Топ-100 Bir kərə yüksələn bayraq, bir daha enməz

Bir kərə yüksələn bayraq, bir daha enməz


Bir kərə yüksələn bayraq, bir daha enməz
Mən fəxr edirəm ki, Azərbaycanlıyam!..
Bu gün Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından 102 il ötür.Hər il ölkəmizdə AXC-in yaranması təntənəli şəkildə qeyd olunur.AXC 1918-ci il, may ayının 28-də Tiflis şəhərində Azərbaycanın müstəqlliyini bəyan edib (Cənubi Qafqaz Federasiyasının seymi Tiflisdə yerləşirdi. Azərbaycan bu Federasiyanın üzvüdür-red).
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın Çar Rusiyasına qarşı azadlıq mübarizəsinin nəticəsində qurulmuşdur.
23 ay yaşayan şərqin bu ilk demokratik parlamentli respublikasının ilk paytaxtı Gəncə daha sonra Bakı şəhərləri olmuşdur.
Xatırladaq ki, AXC-nin ildönümü ilə əlaqədar olaraq, Türkiyə Cümhuriyyətinin  Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Türkiyənin  Milliyətçi Hərəkət Partiyası isə öz rəsmi instagram səhifəsində AXC-in 102 yaşını bu şəkillə təbrik edib.

0/Şərhlər

Previous Post Next Post