Zinəddin Zidan yay
transfer sezonunda komandadan bir neçə futbolçunu göndərmək istədiyini klub rəhbərliyinə
bildirib.Belə ki, Real Madridin birçox oyunçu ilə yollarını ayıracağı gözlənilir.Mariano
Diaz, Brahim Diaz, Qaret Beyl, Xames Rodriqez, Luka Yoviç, Lukas Vazqezin komandadan ayrılacağı gözlənilir.Qaret Beyl ilə bir çox klub
maraqlanır.İtalyadan İnter, İngiltərədən Nyukasl Yunayted və ABŞ-dan İnter
Mayami futbol klubları oyunçunun transferində maraqlıdır.Beyl klubdan
ayrılarsa, mövqe boşluğunu doldurmaq üçün Embappe transfer olunacaq. Digər tərəfdən
Marselo və Luka Modriç üçün qərarı futbolçuların özləri verəcəklər.Xatırladaq
ki, Marselo ötən gün Real Madriddən ayrılmayacağını açıqlayıb.
Barselona da əzəli
rəqibi Real Madrid kimi bir neçə oyunçusu ilə vidalaşır.Belə ki, İvan
Rakitiç ilə Yuventus, Arturo Vidal ilə İnter maraqlanır.Luis Suarezin isə
Liverpula qayıdacağı haqda söz-söhbət var.Suarez komandadan ayrılarsa, İnterdən
Lautaro Martinez heyətə qatıla bilər.Antuan Qrizman üçün üç klub hərəkətə
keçib.Mançester Yunayted, Bayern Münhen və Yuventus.Lakin Bayern Münhen rəhbərliyi
Leroy Sane transferini gerçəkləşdirərsə, Qrizmandan imtina edə bilərlər.Yuventusun
Qrizman transferi isə Ronaldodan asılıdır.Belə ki, Ronaldo klubda özünü xoşbəxt
hiss etmir.İstədiyi oyunu sərgiləməkdə çətinlik çəkir.Buna görə yayda Mançester
Yunayted və Real Madrid klublarından birinə keçidi gerçəkləşə bilər.
Mançester Yunayted
B.Dortmundun futbolçusu Sanço ilə maraqlanır.Oyunçu Bundesliqada yüksək
performans sərgiləyərək böyük klubların radarına girə bilib.Dortmunddan öncə
Mançester Sitidə çıxış edən Sanço, istənilən oyunu ortaya qoya bilməmişdi.Mançester
Yunayted oyunçunun transferi üçün 100 milyon avroya yaxın pul ödəyə bilər.
Bayern Münhen
Levandovskiyə alternativ olaraq Timo Verneri yaxından izləyir.Lakin oyunçu ötən
gün klubdan ayrılmayacağını bildirib.Verner:”Bayern Münhenə getməkdənsə, xarici
kluba keçərəm.”Xatırladaq ki, Timo bu sezon 36 matçda 27 qol , 11 asistə izma
atıb.
Dortmund köhnə
futbolçusu Dembeleni komandada görmək istəyir.Barselona klubu da oyunçunu
satmaqda maraqlıdır.Buna görə tərəflər razılığa gələrsə, Dembele önümüzdəki
sezon “sarı-qaralar”-ın formasını tərlədəcək.
Post a Comment