Топ-100 Hökumətlər "WhatsApp"dakı mesajları təhqiq edirlər?

Hökumətlər "WhatsApp"dakı mesajları təhqiq edirlər?


mesajlar izlenir?
Son zamanlar WhatsApp ətrafında bir sıra şayiələr dolaşmaqdadır.
Gəzən söz-söhbətə görə guya, mesaj göndərildiyində yanında bir təsdiq işarəsi görünərsə, bu, ismarıcın göndərildiyini, işarə iki olduqda alındığını və simvollar mavi rəngə çevrildikdə isə mesajın oxunduğunu bildirir.
Lakin dedi-qoduya görə simvollar 3 maviyə də çevrilə bilər. Bu, sizin mesajın dövlət məmuru tərəfindən oxunduğunu və mavi rənglərdən biri qırmızıya çevrildiyi təqdirdə, yazdıqlarınızın təhqiq olunduğu mənasına gəldiyini göstərir.
Yayılan şayiələrlə əlaqədar WhatsApp rəsmi bəyanat yayımlayıb. Bəyanatda deyilir:
-"WhatsApp"da bütün mesajlar ucdan-uca şifrələmə üsulu ilə həyata keçirilir. Belə bir şifrələmə mesajların üçüncü şəxs tərəfindən oxunmasını imkansız edir. Başqa sözlə, göndərilən hər hansı bir mesaj, səsli mesaj, fotoşəkil, video, sənəd, eləcə də zəng başqaları tərəfindən ələ keçirilə bilməz. Çünki göndərilən hər mesajın öz kilidi və şifrəsi var. Beləliklə, hökumətlərin göndərilən mesajları əldə keçirməsi barədə gəzən söz-söhbətlər xidmətimizə qarşı yönələn qara piyardan başqa bir şey deyildir. Ümumiyyətlə, hökumətlərin hər hansı bir xəbərləşməni əldə etməsi üçün yerli qanunlar və beynəlxalq sövdələşmələr əsas götürülür, həmçinin, məhkəmə qərarının olması şərtdir.
Və sonda, "WhatsApp"da üç mavi rəngdən ibarət hər hansı bir simvol yoxdur.

0/Şərhlər

Previous Post Next Post