Топ-100 Şahin Əlioğlu: Koronavirus qorxu yolu ilə sərvət toplamaq əməliyyatıdır...

Şahin Əlioğlu: Koronavirus qorxu yolu ilə sərvət toplamaq əməliyyatıdır...

Koronavirus qorxu yolu ilə sərvət toplamaq əməliyyatıdır...


-Şahin müəllim, siz barmaqla sayılacaq insanlardansınız ki, geniş kütləni bu koronavirus pandemiyası ilə əlaqədar doğru-düzgün məlumatlandırırsınız. Amma niyə görə insanlarımıza Azərbaycan türkcəsi üzərindən deyil, rus dilində müraciət edirsiniz?
- İltifatınıza görə təşəkkür edirəm. Amma verdiyim məlumatlarda tək mənim deyil, bir sıra peşə adamlarının da əməyi nəzərə alınmalıdır.
Məlumatların rus dilində yayımlanmasında isə məqsəd, tək Azərbaycan əhalisinə deyil, bütün post-sovet ölkələrinin insanlarına xitab etməkdir.
Koronavirusa gəlincə, bir kərə, gəlin, bu vaqenin adını düzgün təsbit edək. Hazırda nəinki pandemiya, heç epidemiya vəziyyəti belə yoxdur. Əslində bu koronavirus ətrafında yaranmış psixoz vəziyyətidir.
-Zəhmət olmazsa, sadə xalqın anlayacağı dildə izah edin. Pandemiya,epidemiya, psixoz deməklə, nəyi nəzərdə tutursunuz?
-Bir kərə nə pandemiya, nə də epidemiya xəstəlik deyil, xəstəliyin yayılma arealını ifadə edən anlayışlardır.
Epidemiya geniş, pandemiya isə qlobal yayılma halıdır.
Psixoza gəlincə, bu halda psixi reaksiyalar reallıqla şiddətli şəkildə uyuşmur, yəni psixikanın bir pozğunluq formasıdır. Bizim nümunədə koronavirus üzərindən insanların zehni reaksiyaları olduqca nöqsanlıdır.
-Bəs bu psixozun fəsadları nə qədər ağır ola bilər?
-Bu sualınızın cavabını vermək üçün tərkibində həkimlərdən sosioloqlara qədər müxtəlif peşə adamlarının olduğu bir qurupun fəaliyyətinə ehtiyac var. Hesab edirəm, koronavirus və onun ətrafında baş vermiş ajiotaj barəsində yaxın 6 ay ərzində ətraflı məlumat veriləcəkdir.
-Yeri gəlmişkən “skype” üzərindən canlı yayımınız oldu. Niyə “skype”? Axı “Youtube” üzərindən daha çox insana müraciət edə bilərdiniz?
-Tamamilə haqlısınız. Zatən 20-22 nəfərlik bir video yayım nəzərdə tutulmuşdu. Niyə məhz “skype”? Çünki bu görüşmədə geniş kütləni yoracaq statistik məlumatlar, sənədlər və araşdırmaların texnologiyası haqda danışılacaqdı. Ona görə də yanlız media təmsilçiləri və sosial şəbəkələrdə aktiv olan insanlara xitab etmək zərurət yarandı.
-Qayıdaq mətləbə.
Axı bu koronavirus nədir, əvvəllər belə hallar olub?
Niyə məhz indi bu virus yayılmağa başlayıb.
-Tarix yolxucu xəstəliklərin pandemiyasına çox şahidlik edib. Amma bu həmişə iqtisadi böhranların, müharibələrin fonunda baş verib.
Sizə bir örnək verim. Məşhur Bizans imperatoru I Yustinianın dövründə, yəni eramızın VI əsrində də belə pandemiyadan bəhs olunub. Qərbi Roma imperiyasının çöküşü ilə onun torpaqları uğrunda baş verən qanlı müharibələr zamanı Avropa, Asiya, Afrikada dövlətlər dağıldı, sərhədlər dəyişdi. Böyük Bizans imperiyasının təcəlli etdiyi bir vaxtda pandemiya qorxusu yayılmağa başladı. Bu “pandemiya” tarixə məhz “Yustinian vəbası” altında düşüb.
Yaxud Avropada yüzillik müharibə (XIV-XV əsrlər-red.) dövründə “qasıq vəbası” pandemiyası insanları uzun müddət qorxu altında saxlamışdır.
Başqa bir örnək də göstərə bilərəm, I Dünya müharibəsi illərində (1914-1918-ci illər-red.) İspan vəbası adı altında bu koronavirus bəşəriyyəti bir xeyli qorxu altında saxlmışdır.
Antik Romalıların ifadəsi ilə deək, bu əslində, qorxu üzərindən sərvət toplamaq əməliyyatından başqa bir şey deyildir.
-Bizim dövrlə bunu necə əlaqələndirərdiniz?
-Millenium bəşəriyyət üçün heç yaxşı başlamadı. Amma özünün zirvə nöqtəsinə 2008-ci ildə çatdı.
2008-ci il lokal müharibələrin keyfiyyətcə yeni fazası oldu. Həm də böyük iqtisadi fəlakət qapını döyməyə başladı.
Rusiyanın Gürcüstana müdaxiləsindən tutmuş “ərəb baharı”na qədər baş verənlər vahid prossesin tərkib hissəsi idi-yəni yeni dünya, yeni bazar uğrunda qanlı mübarizə.
Bura ölkələrdəki ifrat korrupsiyanı da əlavə etsək, mənzərə bütün dəhşətilə göz önündə sərgilənmiş olur.
Rüşvət ətrafındakı söz-söhbət hər nə qədər post-sovet ölkələri üzərindən gedirdisə də, amma fəlakət Amerikada qapını döyməyə başladı.
2010-cu ildə Haitidə “qara yara” pandemiyasından hay-küy salmağa başladılar. Amma o zaman bir çox iqtisadçılar movcud iqtisadi böhrandan “çıxış yolları” olduğuna inandıqlarına görə “Haiti vəqası”nın üzərindən sükutla keçildi.
-Demək, iqisadi böhran olduqca dəhşətli vəziyyətdədir?
-Makloydun sözləri ilə ifadə etsək, dünya staqflyasiya ilə üz-üzədir.
-Bunu necə başa düşək?
-Bugünkü  staqflayasiya “qiymət şoku”, istehsaldakı durğunluq, üstəgəl işsizliyin və pul emissiyasının nəticəsində baş verir.
-Hansı qiymət şokundan danışırsınız?
-Məsələn, bir zamanlar neftin qiymətinin ifrat şəkildə yüksək olması bunun bir örnəyidir.
-Bəs pul emissiyası deyəndə nəyi nəzərdə tutursunuz?
-Mərkəzi bankların dövriyyəyə əlavə pul buraxmasını nəzərdə tuturam. Halbuki, bazardakı pul kütləsi mal kütləsinə uyğun olmalıdır.
-Əgər bu iqtisadi böhran bütün ölkələri öz ağuşuna alıbsa, niyə dövlətlər tərəfindən koronavirusa qarşı fərqli reaksiyalar verilir?
-Bu həmin dövlətlərin düşdüyü iqtisadi çətinliyin fərqliliyi ilə əlaqədardır. ABŞ, İtaliya, İspaniya, Yunanıstan, Rusiya kimi ölkələrdə fərqli tədbirlərə əl atılmasına təbii baxmaq lazımdır.
-Bəs Azərbaycanda niyə tədbirlər bir bu qədər sərtdir? Heç olmazsa, Türkiyədə işadamlarına, Rusyada əhaliyə yardımlar edilir.
-(Gülür) Sizə kim deyir ki, bu ölkələrdə yardımlar edilir. Mən hazırda Türkiyədə yaşayıram, Rusiya ilə də sıx təmaslarım var. Hər bir ölkədə hakimiyyət reklam xarakterli, yaxud özlərinə yaxın kimlər üçünsə müəyyən addımlar ata bilər, əslində isə heç nə edilmir. Əgər bu yardımları etmək qüdrətində, maliyyə imkanında olsaydılar, o zaman bu koronavirus teatrına ehtiyac olmazdı ki...
Azərbaycandakı sərtliyə gəlincə, buna da təbii baxmaq lazımdır, bir ölkə düşünün, büdcəsinin 1/3-dən çoxu talan edilib. Beynəlxalq bank hadisəsi nə tez unuduldu. Həmin hadisənin nəticəsində MTN kimi bir qurum sıradan çıxdı.
-Bəs bu koronavirus bəlası nə zaman bitəcək?
-Bir kərə, belə bir bəla şişirtmədir.
 İspaniyada yaşayan Ukraynalı bir tanış həkim var. Sizinlə söhbətdən bir qədər əvvəl onunla danışırdım. Mətbuatda İspaniya haqqında yazılan “fəlakət ssenarisi”nin tamamilə uydurma olduğunu deyir. Yəni həqiqət fərqlidir.
Sizin təbrinizcə desək, bəlanın nə zaman bitəcəyinə gəlincə, burada bir neçə amil rol oynayacaq:
-ölkələrin üzləşdiyi iqtisadi böhranın səviyyəsi, maliyyə durumu;
-insanların əlindəki sərmayənin miqdarı;
-insanların zamanla hakimiyyətə, yəni onun “evdə qal” çağrışına qarşı göstərəcəyi müqavimət və s.
Yeri gəlmişkən, Azərbaycanda Beynəlxalq bankla əlaqədar baş vermiş hadisədən sonra insanların banklara güvəni xeyli sarsılıb. Bu da Mərkəzi bankın pul siyasətinə olduqca mənfi təsir edib.
İnsanlar evdə oturduqca, əllərdəki sərmayələr yenidən dövriyəyə qayıdır. Əslində bunun özü də mövcud neqativ vəziyyətin sağlamlaşdırılmasında müəyyən bir maliyyə tədbiridir.
-Allah köməyimiz olsun! Müsahibə üçün çox sağ olun!
-Siz sağ olun!








0/Şərhlər

Previous Post Next Post