Bildiyimiz
kimi bəşəriyyətin var olduğu hər bir yerdə nəqliyyat vasitələrindən geniş
istifadə olunur.Havada, suda və quruda.Belə nəqliyyat vasitələrindən biri isə hər
gün metrolarda qarşılaşdığımız eləcə də şəhərlərarası və ölkələrarası sərnişin
və yükdaşımada istifadə olunan qatarlardır.Qatar paralel rels üzərində quru ilə
hərəkət edən nəqliyyat vasitəsidir.
Qatarlar
ilk dəfə 1800-cü illərin əvvəllərində İngiltərədə istifadə olunmağa
başlamışdır.Ümumiyyətlə, mədənlərdə relsli vaqonlarla yük daşımanın tarixi
qatarın iki əsrlik tarixindən də keçmişə dayanır.Məhz bunu ideya kimi istifadə
edən bəşəriyyət uzun məsafələrə sərnişin və yükdaşımanı həyata keçirmək üçün
qatarı kəşf etmişdir.
Qatarın ixtirası
İngiltərənin Penidaran bölgəsində yaşayan bir mədənçi ilə mühənddis Riçard
Trevizikin mübahisəsi ilə bağlıdır.1800-cü
illərin əvvəlində Trevizik Penidarandan Kardifə qədər 10 ton ağırlığında olan
yükü rels üzərində hərəkət edən buxarlı bir avadanlıq ilə daşıya biləcəyini
iddia edir.16 km-lik yolu fasilələrlə və təmir işləri ilə birlikdə 5 saata qət
edən Riçardın kəşfi insanlara cəlbedici gəlmir.
Bir müddət
sonra Corc Stivenson kağız üzərində lokomotiv və vaqon dizayn etmiş və çəkdiyi
rəsmi gerçəkləşdirmişdir.Və beləcə dövrün ilk buxarlı lokomotivi itifadəyə
verilmişdir.
Stivenson
4 sentyabr 1825-ci ildə Şotlandiyada Darlinqton və Stokton arasında ilk yük və
sərnişin daşımanı həyata keçirmişdir.O, 1830-cu ildə Mançester ilə Liverpulu
birləşdirən dəmiryolu xəttində keçirilən yarışmanın (sürəti 24 km/s olan Roket
adlı yeni lokomotivi ilə) qalibi olmuşdur.50 km-lik bu dəmiryolu xəttinin
inşasından 10 il sonra İngiltərədə istifadəyə verilmiş relslərin uzunluğu 2000
km-ə çatmışdır.1831-ci ildə Amerikada, 1832-ci ildə Fransada, 1835-ci ildə
Fransa və Almanyada, 1837-ci ildə Rusyada və nəhayət 1848-ci ildə İspanyada dəmiryolu
xətlərində istifadə edilməyə başlanmışdır.XIX əsrin sonları XX əsrin əvvəllərində
isə buxarlı lokomotivləri elektrikli lokomotivlər əvəz etmişdir.
Müasir
dövrdə dünyanın inkişaf etmiş ölkələrində yüksək sürət qatarlarından istifadə
olunur.Belə ölkələrdən biri də Yaponyadır.
Yüksək sürət
qatarları 450 km/s yol qət edə bilir.
Ölkəmizdə də
sürət qatarlarından istifadə olunur.Bu qatarlar Bakı ilə Sumqayıt şəhərlərini
birləşdirən dəmiryolu xətti ilə fəaliyyət göstərir.
Post a Comment