Топ-100 Niyə 3 May Türkçülük günüdür?..

Niyə 3 May Türkçülük günüdür?..


neden 3 mayıs türkçülük günü, niyə 3 may Türkçülük günü
Türkçülük, hər nə qədər Türkiyə Respublikasının quruluş fəlsəfələrindən birini təşkil etsə də, Osmanlı İmperatorluğunun son əsrlərində ortaya çıxan bir fikir axınıdır.
XIX əsrin 30-cu illərində Fransa inqilabi düşüncəsi bütün Avropada olduğu kimi Osmanlı imperatorluğunda da milli məfkurənin tətiklənməsinə səbəb olmuşdur.
1839-cu il tənzimat dövrü ilə bu proses daha geniş vüsət almışdır.
Bu prosesin birinci (1860-1877) və ikinci (1877-1895) tənzimat dövrü olaraq ədəbiyyata ayaq açması, milli düçüncənin inkişafı daha da sürətləndirmişdir.
Tevfik Fikretler, Namik Kamallar, Ekrem Racizadeler, Əbdülhaq Hamidlər düşüncə öndərləri olaraq, türklük məfkurəsinin oyanmasında önəmli töhvələr vermişlər.
Gənc türklərin, ittihadçıların səyi Türkçülüyü daha üst bir səviyyəyə daşımışdır. Abdullah Cevdetlerin, İsahak Sükutilərin, Əli bəy Hüseynzadələrin, Yusuf Akçuraların, Tələt paşaların, Camal paşaların, Ənvər paşaların,  timsalında yeni bir dönəm başlamışdır.
Türkçülük Atatürkün də əsas amalı olmuşdur.
Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Türkçülüyün əhəmiyyətli nümayəndələrindən olan Əli Rza Əfəndini bədəninin, Namiq Kamalı hislərinin, Ziya Gölapı isə fikirlərinin atası adlandırmışdır.
Bəs Türk günü tarixi nədir və niyə 3 mayda qeyd olunur?

Türk gününün tarixi...
7 sentyabr 1944-cü ildən- 29 mart 1945-ci il tarixinə qədər Türkiyədə 29 nəfər ictimai xadim Türkçü-Turançı düşüncələrinə görə mühakimə olunublar.
Türkçü-Turançı mübarizəsinin öndərlərindən olan Hüseyin Nihal Atsız-Sabahattin Ali məhkəməsindən sonra, yəni 3 may 1944-cü ildə turançıların Ankarada numayişi olmuşdur.
Topxana Hərbi Həbsxanasında olan Nihal Atsız, Zeki Velidi Togan, Nejdet Sançar, Reha Oğuz Türkkandan və s. ibarət 10 nəfərlik qrup daha sonra, yəni 1945-ci il, may ayının 3-də bu hadisənin ilk ildönümü günü bir araya gəliblər.
Sonrakı illərdə bu görüş tarixi "Türkçülük Günü" kimi qeyd olunmağa başlamışdır.


0/Şərhlər

Previous Post Next Post