Bəşəriyyətin təməl
problemlərindən biri, bəlkə də birincisi siyasi, dini, irqi və cinsi ayrıseçkiliklərdir.Gender
(qadın haqları) problemini qabardan qüvvələrdən tutmuş, ta ağ və qara dərili
insanların arasındakı bərabərsizliklərə, eləcə də milliyətçi düşüncə tərzindən
xalqçı düşüncə tərzinədək dünyada bir çox qruplaşmalar və bundan sui-istifadə
edib insanları bir-birinə düşürən beyin mərkəzləri mövcuddur.Tək Allahlı dinlər
arasında körüklənən süni problemlər isə bu neqativ siyahının birinci sırasında
durur.
Bununla belə, sevinclə
qeyd etməliyik ki, indiyə qədər bu kompleksi daşımayan milyonlarla insan öz yaşayış
tərzləriylə bəşəriyyətə örnək olmağa çalışmışlar. Hazırda da belə insanlar az deyil.
Məqaləmizdə bu qəbil insanlardan olan Kriştiyanu Ronaldunu mərcəyimizə alacağıq.
Ronaldu Portuqaliyanın
Madeyra şəhərində doğulub. O, 2 bacı 2
qardaşın ən balacasıdır.6 yaşından futbol dünyasına atılıb. Bəhsi gedən idman növünə
olan sevgi və marağı onu ölkəsinin Sportinq Lissabon kimi məşhur klubunda professiyonal futbola həyatına başlamasına vəsilə olmuşdur. İstedadı ilə
qısa müddətdə Sör Aleks Ferqisonun diqqətini çəkir və Mançester Yunayted futbol
klubuna transfer olur.Oynadığı illər ərzində texnikası ilə dünyada məşhurlaşan “möcüzə 7” Mançesterdəki son sezonunda ağır travma keçirir.Bununla da bir Ronaldu dövrü
başa çatır.
2009-cu ilin
yayında Real Madridə 90 milyon avro qarşılığında transfer olan ulduz futbolçu
köhnə vərdişlərindən uzaq futbol sərgiləsə də, dünya yeni bir qol maşınının
doğuşunu seyr edir.İspaniyada mükafatlara və çempionluqlara doyan Ronaldonun
bir sonrakı klubu isə İtalyanın Turin şəhər komandası “Yuventus” olur.Hazırda ulduz
futbolçu peşəkar idman həyatını “qoca senyora” həsr etməkdədir.
Kriştiyanunun şəxsi
həyatına, ictimai fəaliyyətinə gəlincə, o, Georginya Rodriqezlə evlidir və 4
uşaq atasıdır.35 yaşlı bu futbol dahisi həyatda da öz gücünə inananlardandır.
Daima ən yaxşını əldə etmək üçün mübarizə aparır.Bununla yanaşı həm də həssas
birisidir.Mükafatlandırma mərasimlərinin birində anası da bu faktı təsdiqləyib.Belə
ki, o, oğlunun gözü sulu və duyğularının qabarıq olduğunu söyləyib. Ronaldu bu keyfiyyətini saf ürəkliliyi, əliaçıqlığı, xeyriyyəçi əməlləriylə də sübut
edir.
Fələstində, Qəzzada köməyə ehtiyacı olan ailələrə, uşaqlara əl tutur.Bunu üçün aldığı mükafatları belə satışa çıxarmaqdan çəkinmir.
Fələstində, Qəzzada köməyə ehtiyacı olan ailələrə, uşaqlara əl tutur.Bunu üçün aldığı mükafatları belə satışa çıxarmaqdan çəkinmir.
Türkiyə başda
olmaq üzrə islam dünyası ilə yaxından maraqlanır, yardımlar göstərir,
yatırımlar eləyir.
Səudiyyə Ərəbistanını
ziyarət zamanı ona Quran-i Kərim hədiyyə olunarkən, sevinc və təəccüb içində fikirlərini,
hiss və duyğularını belə ifadə etmişdi:
-Aldığım ən gözəl
hədiyyədir.Oxuyacam və evimin ən gözəl güşəsində saxlayacam.
Ronaldunun İslam
dünyasına simpatiyası bununla bitmir.
İsrail
futbolçusuna verdiyi cavab olduqca ibrətamizdir.
Portuqaliya və
İsrail millilərinin oyunundan sonra ona yaxınlaşan İsrail futbolçusu forma dəyişdirmək
istəyir.Ronaldu isə “Mən insan qatilləri ilə forma dəyişdirmirəm.Fələstində
ettiklərinizdən xəbərim var”-deyə, cavab vermişdir.
Onun bu hərəkəti hər
nə qədər birmənalı qarşılanmasa da, istənilən halda Ronaldunun bu cavabının pis
niyətli olduğunu düşünmək, ona qarşı ədalətsizlik olardı.
Bu məsələ ilə əlaqədar
siz dəyərli oxucularımızın münasibətini də bilmək bizlər üçün çox maraqlıdır.
Xahiş edirik, məqalənin şərhlər bölməsində öz fikrinizi bildirin.
Hazırda isə hamıya maraqlıdır ki, görəsən, Ronaldu
İslamı qəbul edəcək, ya yox?
Son olaraq, Ktiştiyanudan
bir sitatla mövzunu tamamlayırıq:
-Mançester
Yunaytedə gələndə məşqçi məndən hansı formanı geyinmək istədiyimi soruşdu. 28
nömrəli formanı istədim. Ancaq Ferqison, xeyr, 7 nömrəni geyinəcəksən- dedi.
Bu mənim üçün əlavə
bir motivasiya mənbəyi oldu. Çünki belə bir şərəfə çatmaq məcburiyyəti ilə üzbəüz
qaldım.
Post a Comment