Топ-100 “Fenerbahçe” klubunda nə baş verir?

“Fenerbahçe” klubunda nə baş verir?


Yeni xəbərlər
Böyük vədlər verərək, “Fenerbahçe” klubuna rəhbər gələn Ali Koç dövrü tarixdə əsl kabus kimi xatırlancaq.
Ersun Yanalın baş məşqçi kimi komandaya gəlişi hər nə qədər sarı-lacivərdliləri ümidləndirsə də, amma növbəti məyusluğu yaşamış oldular.
Təbii ki, klubda cərəyan edən belə bir nailiyyətsizlik idman direktoru Komolinin və baş məşqçi Yanalın istefa verməsinə səbəb oldu.
Koronavirus Fenerbahçeni xilas etdi
Mövcud uğursuzluğun qarşısını ala bilməyən rəhbərlik qara-qara düşünərkən, köməyinə koronavirus gəldi. Covid-19 psixozu azarkeşə Fenerbahçeni unutdurdu.
Yaranmış vəziyyətdən istifadə edən Köç və heyəti təzyiq altında qalmadan, klubun gələcəyi ilə bağlı daha soyuqqanlı, sağlam düşünmək imkanı əldə etdi.
İlk atılan addım klubu Volkan Ballı, Emre Belözoğlu, Volkan Demirelə həvalə etmək oldu.
Kulislərdə gəzən söhbətə görə Volkan Ballı idman direktoru, Emre Belözoğlu isə baş məşqçi olacaq. Volkan Demirelə qapıçılar etibar ediləcək.
Bü günlərdə isə texniki heyətə Marko (Mehmet) Aureliyo da qatılıb. O isə Emrenin sağ əli kimi fəaliyyət göstərəcək. Yəni məşqçi olacaq.
Fenerbahçe texniki heyətində

Emre keçmiş komanda yoldaşının kluba dönüşünü uğurlu və sevindirici addım kimi qiymətləndirib.
Yeni texniki heyət komandanı cavanlaşdırmaq niyətindədir. Orta həddi 26 yaşın altına çəkmək istəyirlər.
Yay transferi üçün artıq 2 futbolçu ilə ciddi danışıqlar da gedir. Bunlardan biri 18 yaşlı, boyu 1.83 m olan Braziyalı “forvard” Yuri Albertodur.
Fenerbahçenin gündəmində

Bu oyunçu ilə İtaliyanın “Napoli” və İspaniyanın “Valensiya” kimi klubları da ciddi maraqlanır.
Digəri isə İsveçrənin “Lüzern” komandasının 24 yaşlı və 1.93 m hündürlüyündəki “santrafor”u Adnan Türkeşdir.
Fenerbahçenin gündəmində

Adnan Türkeş bu sezon 26 oyunda rəqib qapının torunu 20 dəfə tərpədib və 2 qola da assistentlik edib.
Xatırladaq ki, “Fenerbahçe” klubu 12 iyunda “Samandra”da məşqlərinə başlamaq niyətindədir.

0/Şərhlər

Previous Post Next Post