Koronavirusun ortaya çıxardığı durğunluq və neftin
qiymətinin düşməsi nəticəsində ABŞ iqtisadiyyatı ciddi böhran təhlükəsi ilə üzləşib.
Bu barədə "Reuters" agentliyi xəbər yayıb.
Fed-in sədri
Jerome Powell da ölkənin uzun müddət zəif tempdə böyüyəcəyini bildirib.
Onun fikrincə, iqtisadiyyatın COVID-19-dan aldığı zərbənin
bənzərini dünya bu günə qədər hələ yaşamayıb. Bu vəziyyətin düzəldilməsi üçün
büdcədən daha çox vəsait ayrılmalıdır.
Hazırkı iqtisadi böhranın miqyası və sürəti heç bir
presedentə uyğun gəlmir. Bu tənəzzül İkinci Dünya Müharibəsindən sonrakı dövr
ilə müqyisədə daha qorxuncdur- FED sədri belə deyib.
ABŞ prezidenti Donald Trump isə qeyd edib ki, hər nə qədər
iqtisadiyyatdakı vəziyyət ağır olsa da, tezliklə böyümə mərhələsinə qədəm qoyulacaq.
Onun sözlərinə görə 2021-ci il ABŞ iqtisadiyyatı üçün
möhtəşəm olacaq. Lakin belə bir dönüş üçün Tramp da büdcədən böyük məbləğdə vəsaitin
ayrılmasını vurğulayır.
Post a Comment