulubu" haqqında məlumat verəcəyik.
Məqsədimiz bugünkü koronavirus psixozunun timsalında bir sıra məsələlərə aydınlıq gətirməkdir.
7-dən 77-yə bir çox insanın massonlar barədə məlumatı vardır. Lakin "Bohema klubu" haqqında bilgisi olan az sayda insan var. Halbuki bu təşkilat massonlarla müqayisədə özündə daha çox təhlükəli element daşımaqdadır. Hətta ona aid olan bir çox simgə, şüar və həqiqətləri geniş kütlə yanlış olaraq, massonluğa şamil edir. Bir təşkilat düşünün ki, hətta simvollarında belə massonların arxasında gizlənir. Bu barədə aşağıda danışacağımıza görə birbaşa mətləbə keçək.
" Bohema kulubu" 1899-cu ildə ABŞ-ın Kaliforniya ştatında yerəşən Monte-Rio şəhəri yaxınlığındakı Bohema meşəliyində təsis olunub. Təşkilata 11 kvadrat km bir ərazi məxsusdur. Bu ərazidə bohemaçılrın simgəsi olan 12 metrlik bayquş heykəli ucalmaqdaır. Təşkilatın üzvləri hər ilin iyul ayında bayquş ətrafına toplaşaraq, rituallarını həyata keçirirlər. Cari fəaliyyətlərini San-Fransisko şəhərindən kordinə edirlər.

Kluba üzv olmaq çox çətindir. Namizəd ən kiçik detallara qədər test edilir. Burada dünyanın məşhur siyasətçilərindən tutmuş, elm və incəsənət xadimlərinə qədər müxtəlif sahənin insanları təmsil olunmaqdadır.
Amerika Birləşmiş Ştatlarının respublikaçı prezidentlərinin çoxu, bəzi demokrat prezidentlər, hətta Almaniya kansleri Helmut Kol və sair bu kluba üzv olmuşlar. Təşkilat öz fəaliyytəini 13 ayrı sektor üzərindən gerçəkləşdirir.  
Misal üçün prezidentlər, silahlı qüvvələrin nümayəndələri və hərbi podratçılar "Owls Nest", yəni "Bayquş yuvası" sektorunda təmsil olunduğu halda, fondlara bağlı olan silahlı qüvvələrin təmsilçiləri və hərbi podratçılar "Hideaway", "Gizli Sığınacaq" sektorunda qruplaşmışlar. Halbuki birləşmiş hərbi qərargah rəisləri “Hillside”, yəni “Yamac” sektorunda təşkilatlanmışlar.
Amerikanın beyin mərkəzlərinin ("Think tank"), eləcədə ayrı-ayrı iri neft şirkətlərinin təmsilçiləri isə "Cave Man", yəni "Mağara adamları" sektorundadırlar. Bir çox sosial-siyasi proyektlərin müəllifi məhz bu sektordur.

Bu gün bütün dünya ölkələrinin televiziya kanallarından yayımlanan əxlaqsızlıq, "mavilərin" efirlərdə geniş təbliğ olunması təsadüfi deyil. Bütün bunların hamısı "Bohema klubunun" "Cave Man" sektorunun fəaliyyəti əsasında baş verir. Çünki ideoloji olaraq, klub üzvləri belə bir seksual orientasiyaya malikdirlər.

Klubun adıyla bağlı olan digər bir qorxunc fakt isə "Little boy" kod adıyla Xirosimaya atom bombasının atılmasıdır.
Fəaliyyətində istənilən konsperativ addımlar atmaqdan çəkinməyən bu təşkilatın adı Kenedi sui-qəsdində də hallanır.
"Dünyanı hörümcək toru kimi sarmaq" fikrini özü üçün bir şuara çevirən bayquşlar istəklərinə bu və ya digər şəkildə nail ola biliblər. Təsəvvür edin ki, Birləşmiş Millətlər Təşkilatı kimi bir orqan həm quruluş, həm də hörümçəyəbənzər toplantı şəkli ilə "Bohema klubunu" xatırladır.
Dünyanın maliyyə və iqtisadi fəaliyyəti də klubun ciddi nəzarətindədir.
Hamı 1 ABŞ dollarındakı gözdən, massonlardan danışır, amma heç kim həmin valyutanın sağ küncündə gizlənən bayquşun fərqində deyil.

Təşkilatı satanistlərlə əlaqələndirənlər də var. Lakin bunun əksi də iddia olunur. Bununla belə qeyd olunmalıdır ki, belə bir fikrin formalaşmasına səbəb qurumun iyul toplantılarında qurbanvermə ritualının keçirilməsidir. Təşkilata bağlı şəxslər hər nə qədər qurbanın maket olduğunu söyləsələr də, mətbuata sızdırılmış fotolar bunun əksini sübut edir. Yeri gəlmişkən, Amerikada insanların qəfildən yoxa çıxmasını bu faktorla əlaqələndirən ciddi yazarlar var. Lakin bayquşlar Amerika toplumunu inandırmaq istəyir ki, guya bütün bunları yadplanetlilər edir.

Bohemaçıların dünyanın möminlərini, ateislərini, satanistlərini və s. öz nəzarətində saxlamasına və idarə etməsinə dair fikirlər də səslənməkdədir. Yəni yeri gələndə bu qəbildən olan insanları qarşıdurmaya təhrik, yeri gələndə isə barışa təşviq edirlər.
Zənnimizcə, bu faktlar artıq təşkilat barədə müəyyən təsəvvür yaratmış oldu.
 Lakin Bohema bayquşunun qanadları altına sığınanlara müqavimət göstərənlər də az deyil. Hətta onlar arasında fərqli ölkələrin dövlət başçıları belə mövcuddur. 
Bəs bohemaçıları indi gündəmə gətirməkdə məqsəd nə idi. 
Təbii ki, koronavirus və 5G texnologiyası ətrafında yaranan ajiotaj bizi belə bir məqalə yazmağa məcbur etdi (5G-nin maliyyə və siyasi oyunları barədə daha sonra ətraflı məlumat verəcəyik).
İnsanları qorxu altında saxlamaq bu qurumun əsas məqsədidir. Xüsusilə "Lost Angels" sektorunun fəaliyyəti bu istiqamətdə qurulub.
Koronavirusla əlaqədar yayılan saxta şəkil və video materialların çoxu “Lost Angels”, yəni “İtkin mələklər” sektoruna bağlı olan "Patient” forumdan dünyaya servis edilməkdədir. Təkcə bu forum deyil, dünyanın aparıcı KİV-ləri itkin mələklərə bağlıdır. Mələklər maliyyə və digər resurslarının gücü hesabına hər kəsi və hər şeyi satın ala və ya ələ keçirə bilir.
Koronavirusun pandemiya həddinə "yüksəlməsi" "Lost Angels" sektorunun məqsədyönlü, gizli və hiyləgər fəaliyyətinin nəticəsidir. Mələklərin əlində oyuncağa çevrilən media işçiləri və sosial şəbəkə aktivistləri yaydıqları dezinformasiyalar ilə insanları psixoz vəziyyətinə gətirib çıxara bildilər. Təəssüf ki,  3-5 qəpik-quruşa görə bu oyunun könüllü “kuklacıqları” hələ nəyə xidmət etdiklərinin fərqində belə deyillər.

0/Şərhlər

Previous Post Next Post