Топ-100 Qafar Çaxmaqlı: 3 nömrəli protokolun ləğvinə çalışacıq

Qafar Çaxmaqlı: 3 nömrəli protokolun ləğvinə çalışacıq

Qərbi Axərbaycan (İrəvan) Respublikası

Məlum olduğu kimi bügünlərdə Erciyez Universitetinin Azərbaycanlı professoru Qafar Çxmaqlı bir videokonfransla Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının yarandığını bəyan etdi. Onun bu mövqeyi hər nə qədər birmənalı qarşılanmasa da, biz Qafar müəllimdən yaranmış məsələ ilə əlaqədar müsahibə götürmək qərarına gəldik. Müsahibəni təqdim edirik.

-Qərbi Azərbaycan (İrəvan) Respublikasını yaratmaqda məqsəd nədir?
-Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan olunub. Bu cəmiyyətdən gələn bir sifarişdir. Hesab edirəm ki, bu məsələdə xeyli gecikmişik. Heç kəsə sirr deyil ki, 30 ilə yaxın bir müddət ərzində bu məsələ daim gündəmdə olub. Hətta fərqli adlarla varlığı elan belə olunub. Lakin ciddi şəkildə heç kim bu problemlə məşğul olmayıb. Qərbi Azərbaycan adı altında yaranan təşkilatlar belə beynəlxalq aləmdə fəaliyyət göstərə bilməyiblər.
İdeyanın indi reallaşmasını gecikmiş addım hesab edənlərlə mən də razıyam, amma bir yerdən başlamaq lazımdır.
Digər tərəfdən ideyanın gec realizə olunmasını dilə gətirənlər, nə qəribədir, bu işlə “aktiv” məşğul olan insanlardır.
Sual oluna bilər, niyə məhz indi?
Unutmamalıyıq ki, Ermənistan deyilən ölkə bizim torpaqlarımızda özünə dövlət qurmaqla yetinməmiş, ərazisini 1918-ci ildə yenə də bizim torpaqlarımız hesabına 9.7 kvadrat kilometrdən 29 kvadrat kilometrə çatdırmış, üstəlik, hazırda da torpaqlarımızı işğal altında saxlayır.
-Quruma kimlər daxildir?
-Bundan sonrakı mərhələdə təşəbbüs qrupu Respublikanın Milli Şurasını yaradacaq. Bəyannaməmizin 4-cü bəndində də deyildiyi kimi Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının qanunverici (Məclis), icraedici (Hökumət) orqanları təsis edilənə kimi müvəqqəti idarəetmə orqanı Milli Şuradır.
Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası adından danışmaq, müqavilələr imzlamaq, qərarlar qəbul etmək Milli Şuranın müstəsna hüququdur.
Daha sonra isə parlament seçkilərinə hazırlaşacağıq.
Hazırda qurumda Cəmşid Dərələyəzli, Muxtar Oxçuoğlu, Nigar Ögeday, Rasim Comərt, Dilavər Əzimli, İradə Rzazadə, Tariyel Babayev, Yasəmən Qaraqoyunlu, Seyfəddin Altaylı, Bülənt Gürcan, Allahverdi Seyidov və başqaları fəaliyyət göstərməkdədir
-Perspektiv və strateji planlamalar nədən ibarətdir?
-İrəvan Azərbaycan türklərinə aiddir və eyniadlı dövləti də olub. İrəvan dövlətinin süqut etdiyi tarixdən bizi 200 il ayırır.
1918-ci ildə isə hər nə qədər torpaqdan pay olmasa da, dövrün şərtləri İrəvanın ermənilərə güzəşt edilməsinə səbəb olub.
1918-ci il, may ayının 29-da Tiflisdə Azərbaycan Milli Şurasının iclası keçirlir. Həmin iclasın 3 nömrəli protokolunda qeyd olunur ki, Fətəli xan Xoyski Azərbaycan və Erməni federasiyası ərazilərinin sərhədləri məsələsini Erməni Milli Şurası ilə müzakirə edib. Orada məlum olub ki, ermənilərə siyasi mərkəz lazımdır. Beləliklə, Fətəli xan Xoyskinin 1918-ci il, 29 may iclasındakı çıxışı əsas götürələrək, İrəvanın ermənilərə verilməsi məsələsi qərarlaşdırılıb.
İndi bizim qarşımızda duran ən ümdə vəzifə bu protokolun ləğvidir.  
Bundan əlavə Azərbaycanlıların bu ərazilərdən sonuncu nəfərinə kimi qovulmasına dair sənədlər var. Buna örnək 1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Sovetinin qəbul etdiyi “Kolxozçuların və digər Azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” sənədi göstərmək olar.
Bir daha deyirəm, məqsədimiz bu və digər bənzəri qərarların ləğvinə çalışmaqdır.
Redaksiyadan: Hörmətli oxucular, müsahibin mərcəyə aldığı fərqli mövqedən olan şəxslərin də fikirlərini öyrənməyə çalışacağıq. Çünki məqsəd çəkici bir yerə vurmaqdır. Anlaşılmazlıqları isə danışmaqla həll etmək mümkündür.



0/Şərhlər

Previous Post Next Post