Топ-100 Erdoğan hökuməti dəyişir?

Erdoğan hökuməti dəyişir?

Albayrak, Soylu və Yıldırımın taleyi necə olacaq?
Türkiyə mediasının yazdığına görə prezident Rəcəb Tayyib Ərdoğan İndoneziyaya səfər etməzdən əvvəl kabineti reviziya edəcək. 
Digər bir xəbərə görə isə bu dəyişiklik Okeaniyadan geri dönüşündən sonra mümkün olacaq. İstənilən halda yaxın günlərdə Türkiyədə yeni hökumətin fəaliyyət göstərəcəyi bir həqiqətdir.
Binali Yıldırım və Süleyman Soylu vitse-prezident olacaq.İndiki Xəzinə və Maliyyə Naziri Berat Albayrak ( Erdoğanın kürəkəni-red.) Xarici İşlər Nazirliyinə rəhbər gətirilir. Onun yerinə İş Bankasının Baş direktoru Adnan Balinin adı danışılır.
Daxili İşlər Naziri vəzifəsinə isə bu qurumdan yüksək çinli birisinin təyin ediləcəyi deyilir.
Həmçinin, maliyyə və iqtisadi yönümlü nazirliklərin Binəli Yıldırıma, digərlərinin isə Suleyman Soyluya tabe ediləcəyi qeyd olunmaqdadır.
Berat Albayrak isə Xarici İşlər Naziri kimi birbaşa dövlət başçısı R.T.Ərdoğana bağlı olacaq.
Mövcud Xarici İşlər Naziri Mövlud Çavuşoğluna gəlincə, onun taleyi hələlik bilinmir.

0/Şərhlər

Previous Post Next Post