Топ-100 Əhməd Qəşəmoğlu:Nizamı Gəncəvi yaradıcılığında da paralel dünyalardan danışılır

Əhməd Qəşəmoğlu:Nizamı Gəncəvi yaradıcılığında da paralel dünyalardan danışılır


Əhməd Qəşəmoğlu, Elnur Şahin
Gənc yazar Elnur Şahinin “4D: Paralel dünya möcüzə yox, reallıqdır” məqaləsi ciddi əks-səda doğurub. Məqaləyə olan marağı nəzərə alaraq, elm adamlarımıza müraciət edib, onların mövqeyini öyrənməyə çalışdıq.
Əhməd Qəşəmoğlu: Gənclərin belə bir istiqamətdə düşünməsi təqdirəlayiqdir.
İnşa Allah bu cür innovativ düşüncələr elmdə uğurların əldə edilməsinə vəsilə olacaq.
Mətləbə gəlincə, hələ Nizaminin 7 gözəl poemasında da bəhsi gedən mövzu barədə xeyli maraqlı fikirlər mövcuddur. Bu mənada hesab edirəm, klassiklərimizin bir daha tədqiq edilməsi, oxunub öyrənilməsi faydalı oardı.
Bununla belə, elm adamlarının, o cümlədən gənc yazarın bəhs etdiyi “paralel dünya” anlayışı hələ də yetərincə əhatə olunmamış mövzulardandır. Çünki bütün yanaşmalarda rasionallıq vardır. Belə bir yanaşma isə məsələnin mahiyyətini bir qədər çətinləşdirir.
Lakin qeyd olunduğu kimi, mənim də qənaətimə görə paralel dünyalar bir-birindən təcrid olunmayıb.Onlar iç-içədir,ətrafımızdadır.
Mənim “Axirət” adlı bir şeirim var, 20 il öncə yazmışam. Orada bu məsələyə aydınlıq gətirməyə çalışmışdım. Yəni paralel dünyalar içində yaşadığımızı qeyd etmişdim.
“Eşqdən o yana” adlı digər bir şeirimdə də söhbət yenə paralel aləmdən gedir.
Gözünüzün önünə sonsuz səhifəli bir kitab gətirin. Bax, biz o kitabdakı səhifələrdən yanlız biriyik.
İnsanoğlunun ən möhtəşəm kəşflərindən biri radiodalğalarıdır. Məhz bu dalğalar sayəsində texnologiyada ciddi məsafə qət etmişik: telefon, radio, televiziyadan tutmuş, günümüzün muasir icadlarına qədər mükəmməl icadlara imza atmışıq.
Amma unutmamalıyıq ki, radiodalğalardan daha mükəmməl və daha həssas olanları var. Onlar barədə təsəvvürümüz belə yoxdur.
Fikrimə bir şeirimlə yekun vurmaq istərdim:
...mən özüm, özümdə itmişəm indi,
...qəlbimdə dünyalar nə qədər sirli-
Hər dünya içində neçə dünya var,
Hansı dünyadayam, bilməm ki, indi...

Məkanlar içində məkanlar çoxdur,
sayı nə qədərdir?- xəbərim yoxdur,
qaynayıb qarışan bu məkanların
biri od içində, biri soyuqdur.
Sonda, gənc yazar Elnurun timsalında bir daha bütün gənclərimizə uğurlar arzulayıram.


0/Şərhlər

Previous Post Next Post