Топ-100 Quru su:həqiqət,yoxsa xəyal

Quru su:həqiqət,yoxsa xəyal


silisium nano hissəcikləri və su
Fizikada  olduğu kimi, kimya sahəsində aparılan tədqiqatların yekunları olduqca maraqlıdır.  Quru suyun əldə edilməsi belə nətiələrdən biridir.
Quru su "toz maye"dir və su-hava emulsiyasından ibarətdir. Hər damla su silisiumun qumlu bir "zirehi" ilə əhatə olunmuşdur. Məhz buna görə su damlaları birləşib bildiyimiz maye suyu əmələ gətirə bilmirlər. Tərkibi 95% sudan, 5% silisiumdan ibarətdir.
Xatırladaq ki, bu kimyəvi məhsul ilk dəfə hələ 1968-ci ildə patentləşdirilmiş və kosmetika sənayesində istifadə olunmuşdu. Lakin təsiri gözlənilənin əksinə, çox zəif olmuşdur.
2006-cı ildə İngiltərədəki Hull Universiteti bu kimyəvi maddəni yenidən "kəşf edərək", ona şöhrət qazandırmağa nail olmuşlar.
Quru suyu istehsal etmək çox asandır.
 Hidrofobik (sudan qorxan) silisiumun nano hissəcikləri ilə su 90 saniyə ərzində dəqiqədə 19000 dəfə dönə biləcək mühərrikdə qarışdırılır. Nəticədə quru su alınır.
Tətbiq sahələrinə gəlincə, ondan partlayıcı maddələrin təhlükəsiz daşınmasında, istixanalarda mənfi təsirin qarşısının alınmasında, sürətli başlanğıc tələb edən kimyəvi reaksiyaların aparılmasında və sair istifadə olunur.
Təbiətinə görə, quru su normal su ilə müqayisədə karbon qazını 3 qatı daha çox əmə bilir. Məhz bu xüsusiyyətinə görə onun qlobal istiləşməyə qarşı mübarizədə mühüm vasitə olacağı gözlənilir.

0/Şərhlər

Previous Post Next Post