Rusiya
Silahlı Qüvvələrinin mayoru Nikoly Zainkin mühakimə olunur.
Mayor
Zainkin Suriyaya döyüşçü göndərilməsi ilə əlaqədar rüşvət almaqda ittiham
olunur. Cinayət işinə Sankt-Peterburq Qarnizonu Hərbi Məhkəməsində baxılır. Rüşvət
hadisəsi ilə bağlı artıq mayor Zainkinin tabelisi 3-cü dərəcəli kapitan
A.Danilovski və digər beş nəfər həbs olunub.
İstintaq
zamanı məlum olub ki, Suriyada döyüşmək istəyən hər əsgər və zabitdən 340 min
rubl məbləğində rüşvət alınıb (xatırladaq ki, döyüş bölgəsində xidmətə görə yüksək
məbləğdə pul ödənilir. Ona görə hərbçilər böyük həvəslə Suriyada döyüşmək istəyirlər-red.).
Nikolay
Zaikinə gəlincə, o, özünü təqsirkar bilmir. Bütün bunları yüksək rütbəli başqa
bir hərbçinin istəyi ilə etdiyini söyləyir. Görünən budur ki, Rusiya silahlı qüvvələri
boğazına qədər rüşvət bataqlığı içindədir.
Sonda qeyd
edək ki, koronavirus üzündən bu məhkəmə işinə son qoymaq olmur. Məhkəmənin növbəti
iclasının may yının 29-da keçirilməsi qəraralaşdırılıb.
Post a Comment