Топ-100 Musk da koronavirus saxtakarlığından danışdı

Musk da koronavirus saxtakarlığından danışdı


İlon Musk koronavirussaxtakarlığı haqqında
Amerikanın "SpaceX" şirkətinin baş direktoru İlon Musk COVID-19 testlərinin doğru-düzgün aparılmadığını, buna görə də koronavirus ilə bağlı statistikanın etibarlı olmadığını söyləyib. Baş direktor buna səbəb kimi COVID-19-a bənzər simptomlarla xəstəxanalara daxil olan insanların da koronavirus xəstəsi kimi qeydə alınmasını göstərib.
Muska görə Covid-19-a tutulanların sayı yüzlərlə ola bilər, çox deyil.
Xatırladaq ki, mayın 23-nə olan statistikada ABŞ-da 1,6 milyon insanın korona virusa yoluxduğu deyilir.
Daha sonra Musk, özünün rəhbəri olduğu "SpaceX" şirkətində səkkiz min insanın işlədiyini və COVID-19-a yoluxma ilə əlaqədar hər hansı bir halın qeydə alınmadığını bildirib.
"BuzzFeed"in yazdığına görə hələ mart ayında Musk həm öz işçilərinə, həm də ABŞ vətəndaşlarına COVID-19 ilə əlaqədar sms göndərib.Bu mesajda korona virusun insan sağlamlığı üçün yüz təhlükəli xəstəlik siyahısında belə olmadığını yazıb.
-Yol qəzasında ölənlərin sayı korona virusdan ölənlərin sayından dəfələrlə çoxdur- Musk belə deyib.

0/Şərhlər

Previous Post Next Post