Топ-100 ABŞ prezidentinin müşaviri Kalininqradı Avropanın qəlbinə sancılmış xəncər adlandırdı

ABŞ prezidentinin müşaviri Kalininqradı Avropanın qəlbinə sancılmış xəncər adlandırdı


ABŞ-ın milli məsələr üzrə müşaviri: Kalininqrad Avropanın qəlbindəki xəncərdir
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert C. O'Brien Almaniyanın "Bild" nəşrinə verdiyi müsahibəsində Rusiyanın Kalininqrad bölgəsindəki hərbi strukturunu "Avropanın qəlbinə sancılmış xəncər"ə bənzətdi. Onun sözlərinə görə, Kreml bu bölgəyə Birləşmiş Ştatların Avropadakı müttəfiqlərinə, ilk növbədə Baltikyanı ölkələrə qarşı çox sayda raket və silah yerləşdirib.
Daha sonra o, Kalininqradın coğrafi mövqeyinə görə ticarət mərkəzi, Rusiya ilə Avropa arasında turizm və sosial təmas mərkəzi ola biləcəyini qeyd edib.
O, həmçinin rəsmi Moskvanın Kalininqradı müasir silah və raketlərin gücü ilə qapalı hərbi bazaya çevirməsinə təəssüf etdiyini bildirib.
Kalininqradın coğrafi mövqeyi birgəyaşayış adına Rusiya və Avropa üçün qaçırılmış şansdır. Üstəlik, bu bölgəni təftiş üçün uçuş imkanları da verilmir. Bu da ABŞ-ın Açıq Səma Müqaviləsindən çıxmasına təsir edən amillərdəndir- Robert C. O'Brien belə deyib.

0/Şərhlər

Previous Post Next Post