Топ-100 Korona virus yalanları, yaxud əsl həqiqət həkimlərin dilindən partladı

Korona virus yalanları, yaxud əsl həqiqət həkimlərin dilindən partladı


ABŞ həkimləri yalanladı
Korona virusal əlaqədar “Edgunews” olaraq xeyli material dərc etmişdik. Xüsusi ilə bizim ekspert Şahin Əlioğlunun bu vaqeyə baxışını bir neçə dəfə dərc etmişdik. Məsələnin iqtisadi, psixoloji yönlərini ələ almış, insanlara həqiqəti çatdırmağa çalışmışdıq. Sanki kimlərsə,inad olsun deyə, məsələni daim şişirtməklə məşğul oldu. Bəsirətsiz media isə bu yalanlara zuy tutdu.
Bütün bunların yalan olduğunu və bu dürlü xəbərlərin yayımlanması məqsədilə vahid “Patient” forumunun təsis edildiyini, dünya insanlarını evdə oturmağa inandırmaq üçün vahid “balconystories.tv” saytının yaradıldığını da qeyd etmişdik. Yeri gəlmişkən, Azərbaycanda elə bilirlər ki, müğənnilərin balkon konserti Azərbaycana xas bir haldır. Qətiyyən belə deyil. Bu aksiya da vahid prosesin tərkib hissəsidir. Fəaliyyətimiz boyu bu və bənzər yalanları faş etməklə məşğul olduq.
Məsələn, media İtaliya və İspaniyada guya korona virusun dəhşətli səviyyəyə çatdığından yazmağa başladı.  Saytımız İtaliya və İspaniyadakı durumu da mərcəyə aldı. Vəziyyəti birbaşa yerindən öyrəndik. Ordakı mənbələrimiz adlarının çəkilməməsi şərti ilə mətbuatda gedən xəbərlərin yalan olduğun söylədilər. Süni şəkildə ajiotaj yaradıldığını qeyd etdilər. Həmçinin, həkimlərin basqı altında olduğunu, xəstəxanaya daxil olan hər kəsə korona virus diaqnozunun qoyulması üçün təzyiqlər olduğunu bildirdilər. Biz də verdiyimiz sözü tutaraq, həmin görüntüləri yayımlamadıq. Təəssüf ki, etik normalara uyğun davranışımız, verdiyimiz xəbərin çatdırılma şəkli, yəni yalnız yazılı olraq və mənbələrimizin adını çəkmədən yayımladığımız məlumatlar insanlara inandırıcı gəlmədi.
Lakin bir neçə gün bundan əvvəl Amerikalı mütəxəssislər artıq yaranmış vəziyyətə üsyan edərək, mətbuat konfransı keçirmiş və bütün həqiqətləri insanlarla bölüşmüşlər. Bu mətbuat konfransı saytlarda yayımlanandan bir saat sonra 5 milyon baxış olub. Bu durumdan rahatsız olan Amerika hökuməti basqıyla mətbuat konfransının saytlardan qaldırılılmasına nail olub. 
Amma başqa ölkələrin bir sıra saytları həmin konfransı birbaşa efirdən yazdıqlarına görə Ağ Ev istəyinə tam çata bilməyib. Beləliklə, dünya ictimaiyyəti korona virus ətrafında yaradılan süni xof barədə həqiqətləri mütəxəssislərin dilindən eşitməyə davam edir. Mətbuat konfransının videoyazısını təqdim etməzdən əvvəl, bir məsələyə də toxunmaq istərdik. 
Amerikalı həkim  çıxışı zamanı karantin elan olunan ABŞ ilə karantinin elan olunmadığı İsveçi müqayisə edərək, konkret rəqəmlər səsləndirdi. Bunu özünüz videoya baxdığınız zaman görüb dinləyəcəksiniz. Biz isə öz tərəfimizdən mühüm bir fakta toxunmaq istərdik. 
Korona virus psixozu zamanı Belarus prezidenti Aleksand Lukaşenkonun sərgilədiyi mövqe, alqışa və təqdirə layiq bir mövqe oldu. Barmaqla sayılacaq liderlərdəndir ki, dünyanın gizəmli güclərinin oyununa gəlmədi. 
Amerikalı həkimlərin mətbuat konfransının ardından Aleksandr Lukaşenkonun da fikirlərini eşitmək imkanınız olacaq. Bu da sizə hadisələrə daha geniş rakusdan baxmağa şərait yarada bilər.
İndi isə həmin mətbuat konfransının Türkcəyə tərcümə olunmuş  görüntülərini təqdim edirik. 23 dəqiqəlik bu videoya səbrlə sonuna qədər baxan,əsl həqiqəti tamamilə anlayacaq. 
Həkimlərin çıxışı zamanı tez-tez eşidəcəyiniz “bağışıklık sistemi” immun sistemi deməkdir. Yəni orqanizmin özünü qoruma fəaliyyəti. 
Material Türkiyənin habererk.com saytına aidddir.

  Bu isə Aleksandr Lukaşenkonun korona virus ilə əlaqədar çıxışından bir parçadır.

0/Şərhlər

Previous Post Next Post