Топ-100 Əl əli yuyar, əl də üzü

Əl əli yuyar, əl də üzü


Əli Koç Fənərbaxça adına Barselona ilə razılaşdımı?..
Ali Koç Bartomeu görüşdü

İspaniya mətbuatının yazdığına görə bu günlərdə Türkiyəli işadamı, Fənərbaxça klubunun rəhbəri Ali Koç ilə Barselona klubunun lideri Bartomeu arasında görüş keçirilib.
Görüşdə Ali Koçun rəhbəri olduğu " Beko" şirkətinin " Nou Kamp"a sponsorluq etməsi məsələsi gündəmə gəlib.
Belə bir istək qarşısında, guya Koç da gələn sezon Barselonadan kirayəlik göndərilməsi nəzərdə tutulan futbolçular üçün öncəliyin Fənərbaxçaya verilməsini şərt kimi irəli sürüb.
İspan mediasına görə tərəflər arasında artıq razılıq əldə olunub. Hətta "sarı-lacivərdli" formanı kirayəlik geyinəcək futbolçuların adları belə məlumdur.
Bunlar mərkəz müdafiəçi Jean Clair Todibo və hazırda "Nice"də oynayan sağ müdafiəçi Moussa Waguedir.
Bütün bunların İspan mətbuatının dedi-qodusu, yoxsa həqiqət olduğu isə çox yaxın zamanda bilinəcək.

0/Şərhlər

Previous Post Next Post