Топ-100 Koronavirusun iqtisadi oyunu Səudiyyədən başladı

Koronavirusun iqtisadi oyunu Səudiyyədən başladı


Şahin Əlioğlunun proqnozları özünü doğrultdu...
səudiyyə ərəbistanı
Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmiləri çox nadir hallarda şəffaf şəkildə öz ictimaiyyətinə ölkədə baş verənlər barədə məlumat verirlər. Ancaq dünən gecə inanılmaz bir şey oldu.
Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Qudan Əl-Ərəbistan telekanalının efirində ölkənin maliyyə və iqtisadi vəziyyətinin ağır olduğunu bildirdi.
Əl-Qudan koronavirusun təsirlərini aradan qaldırmaq üçün "ciddi" və "ağrılı" tədbirlər görəcəklərini də söylədi.
O, cari kəsiri bağlamaq üçün 58,7 milyard dollar borc alınacağını və nəticədə büdcə kəsirinin 112 milyard dollara çatacağını söylədi.
Əhali nazirin belə bir bəyanatından şok olub. Çünki bu, Səudiyyə Ərəbistanının 80 illik tarixində ilk dəfə olur.
Əlbəttə ki, maliyyə nazirinin açıqlaması yaxın gələcəkdə krallıqda iqtisadi daralmanın baş verəcəyini göstərir.
Nəticədə işsizliyin artacağı, əmək haqlarının azalacağı, su və elektrik enerjisi kimi əsas kommunal xidmətlərin qiymətlərinin artacağı labüd hal alacaq.
Hətta hökumət büdcə kəsirlərini bağlamaq üçün gəlir vergisinin və əlavə dəyər vergisinin dərəcələrini artıra da bilər.
Təbii ki, bütün bunlar "səxavətli" xərcləmələrin, korrupsiyanın, həmçinin, Yəmən, Suriya, Liviya və s. kimi ölkələrdə müharibələrin maliyyələşdirilməsi üçün bağlanmış milyardlarla dollarlıq silah sövdələşmələrinin acı nəticəsidir.
Ancaq bu pulları artıq heç bir vəchlə geri qaytarmaq mümkün deyil. Və bu, şübhəsiz ki, Krallığın Ərəb və İslam dünyası içindəki siyasi və iqtisadi rəhbərliyinə mənfi təsir göstərəcək.
Mütəxəssislərin fikrincə, krallıq indi iki dəhşətli təhlükə ilə üz-üzədir.

Bunlardan biri, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində ölkənin defolt ehtimalı ilə üzləşməsidir ki, bu da Krallığı kreditordan borcluya çevirir.
İkinci təhlükə isə ABŞ kimi ən böyük müttəfiqi ilə münasibətlərinin pisləşməsidir.
Bu da bir daha onu sübut edir ki, korona virusdan sonra dünya həqiqətən dəyişir, kartlar yenidən paylanır.
Tərcümə məqalə: raialyoum.com


0/Şərhlər

Previous Post Next Post