Mövzuya
başlamazdan əvvəl bildirmək lazımdır ki, bu məqalə elmi araşdırmaların nəticələri
təhlil edilərək yazılmışdır.
Hər kəsin 1 ölçülü ,2 ölçülü və 3 ölçülü sistemlər barədə az-çox məlumatı var.Sadalanan sistemlər 1D, 2D və 3D kimi adlar ilə də tanınır.4D-ni anlamaq üçün isə əvvəlcə 1,2 və 3 ölçülü sistemi başa düşmək lazımdır.
Hər kəsin 1 ölçülü ,2 ölçülü və 3 ölçülü sistemlər barədə az-çox məlumatı var.Sadalanan sistemlər 1D, 2D və 3D kimi adlar ilə də tanınır.4D-ni anlamaq üçün isə əvvəlcə 1,2 və 3 ölçülü sistemi başa düşmək lazımdır.
Riyaziyyatda
koordinat sistemi (absis, ordinat oxları və koordinat başlanğıcı) haqqında məlumatımız
var. Koordinat başlanğıcı (nöqtə) 1 ölçülü sistemi (1D) təsvir edirsə, X və Y oxları 2 ölçülü sistemi (2D)
formalaşdırır. Z oxu isə 3D-in əmələ gəlməsi üçün istifadə edilir.Başqa sözlə, Z
oxu 3D cismin 2 ölçülü sistemdə təsviri üçün təyin edilmişdir.Örnək: Kvadratı
2D kimi qəbul etsək, üçlü sistemdə o, Kub olacaq.Eyniylə üçbucaq ikili ölçü
sistemindən 3D-ə keçdiyində piramida olacaq.Aşağıdakı şəkilə baxaraq biz bunu
daha yaxşı aydınlaşdıra bilərik.
İnsan gözü
və ya beyni cisimləri 2D və 3D şəklində qavrayır.Belə ki, 3D
cisimləri 2D platformada (kağızda, lövhədə və.s.) təsviri mümkündür.1D
anlayışını nisbəsətən mücərrəd olduğunu düşünmək lazımdır.Lakin iki ölçülü
baxışla 3D-ni anlamaq isə mümkün deyil.İnsan 2D sistemdə yaşasaydı, 3D-nin hər
hansı 2 tərəfini görəcək, lakin 3-cü tərəfi görmək üçün durduğu nöqtəni dəyişmək
məcburiyyətində qalacaqdı.Nəticədə yeni təyin olunmuş nöqtədəki rakursdan çıxış
məntəqəsində görsənən iki tərəfdən yalnız birini və görmək istədiyi tərəfi görə
biləcəkdi.Qısacası, 2D-dən xilas ola bilməyəcəkdi.3D görüntüdə də eyni hadisəni
yaşayırıq.4D-in dördüncü tərəfini görə bilmirik.Lakin hazırda texnologiyanın
imkanlarından istifadə edərək, 4D-ni 3D və 2D platformalarda təsvir edə bilirik.
4D möcüzəsi və onun gerçəklikləri
Fərz
edilir ki, kubun dördlü sistemdəki görüntüsü, yəni öz adı ilə desək tetrakubun
2D platformada 3D görüntüsü aşağıda göstərilən kimidir.
Hərəkət
etdirildiyi zaman şəkildəki trapesiyalar kub şəklini alır.Kublar isə əksinə
trapesiya olur.Trapesiyanın kənarlarını xəyali bir düz xətlə kəsişdirsək, üçbucaq əmələ gələcək.Eyni prosesi biz üçbucaq, üçbucaqlı piramida və onların
dördlü sistemdəki formasına da aid edə bilərik.Demək ki, 4D görüntü əldə etmək
üçün üçbucaq və kvadrat mühüm vəzifə daşıyır.Bəs üçbucaqlı dörtlü sistemə
keçdikdə nə baş verir? Bir çox fərziyələr mövcuddur.Biz isə bu qarmaşıqlığa öz
şərhimizi vermək istədik. Belə ki, üçbucaqlı piramidanı 4D-yə köçürdüyümüz
zaman alınan fiquru üç ölçülü sistemdə təsvir etdiyimizdə qarşımıza dördbucaqlı
piramida çıxır.
Qısacası
tetrakubu hərəkət etdirdiyimizdə üçbucaq (trapesiya) tərəflər kvadrat şəklini
alırsa, piramida hərəkət etdiyi zaman dördbucaq tərəf üçbucağa çevrilir.Bizim
görə bilmədiyimiz tərəf isə kvadrata çevrilərək gözdən itir.Və beləliklə 4D-ni
aydınlaşdırarkən eyni cismi iç-içə təsvir etmiş oluruq.
Yuxarıda
qeyd etdiyimiz kimi Piramida üçlü fəzadan dörtlü fəzaya keçərkən üçbucaqlıdan
düzbucaqlı növünə şəkil dəyişdirmiş olacaq.Nə qəribədir ki, dünyanın 7 möcüzəsindən
biri olan Misir Piramidalarının oturacağı kvadrat şəklindədir, çöl tərəfi isə
pilləvari şəkildə inşa edilmişdir.Diqqətlə baxdığınız zaman bir neçə üçbucağın
iç-içə olduğunu görmək çətin deyil.Əslində Misir piramidaları öz quruluşlarına
görə 4D piramidanın 3D şəkilində də təsviridir.Məhz buna görə alimlər müasir
dövrdə Misir Piramidalarını diqqətlə araşdırır,və bir çox fərziyə ortaya
atırlar.Kosmogen nəzəriyəyə istinad edilən fantastik versiyalar tez-tez səslənsə
də paralel dünya ilə bağlı teoriyalar da var.Belə ki, bəzi alimlər 4D-ni
paralel dünyaya açılan qapı kimi də dəyərləndirirlər.Fiziklərə görə dördüncü
ölçüdə zaman və məkan sonsuzdur və ya yoxdur (məsələyə əlaqədar ekspertlərin fəlsəfi,
teoloji münasibətini də öyrənəcəyik-red.).
NASA tədqiqatçılarına
görə kainatda kəşf olunan qara və ağ dəliklərdə zaman və məkan anlayışı
yoxdur.Qəribədir ki, bu iki ixtirada bir-birinə bənzərlik var.Və fərziyəyə
görə qara və əks tərəfə açılan ağ dəliklər bir birinə ən qısa məsafəni qatlama
üsulu ilə qət edirlər. Dördüncü məkanda da məsafə qət etməyin pratik və mümkün
yolu qatlama üsulu ola bilər.Bu da ikinci bənzərlik.
Digər tərəfdən kainatdakı qara və ağ dəliyin daxilində neçə ölçülü sistemin olduğu da bilinmir. Bu, ölçü sistemlərinin 360 dərəcəli mexanizmi kimi də ola bilər, tamamən fərqli bir şey də.Doğruları zaman və bəşəriyyətin əldə edəcəyi elmi nəaliyyətlər göstərəcək.Bəs onda yuxunun, kölgənin və “deja vu”, yəni təkrar yaşama prosesinin paralel dünya və çox ölçülü sistemlə hər hansı bir əlaqəsi varmı? Bu sualın cavabına sonrakı məqalələrimizdə cavab verəcəyik.
Digər tərəfdən kainatdakı qara və ağ dəliyin daxilində neçə ölçülü sistemin olduğu da bilinmir. Bu, ölçü sistemlərinin 360 dərəcəli mexanizmi kimi də ola bilər, tamamən fərqli bir şey də.Doğruları zaman və bəşəriyyətin əldə edəcəyi elmi nəaliyyətlər göstərəcək.Bəs onda yuxunun, kölgənin və “deja vu”, yəni təkrar yaşama prosesinin paralel dünya və çox ölçülü sistemlə hər hansı bir əlaqəsi varmı? Bu sualın cavabına sonrakı məqalələrimizdə cavab verəcəyik.
Post a Comment