"Barselona",
yay sezonu transferində heç bir halda komandanı tərk etməyəcək altı
futbolçusunun adını açıqlayıb. Klub bütün digər oyunçular üçün təkliflərə
açıq olduğunu qeyd edib.
"Marca" qəzetinin yazdığına görə,
"toxunulmazlar" siyahısına qapıçı ter Stegen, müdafiəçi Piquet,
yarımmüdafiəçi de Jong, həmçinin hücumçular Messi, Griezmann və Fati daxildir.
Yarımmüdafiəçilər Rakitiç, Vidal, qapıçı Neto və bir
sıra gənc oyunçuların "Barselona" klubunu tərk edəcəyi bildirir.
Eyni zamanda
"Barselona"nın radarındakı futbolçular da bəlli olub. Bunlar
"Yuventus" un yarımmüdafiəçisi Pianic və "İnter" in
hücumçusu Martinezdir.
Post a Comment