Топ-100 Azərbaycan: keçmişdən günümüzə

Azərbaycan: keçmişdən günümüzə


 keçmişdən günümüzə
Azərbaycan Cənubi Qafqazda Xəzərin qərb sahilində yerləşən unitar respublikadır.Rəsmi dili Türk dilidir.Ölkə demokratik prinsiplər əsasında idarə olunur.Əhalisinin böyük əksəriyyəti müsəlmandır. Bu ölkədə az sayda xristiyan da yaşayır. Ölkənin 92 faizi Türk, 8 faizi isə digər millətlərdən ibarətdir. Azsaylı xalqlara, əsasən, ləzgilər, talışlar, ruslar, ukraynalılar, yəhudilər, gürcülər, ermənilər və digəri daxildir. Ölkənin paytaxtı Bakı şəhəridir. Bakı həm də liman şəhərdir.Ölkənin 3 böyük şəhəri və şəhər tipli digər yaşayış məntəqələri var. Bakı, Sumqayıt və Gəncə ən böyük şəhərlərdir.
Dünyanın ən qədim yaşayış məskəni Aərbaycandadır. Hazırda işğal altında olan Azıx mağarasındakı (Füzuli rayonu) insanın yaşı 600 min il bundan əvvələ gedib çıxır.
Azərbaycanın dövlətçilik tarixi isə miladdan əvvəl 3-cü minilliyin birinci yarısına qədər uzanır. Bu dövlətlər tarixi mənbələrdə lullubi, kuti, turukkilərin ölkəsi kimi anılır. M.ö. IX əsrdə mövcud olmuş Manna isə həmin dövlətlətin xələfi hesab olunur.
M.ö. VII yüzillikdə isə Sak, Kimmer, İskit dövləti qurulmuşdur. Daha sonra Azərbaycanın cənub ərazisində (indiki İranın şimal torpaqları) Atropatena, şimalında isə (indiki Azərbaycan Respublikasının ərazisi) Albaniya dövlətləri mövcud olmuşdur.
Miladdan öncə və miladın erkən yüzilliklərində Azərbaycanda tengiriliçiliklə yanaşı zərdüştilik və xristiyanlıq da geniş yayılmışdır. VII-VIII əsrdən etibarən ərəblərin Azərbycan torpaqlarını fəthi ilə İslam da burada yayılmağa başlamış və zamanla əsas dinə çevrilmişdir. IX əsrdən etibarən Azərbycanın həm şimal, həm də cənub torpaqlarında hakimiyyət yenidən türklərin əlinə keçmişdir. Bu dövrdə Azərbaycanın şimal və cənub torpaqları Sacilərin hakimiyyəti altında vahid türk dövlətində birləşmişdir.
XI-XV əsrlərdə Səlcuqlular,Eldəgizlər, Şirvanşahlar, Hülagülər, Qaraqoyunlular, Ağqoyunlular kimi Azərbaycan-türk dövlətləri tarixin siyasi xəritəsində yer almışlar. XVI əsrdə isə bütün Azərbaycan ərazisi yenidən vahid Səfəvi türk dövləti ətrafında birləşmişdir. XVIII yüzilliyin ortalarından həmin əsrin sonlarına qədər Azərbaycan Əfşar-türk, XVIII əsrin 90-cı illərindən isə Qacar-türk dövlətlərinin tərkibində olub. XIX əsrdə Azərbaycan ərazisində feodal dağınıqlığı yaranıb. Xanlıqlar adı altında bir sıara türk dövlətləri yaranıb. Bunlardan biri də İrəvan xanlığı olub. Əhalisinin böyük əksəriyyəti müsəlman-türklərdən ibarət olan bu dövlətin varlığına XIX əsrin 20-ci illərində rus işqalı ilə son qoyulub və bu torpaqlarda ermənilərə aid quberniya qurulmuşdur. Bu faktın özü də bir daha sübut edir ki, indiki Ermənistan ərazisi tarixi türk torpaqlarıdır.
Cənubi Qafqaz hər zaman hegemon güclərin diqqət mərkəzində olmuşdur. Bu əgər bir tərəfdən regionun Avropa ilə Asiyanı birləşdirəy bir koridor olması ilə əlaqədardırsa, digər yandan isə burada neftlə zəngin yataqların movcudluğu bölgəni cəlbedici bir hala gətiribdir.
Azərbaycanın şimal torpaqlarında 1918-ci il, may ayının 28-də şərqin ilk demokratik respublikası qurulub. Müasir Azərbaycan Respublikası bəhsi gedən dövlətin xələfidir.
Azərbaycan şimaldan Rusiya, şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan və Türkiyə, cənubdan isə İranla həmsərhəddir.Qonşu ölkələrlə sıx əlaqədə olan Azərbaycan kültürünün bünövrəsində Türk mədəniyyəti dayanır.
Bununla yanaşı romalıların, sasanilərin, eləcə də xilafətin Azərbaycan kültürünə mədəni təsiri olmuşdur. Təbii ki, buraya rus-sovet kültürü də əlavə olunmalıdır. Özündə belə bir zənginliyi əks etdirən Azərbaycan unikal ölkələrdəndir ki, digər bütün dinlərə və xalqların mədəniyyətinə olduqca tolerant yanaşır.
Azərbaycan coğrofiyası kiçik və böyük Qafqaz dağları və onların arasında yerləşən Aran bölgəsindən ibarətdir. Belə bir şaquli zonallıq üzrə iqlim müxtəliflliyi ölkənin aqrar zənginliyinə və fərqliləşməsinə səbəb olmuşdur. Azərbaycanın cənub bölgəsi sitrus meyvələri, şimal bölgəsi quru meyvələr və bağçılığın digər məhsulları ilə zəngindir. Aran bölgəsi isə narçılıq, üzümçülük və tərəvəz bitkilərinin yetişdirilməsi ilə məşhurdur.

XVI-XVIII əsrlərdə, Səfəvilər dövründə Azərbaycanın tarixi torpaqları 400 min kv. km olsa da, XX yüzillikdə, Demokratik Respublika zamanı ölkə ərazisi 114 min kv. km müəyyənləşib.
Lakin Rusiyasının müdaxiləsi ilə zaman-zaman Azərbaycanın 38 min kv. km ərazisi əlindən alınaraq, bu torpaqlarda məqsədli şəkildə indiki süni Ermənistan dövləti ərsəyə gətirilmişdir.
Daha sonra Ermənistan adlandırılan ərazidən, yəni Qərbi Azərbaycandan avtoxton müsəlman-türk əhalinin sürgün edilməsi və silah gücünə qovulması prosesi başlamışdır. Bu etnik təmizləmə nəticəsində hazırda Ermənistanda bir nəfər belə Türk qalmamışdır. Azərbaycanda isə 10 min nəfərdən çox erməni yaşayır.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndə BMT tərəfindən onun tanınan ərazisi 86 min kv.km təsbit edilib. Lakin erməni rus-işğalı nəticəsində hazırda Azərbaycan özünün 20 faiz torpağına nəzarət edə bilmir.
İşğal altındakı torpaqlara Dağlıq Qarabağ və ona bitişik 8 digər rayon daxildir.
Ermənilər Qarabağdakı bütün xristian Alban kilsələrinə müdaxilə edirlər, onlara yeni şəkil verərək, qriqoryan-eməni kilsəsinə çevirirlər. Digər müsəlman mədəniyyət abidələrini isə tamamilə dağıdırlar.
Yeri gəlmişkən, bu ərazi özünün xalçaçılıq ənənəsi ilə də tanınır. Təəssüf ki, Qarabağın, ümumiyyətlə, Azərbaycanın xalçaları ermənilər və yandaşları tərəfindən dünyaya fars mədəniyyət nümunəsi kimi təqdim olunur. Bununla belə Azərbaycanın bu qədim sənət nümunələri hazırda dünyanın Viktoriya və Albert Muzeyi (London), Tekstil Muzeyi (Vaşinqton), Luvr (Paris), Topkapı (İstanbul), Ermitaj (Sankt-Peterburq) kimi məşhur muzey və qalereyalarında nümayiş etdirilir.
Qarabağ atlarının aqibəti də erməni saxtakarlığından əziyyət çəkib. Belə ki, xarici bazarlarda Qarabağ atlarını ərəb atı adıyla satırlar.

Azərbaycan musiqinin beşiyidir. Bunu Qobustandakı qayalar üzərində rəqs edən insan təsvirləri də sübut edir. Elm adamları karbon-radio üsulu ilə bu rəsmlərin 12-14 min il bundan əvvələ aid olduğunu müəyyənləşdiriblər.
 Digər yandan bu təsvirlər Qobustan insanının incəsənətin başqa sahələri ilə də məşğul olduğunu göstərir. Başqa sözlə, Azərbaycan həm də dünyanın ən qədim mədəniyyətinə sahib ölkədir. Məhz buna görədir ki, ölkə işğal altında olduqda belə, təcavüzkarın adət-ənənələri Azərbycan mədəniyyəti içində çox asanlıqla deformasiyaya uğraya bilir. Belə bir nümunəni muğamın timsalında da görmək olur.
Muğam ərəb fəthləri ilə Azərbaycana ayaq açıb. Lakin yüzillərin və yerli mədəniyyətin təsiri altında o, artıq Azərbaycana məxsus bir musiqi janrına çevrilib. Çünki muğamdakı Azərbaycan boğazı başqa heç bir xalqda yoxdur. Hazırda bu musiqi janrını yaşadan bir neçə ölkədən biri, bəlkə də birincisi məhz Azərbaycandır.
Azərbaycanda həmçinin musiqi ənənələrinin dərin kökləri var. Ölkədə aşkar edilmiş ən qədim musiqi aləti Qobustandakı qavaldaşdır. Azərbaycan musiqi irsinin bir hissəsi kimi muğam sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.Azərbaycan eyni zamanda Şərqdə klassik musiqisinin beşiyi kimi tanınır. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası ilk dəfə 1908-ci ildə səhnəyə qoyulub. Bunun ardınca isə 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin müəllifi olduğu "Qız Qalası" baleti müsəlman şərqində ilk dəfə oynanılıb. Eləcə də 1912-ci ilin aprelində Şövkət Məmmədova ilk müsəlman qadın opera müğənnisi kimi tarixə düşüb.Sonrakı onilliklər ərzində Qara Qarayev və Fikrət Əmirovun əsərləri klassik musiqi irsində silinməz iz qoydu.1950-1970-ci illərdə caz ilə muğamın unikal sintezini yaradan Vaqif Mustafazadə Azərbaycanı Şərqdə cazın mərkəzlərindən biri etdi. Yeri gəlmişkən Vaqif Mustafazadə ilə eyni səhnəni bölüşən Amerikanın əfsanəvi bluz ifaçısı B.B.King Azərbaycan caz məktəbinin banisinin piano ifasına öz vurğunluğunu bildirib.
Azərbaycan zəngin memarlığı ilə də tanınır. Ölkənin tarixinin hər dövrü müəyyən bir iz saxlayıb. Qafqaz Albaniyası dövründən bəri olan abidələr bu günədək qorunur.Təbriz, Naxçıvan, Şirvan və Abşeron memarlıq məktəbləri bir çox incilərini təqdim etmişdir. Yusif  ibn Kuseyr (1162) və Möminə Xatun (1186) türbələri, Bərdə türbəsi (1322), Bakının rəmzi olan Qız Qalası, Şirvanşahlar Sarayı (1420-1460), Mərdəkan (1232), Nardaran (1301) və Ramana qəsrləri (12-14-cü əsrlər), Şəki xan Sarayı (18-ci əsr) kimi tarixi abidələr buna misal ola bilər.
Azərbycan özünün zəngin mətbəxi ilə də seçilir. Təkcə plov və xəngəlin neçə-neçə çeşidi var. Bundan başqa hər bölgə özünün fərqli təamları ilə məşhurdur. Məsələn, Şəki pitisi ilə, Bakı qutabı ilə, Cənub bölgəsi ləvəngisi ilə, qərb bölgəsi dürlü-dürlü kababları (şişlikləri ilə) ilə məşhurdur.Şəki həm də Avropanın Qabrovasını xatırladır. Buranın insanları ilə bağlı olduqca gülməli söz-söhbətlər dolaşmaqdadır.İsmayıllı deyərkən, bir tərəfdən ağıla dəmirçilik sənəti, digər yandan isə qadın başörtükləri gəlir.Kəlağayı Azərbaycan qadınlarının milli baş geyimidir.Bir söz, Azərbaycan başdan-başa al-əlvan bir ölkədir.
Müasir Azərbaycanın ilk demokratik yolla seçilmiş prezidenti Əbülfəz Əliyev olub. Lakin dövlət quruçuluğu və onun möhkəmləndirilməsi prosesi Heydər Əliyevin adı ilə bağlıdır. Buna görə o, xalq tərəfindən milli lider kimi tanınır. Hazırda ölkəyə İlham Əliyev rəhbərlik edir. O, milli liderin ənənəsini layiqincə davam etdirir. Azərbaycan gündən-günə çiçəklənməkdədir.Ölkənin birinci xanımı M.Əliyevadır. O. Həm də birinci vitse-prezidentdir. Mehriban xanımın UNESCO və İSESCO təşkilatları çərçivəsidəki fəaliyyəti dünya ictimaiyyəti tərəfindən təqdirlə qarşılanmaqdadır.Azərbycan Qafqazın ən böyük müstəqil dövləti kimi özünəməxsus inkişaf modeli seçib və uğurla irəliləməkdədir.
Edgunews

0/Şərhlər

Previous Post Next Post