Топ-100 Prezident İlham Əliyev 3 saylı DOST mərkəzinin açılışında olub

Prezident İlham Əliyev 3 saylı DOST mərkəzinin açılışında olub



İ.Əliyev açılışda
Bu gün prezident İlham Əliyev 3 saylı DOST mərkəzinin açılışında iştirak edib.Açılışdan sonra dövlət başçısı mərkəzi gəzərək, binanın iç strukturu ilə tanış olub.
Prezident İlham Əliyevlə bərabər xanımı, birinci vitse-prezident Mehriban Əliyeva da tədbirdə olub.
Xatırladaq ki, bundan əvvəl bir və iki saylı DOST mərkəzlərinin açılışı həyata keçirilmişdi.
DOST mərkəzi nədir?
Prezident İlham Əliyevin fərmanı ilə təsis edilən DOST mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Mərkəz əhalinin məşğulluq, sosial-müdafiə və digər  təminat məsələləri, bununla yanaşı, adı çəkilən nazirliyin funksiyasına uyğun başqa xidmətlər üzrə tədbirlər həyata keçirir. DOST mərkəzlərində operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətli rəftar, məsuliyyətli işlə əhalinin rahatlığı təmin edilir.

0/Şərhlər

Previous Post Next Post