Korona virusu
idman sektoruna öz mənfi təsirini göstərməyə davam edir. Belə ki, bir-birinin
ardınca turnir və yarışlar ya təxirə salınır, ya da ləğv olunur.
Hazırda F1-də
bir çox qran-pri dayandırılıb. Həmiçin, ölkəmizdə keçirilməsi nəzərdə tutulan tədbir
də.
Bakı
qran-prisi kalendar üzrə 7 iyula təyin edildiyindən yarışlar ya avqust ayına qədər
təxirə salına, ya da tamamiylə ləğv edilə bilər. Lakin avqust ayında Macarıstan
qran-prisinin keçirilməsi nəzərdə tutulduğundan, böyük ehtimal, şəhərimizdə
keçiriləcək yarış ləğv ediləcək.
Bakı
qran-prisi müqaviləyə görə 2020-ci ildə başa çatır. Müqavilənin yenilənib yenilənməyəcəyi
isə hələlik məlum deyil.
Lakin bir
məsələdə tam aydınlıq var. O da qran-pri tribunasının korona virusu səbəbi ilə
tamaşaçılarının üzünə bağlı olacağıdır. Buna görə F1 həvəskarları turniri televiziya vasitəsi ilə izləyəməyə məcbur
olacaqlar.
Post a Comment