Топ-100 İngiltərədə ərəb qarşıdurması: kartlar yenidən paylanır...

İngiltərədə ərəb qarşıdurması: kartlar yenidən paylanır...


nyukasl yunayted
Bildiyimiz kimi İngiltərə Premyer liqasında çıxış edən Nyukasl Yunayted futbol klubunu Səudiyyə Ərəbistanlı milyarder İbn Səlman aldı.Əvvəlcə aydınlaşdıraq ki, nəyə görə məhz Nyukasl Yunayted?
İbn Səlman iki il müddətində bir neçə dəfə Mançester Yunaytedi almaq istəyirdi.Səbəb isə Yunaytedin əzəli rəqibi Mançester Sitinin sahibinin Birləşmiş Ərəb Əmirliyinin milyarderlərindən olan Şeyx Mənsurun olmasıdır.
Məlum olduğu kiml BƏƏ ilə Səudiyyə arasında gizli-açıq siyasi gərginlik mövcuddur. İbn Səlman isə Yunaytedi alaraq Şeyx Mənsura rəqib olmaq istəyirdi. Lakin “qırmızı şeytanlar”-ın sahibi olan Glazer qardaşlar (Glazer qardaşlar yəhudi əsilli Amerikalıdır-red.) Yunaytedin satılmayacağını bildirərək, 5 milyard sterlinqdən imtina etdi. İki il ərzində İbn Səlmanın bütün cəhdlri faydasız olduğundan, bu durum ərəb milyarderi yeni arayışlara yönəlməyə məcbur etdi. Nəticə Nyukasl oldu.
Nyukasl Yunayted bir neçə il idi ki, maliyyə problemi yaşayırdı. Ancaq İbn Səlmanın klubu satın alması ilə demək olar ki, “ağ-qaralar” üçün günəşli günlər başladı. Klubun cari maliyyə durumu o qədər parlaqdır ki, rəhbərlik artıq indidən Qaret Beyl, Kriştiyanu Ronaldo, Neymar, Kilian Embappe və s. kimi ulduz futbolçular ilə maraqlanmaqdadır. Reallıqda necə olacaq, zaman göstərəcək.
Hazırda ərəb kapitalı İngiltərə peşəkar futbol liqasına əməlli-başlı ayaq açıb. Avropanın digər ölkələrində də bənzər vəziyyətdir. Məsələn, Fransanın məşhur PSG klubunun sahibinin Kanadalı Qətər şeyxi Əl Nasirin olması hər kəsə məlumdur.
Futbolun sənayeləşməsi nəticəsində yaranan maliyyə sıxıntıları və Avropanın üzləşdiyi böhran, indi, nəinki bəhsi gedən sektorun idarəçilərinin, ümumiyyətlə, idmanın bu növünə könül verən hər kəsin qara-qara düşünməsinə səbəb olub. Çıxış yolunu ərəb dünyasına əl açmaqda görən qərblilər, bu minvalla futbolu necə xilas edəcəklər, çox maraqlıdır? Əgər edəcəklərsə, bu necə baş verəcək? Axı futbol dünyası 2022 DÇ-nin Qətərə satılması hadisəsini, yəni Platininin iştirakçısı olduğu həmin o rüşvət rüsvayçılığını unutmayıb.
Hazırda isə İngiltərə futbolsevərlərini iki mühüm sual maraqlandırır:
Nyukasl Yunayted əldə etdiyi belə bir maliyyə gücdən sonra hansı idman nəaliyyətlərinə imza ata biləcək?
İkincisi isə əgər sezon bərpa olunarsa, Liverpulun çempion olması nə qədər mümkün olacaq?
Təbii ki, bu və bənzəri sualların cavabı koronavirus psixozundan sonra bəlli olacaq.


0/Şərhlər

Previous Post Next Post