Топ-100 Emin Ağalarov yenə boşandı

Emin Ağalarov yenə boşandı


Alyona Qavrilova ilə boşandı
İlk boşanma hadisəsi 2015-ci ildə olmuşdu. Leyla xanımla 9 illik evliliyinə son verdikdən sonra Emin Ağalarov Rusiyalı ulduz Alyona Qavrilova ilə evlənmişdi.
Alyona ilə Eminin evliliyi 4 il davam etdi. Bu evlilikdən ulduzların Afina adlı bir qızı da var.
Lakin bugünlərdə Emin Ağalarov qəfil bəyanatı ilə onu sevənləri yenə şok etdi:
-Sən inanılmaz dərəcədə xeyirxah və özəl bir insansan. Düşünürəm, həyatımızın bundan sonrakı mərhələsində gözəl qızımızın tərbiyəsi ən ümdə məsələmiz olacaq. Buna nail olacağımıza inanıram. Birgə yaşadıqlarımıza görə sənə minnətdaram-Emin belə deyib.
Xatırladaq ki, Alyonanın 32, Eminin isə 40 yaşı var.

0/Şərhlər

Previous Post Next Post