Топ-100 İki simgənin tarixçəsi: yaxud niyə Türkiyədə qurd işarəsi sevilmir?

İki simgənin tarixçəsi: yaxud niyə Türkiyədə qurd işarəsi sevilmir?


Corna da diavolo
Türkiyədə qurd və buynuz işarələri çox tanınan simgələrdir. Lakin qurd işarəsi siyasətlə, buynuz isə musiqi ilə əlaqələndirilir. Ona görə də buynuz simgəsi geniş kütlə arasında daha çox sevilir və daha məşhurdur.
Əsl həqiqət isə belə deyil. Hər nə qədər buynuz işarəsini musiqiyə Ronnie James Dio gətirsə də, simgənin tarixçəsi fərqlidir.
Metal musiqi ifaçısı Dionun nənəsi ona bu işarənin adının “pisliklərin gözü” olduğunu və bəd nəzərdən qorunmaq üçün bu şəkildə tutulduğunu söyləmiş. Bu inançın tarixçəsinin isə antik Roma dövrünə getdiyini bildirmiş. Necə deyərlər, min doğru içində bir yalan söylə, yalan da doğru olacaq.
Əsl həqiqət isə tamamilə fərqlidir. 
Bu simgənin adı nə buynuz, nə də “pisliklərin gözü”dür. Bu işarənin əsl adı “Corna da diavolo”, yəni şeytanın buynuzu mənasına gəlir. Bu işarə ulliminatilər, eləcə də “Kəllə və Sümük” təşkilatları arasında çox geniş yayılıb. Bəhsi gedən hər iki qurum barədə irəlidə “Gizəmli təşkilatlar” silsiləmizdə yazacağımıza görə qısa bir məlumatla onu deyə bilərik ki, hər iki təşkilat insanları qorxu altında saxlamaq və bu şəkildə idarə etmək kimi xüsusiyyətləri ilə tanınırlar. Yəni tək siyasi yanları ilə deyil, kriminal fəaliyyətləri ilə də məşhurdurlar.
Qurd işarəsinə gəlincə, bu “Qurtuluş”, “Ergenokon”, “Yaranış” və sair kimi Türk mifologiyalarından irəli gələn bir işarədir. Bütün bu dastanlarda qurd Türklərin xilaskrı obrazında təqdim olunur. Qurd işarəsi isə Türkiyəydə 90-cı illərdə yayılmağa başlayıb. Başqa sözlə, Milliyətçi Hərakat Partiyasının lideri Alp Arslan Türkeşin Azərbaycana səfərindən sonra simgə Türkiyəyə transfer olunub.
Hələ 80-ci illərdən Türkiyədə milliyətçilər özləri barəsində çox pis təəssürat formalaşdırıblar. Səbəbləri barədə ayrıca yazmaq olar. Haqlı və haqsız yanları da az deyil. Amma nə qədər acınacaqlı olsa da, milliyətçilik burada mafiozluqla eyni səviyyədə qəbul edilir. Hətta zaman-zaman kommunistlər və digər radikal solçular Türkiyə toplumundan daha çox rəğbət görür, nəinki milliyətçilər. Milliyətçiliyə olan belə bir pis münasibət, təbii ki, burada qurd simgəsinə də öz mənfi təsirini göstərmişdir.
Bununla belə, toplumun “şeytan buynuzu”na sevgisi də xeyli düşündürücüdür.

0/Şərhlər

Previous Post Next Post